|
Üçüncü Roma artıq süqut edib.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb.
“Kilsəyə müstəqilliyin verilməsi Ukrayna çərçivəsindən kənara çıxır. Bu, Moskvanın dünya hegemoniyası üçün bəyan etdiyi qədim konseptual təklifin – Üçüncü Romanın süqutu deməkdir. Biz rusiyalılarla dünya pravoslavlığını fərqli şəkildə anlayırıq. Ukrayna Avropanın ən böyük pravoslav ölkəsidir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Ukrayna Ortodoks Kilsəsi Moskva Patriarxlığından çıxacağını bəyan edib. Konstantinopol Patriarxlığı artıq buna razılıq verərək Ukrayna ortodokslarına müstəqillik verəcəyini bəyan edib.
Üçüncü Roma Rusiyanın Bizansın süqutundan sonra istifadə etdiyi anlayışdır. Pravoslavların hamisi kimi özünü təqdim edən Moskva bununla Bizansın varisi olduğunu bildirib və dünya hegemoniyasına can atıb.