İlham Əliyev separatçıları sonuncu dəfə UYARDI... - görünəni budur...liyev Xankəndinə açıq mətnlə mesaj göndərdi: separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər;

Və onları “təlxəklər toplusu” elan etdi. Tanış mənzərədir: 44 günlük müharibədə Paşinyanla eyni tonda danışan Əliyevin indi separatçılara verdiyi ad ritorika yox, atılacaq addımların anonsu hesab oluna bilər;

Prezidentin bundan öncə də belə mesajları olub, lakin mövcud vəziyyət fonunda indi dediklərini fərqli oxuya bilərik: son əməliyyatlardan sonra separatçıların xarici aləmlə nəzarətsiz bağlantısı qalmayıb və özləri bildirirlər ki, Bakı onlara “ya reinteqrasiya prosesi ilə razılaşmaq, ya da daha çox çətinlik” şərtini elan edib. Əliyevin “Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar” sözləri də bunu təsdiq edir.

Azərbaycan Xocalı görüşü, ardınca iki dəfə Bakıda görüş təklifi ilə reinteqrasiyanın alternativinin olmadığını fikrini formalaşdırdı, xüsusilə təmasların qurulmasını istəyən Qərb qarşısında, həm də erməni əhalisi ilə separatçıların eyni olmadığını nümayiş etdirdi. Araikin “Qərbdən bverilən dəstək böyük ölçüdə azalıb” sözləri bu kontekstdə təsadüfi deyil və bu o deməkdir ki, təmasları dəstəkləyən qüvvələr buna əngəl olanların neytrallaşdırılmasından yanadır. Bu, Bakının önünü açır.

Bunun fonunda Rusiyanın Lavrovun Ankara səfərində adlandırdığı “kənar qüvvələrə” qarşı Türkiyə ilə birləşmək istəyi də Bakının əlini gücləndirən məqamdır. Moskva bölgədə qalmaq üçün Qarabağ kartından istifadə etmək siyasətindən əl çəkməsə də, şərtlər geri çəkilməsi reallığını yaradıb.

Separatçıların yolu praktiki və siyasi baxımdan bağlanıb. Onların Bakıya “görüş təklifi” həm də düşdükləri vəziyyətdən çıxmaq məqsədi daşıyırdı. Bakı buna cavab verməyib, mümkündür ki, sonuncu dəfə “Bakıda görüşmək və reinteqrasiyanı müzakirə etmək” təklifini elan edəcək, ardınca praktiki addımların atılmasına başlanacaq, həm hərbi, həm də separatçılar üçün şərtlərin ağırlaşdırılması müstəvisində.

Qərb və Rusiya masasında planlaşdırılan mümkün görüşdən öncə Əliyevin verdiyi mesaj Bakının Xankəndi məsələsini – separatçıların neytrallaşdırılmasını masaya gətirəcəyi gözləntisini də önə çıxarır.

Bunu şərti olaraq, “Xankəndi əməliyyatı” adlandıra bilərik: bu əməliyyatda diplomatik, siyasi və iqtisadi rıçaqlar həlledici rol oynayacaq.

Asif Nərimanlı
30 Noyabr 2024 Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib

Xəbər lenti