Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

 “Ermənistanla sülh müqaviləsi hansı halda imzalanmayacaq?” adlı süjetdə ermənilərə etibarın yaranmasının Qərbi Azərbaycanlıların 35 ildir pozulan insan hüquqlarının bərpasından keçdiyi vurğulanır. 

Bildirilir ki, Qərbi Azərbaycanlılar öz yurdlarına qayıtmadan Ermənistanla sülh prosesi yarımçıq sayılar: “Çünki, bu, tərəflər arasında dayanıqlı sülhə nail olmaq, etibar və etimadın yaranmasına çox böyük təkan olar”.

Həmçinin diqqətə çatdırılır ki, Nikol Paşinyan Qarabağ da daxil olmaqla 86,6 min kvadrat kilometrlik sahədə Azərbaycanın ərazisini tanıdıqlarını açıqlayıb.

Bununla belə, Paşinyan və onun komanda üzvləri Azərbaycan hakimiyyətini Qarabağ iqtisadi rayonunda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarına arxalanaraq “fəaliyyət göstərdiklərini” bildirən Xankəndidəki cinayətkarlarla "danışıq" aparmağa çağırır. Əslində, rəsmi İrəvan bununla guya heç kim anlamırcasına Azərbaycanın qondarma cinayətkar dəstəni tanımasını istəyir.

Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 28-də Laçında Paşinyana və onun kimi düşünənlərə verdiyi cavablardan sitatlar verilib: “Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”.

Analitik materialda qeyd olunur ki, əsas məsələ Azərbaycanın Ermənistanı hansı ərazi daxilində tanımasında və Qarabağ iqtisadi rayonundakı ermənilərin Azərbaycan qanunlarına tabe olmasındadır.

Sonda sülh müqaviləsi ilə bağlı Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlər sadalanır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyunun 8-də Baku Tv-nin efirində və "Youtube" kanalında yayımlanıb.

29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti