Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və Müzəffər Ali Baş Komandana salamlarımızı çatdırır, tariximizin əlamətdar bayramlarından olan 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimizi ünvanlayırıq.

Müstəqillik dövlətini, torpağını və bayrağını şərəfi kimi qoruyub saxlayan hər bir millətin müqəddəs amalıdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəmini yaşayır. Biz din xadimləri Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz fəaliyyətinizin şahidiyik, ölkədə apardığınız genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım dini dəyərlərə verilən böyük önəm və diqqətin təzahürüdür. Məhz buna görə Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığına hörmət müdrik siyasətin nümunəsi kimi dünya miqyasında yüksək qiymətləndirilir.

Bu siyasətin təməli müstəqil dövlətçiliyimizin qurucusu, bu il 100 illik yubileyini böyük ehtişamla qeyd etdiyimiz görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Zati-alinizin səyləri ilə uğurla davam etməkdədir. Məhz Sizin sayənizdə müstəqil Azərbaycan əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda layiqincə təmsil olunur, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. O cümlədən dünya dinləri nümayəndələrinin təmsil olunduqları ali məclislər - MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini Liderlərinin Beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorçuluq, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda dünyaya təqdim etdiyimiz multikulturalizm modeli və mədəniyyətlərarası dialoq çağırışları müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir.

Biz din xadimləri fəxr edirik ki, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində böyük Zəfərin şahidi olmuşuq. Bölgənin qısa zaman içərisində yenidən qurulması, işğaldan azad olunmuş Şuşanın 2023-cü ildə türkdilli dövlətlərin mədəniyyət paytaxtı elan edilməsi – bunların hamısı Zati-alinizin yenilməz nüfuzunun və əzminin göstəricisidir. Biz bu səbəbdən Azərbaycan dövlətinin gələcəyinə böyük inamla, ümidlə baxırıq və Zati-alinizin tövsiyəsi, Azərbaycan dövlətinin dəstəyi ilə Türk Dövlətləri Təşkilatı nəzdində Müsəlman Dini İdarə Rəhbərləri Şurasının yaradılmasını siyasi və ictimai baxımdan böyük nailiyyət hesab edirik.

Zati-aliləri, fürsətdən istifadə edərək, 28 May - Müstəqillik Günü ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz dindarlar Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, dövlət müstəqilliyimiz əbədi qalacaq, haqqın qalibiyyəti daim Zati-alinizlə olacaqdır!

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi,

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol

prefekturasının ordinarisi,

Aleksandr Şarovskı

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri".

29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti