|
ABŞ Qarabağın gələcəyi ilə bağlı danışıqların nəticəsini əvvəlcədən müəyyənləşdirmir, lakin güclü, sabit və sülhün əsasını qoyan razılaşmanı dəstəkləyir.
Bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn İctimai Televiziyaya müsahibəsi zamanı verdiyi açıqlamalarla bağlı danışıb.
“İctimai Televiziyaya verdiyiniz müsahibə, xüsusən də Qarabağın gələcəyi ilə bağlı müxtəlif şərhlər var. Mövqeyinizi aydınlaşdıra bilərsinizmi”, sualını cavablandıran səfir deyib:
“Birbaşa dialoq (Bakı ilə Qarabağ) problemlərin həlli və davamlı və ləyaqətli sülhə nail olmaq yoludur. ABŞ Qarabağın gələcəyi ilə bağlı danışıqların nəticəsini əvvəlcədən müəyyənləşdirmir. Birləşmiş Ştatlar güclü, davamlı və sülh üçün zəmin yaradan sazişi dəstəkləyir. Ermənistan-Azərbaycan münaqişəsinin mərkəzində Qarabağdakı insanların hüquqları və təhlükəsizliyi məsələsi dayanır. Nəticə etibarı ilə çox uzanan və çoxlu insan həyatı bahasına başa gələn bu münaqişənin davamlı həllini təmin etməyin yeganə yolu Qarabağ əhalisinin hüquqlarının qorunmasını və onların öz evlərində təhlükəsiz hiss etmələrini təmin etməkdir”.