İran Azərbaycanın qarşısında GERİYƏ ADDIM ATACAQMI? - AKTUAL

Azərbaycanın güc strukturları İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və ölkədə şəriət dövlətinin yaradılması üzrə tapşırıqları yerinə yetirməkdə şübhəli bilinən daha bir qrup şəxsin ifşası barədə məlumat yayıb.

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib”. Pressklub.az xəbər verir ki, bu barədə üç dövlət qurumunun birgə rəsmi məlumatında deyilir.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, İranda yaşayan və həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları – Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Cümşüdov, Qaraşov, S. Məmmədov, X. Məmmədov, Axundov və İsayev saxlanılıblar.

“Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər”, – deyə güc strukturlarının məlumatında deyilir.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Eyni zamanda, saxlanılanlara hansı maddələr üzrə ittiham irəli sürüldüyü açıqlanmır.

Azərbaycanda son altı ayda ölkədə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövləti yaratmaq cəhdində şübhəli bilinən bir neçə qrup şəxs saxlanılıb.

Həbslər 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın müstəqil xarici siyasətinin güclənməsindən narahat olan Tehranın narazılığı səbəbindən Azərbaycan-İran münasibətlərində səngiməyən gərginlik fonunda baş verir.

Hadisələr hansı istiqamətdə inkişaf edir? Niyə bu cür qrupları məhz indi fəal şəkildə ifşa etməyə başlayıblar? Bu, onu deməyə əsas verir ki, Azərbaycanın xüsusi xidmət orqanları onları uzun müddət izləyiblər və ancaq indi qəti addımlar atmağa başlayıblar. Bəs Azərbaycan ərazisində hələ nə qədər belə qrup ola bilər?

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə baş verənləri Press Kluba şərh edib.

Onun sözlərinə görə, ehtimal etmək olar ki, bu cür qruplaşmalar bu günə kimi özünü xüsusi göstərməyib, heç bir qanunsuz hərəkət etməyib və bu səbəbdən də onlara qarşı hər hansı tədbir görmək mümkün olmayıb. Lakin son vaxtlar onların fəallaşdığı ilə bağlı kifayət qədər sübutlar ortaya çıxıb və bu, birbaşa İrandan gələn sifarişlərin yerinə yetirilməsi ilə bağlıdır. Beləliklə, onlar xüsusi təhlükə yaratmağa başlayıblar.

“Bundan başqa, biz bilirik ki, son vaxtlar Azərbaycanla İran arasında gərginlik yaranıb və bu qruplaşmalar İranın destruktiv dairələri tərəfindən fəal vəziyyətə gətiriliblər. Onlar Azərbaycanın daxilində sabitliyi pozmaq üçün ifrat qanunsuz fəaliyyətə keçiblər.

Ölkəmizdə başqa belə qruplara ola bilərmi? Bəli, İran rejiminin gizli tərəfdarları olan şəxslər və digər qruplar ola bilər. Ümid etmək istərdim ki, Tehran belə hərəkətlərin davam etdirilməsinin ilk növbədə bu maraqlar toqquşmasının iştirakçıları üçün (hələlik) təhlükəli nəticələrə səbəb olduğunu başa düşür. Ümid həm də ona qalır ki, Tehran praqmatizm nümayiş etdirərək bu gərginliyin diplomatik səylərlə aradan qaldırıla biləcəyini anlayacaq.

Təbii ki, heç nəyi istisna etmək olmaz, amma açıq müharibəyə inanmıram. Buna misal olaraq İranın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərindəki son gedişatı göstərmək olar. Arzu edərdim ki, vəziyyət belə bir ssenari üzrə inkişaf etsin. İran tərəfi müvafiq nəticələr çıxarsın, Bakıya təzyiq etməyin əbəs olduğunu başa düşsün və bu təzyiqin ilk növbədə Tehranın özünün maraqlarına mənfi təsir göstərdiyini anlasın”, – deyə Vəlizadə fikrini yekunlaşdırıb.

30 Noyabr 2024 Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib

Xəbər lenti