Fransanın beynəlxalq imicinin rekord dərəcədə aşağı düşməsinə, Avropanın və BMT Təhlükəsizlik Şurasının “xəstə adamına” çevrilməsinə səbəb olan qırğınlar dalğası fonunda prezident Makron yeni zərbə aldı.

Bunu rusiyalı jurnalist, yazar Sergey Strokan Azərbaycan Prezidenti İlham Əliyevin Bastiliya Günü ərəfəsində çıxışı haqqında fikirlərini bildirərkən qeyd edib.

"Qlobal Cənubun 120-dən çox ölkəsini birləşdirən Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında bu beynəlxalq təşkilatın sədri, Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ünvanına misli görünməmiş tənqidi fikirlər səsləndirib.

Beşinci Respublikada vəziyyətin belə sərt və qərəzsiz qiymətləndirilməsi heç vaxt beynəlxalq platformalarda eşidilməyib. "Fransa yalandan özünü insan hüquqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edərək, digər ölkələrin daxili işlərinə qarışmaqda davam edir", - İlham Əliyev bildirib.

Onun fikrincə, Fransanın istər Afrikada, istərsə də Cənubi Qafqazda həyata keçirdiyi “qeyri-adi neokolonializm siyasəti” üç əsas prinsipə - geosiyasi rəqabətə, xarici hərbi mövcudluğa və müstəmləkə şərqşünaslığına əsaslanır.

Emmanuel Makrona müraciət edən İlham Əliyev deyib ki, müstəmləkələşdirilən, qul kimi istifadə edilən, öldürülən, işgəncələrə məruz qalan və alçaldılan milyonlarla insandan üzr istəmək Fransaya əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra düşdüyü dərin siyasi, sosial və humanitar böhranın nəticələrini aradan qaldırmağa kömək edəcək", - o bildirib.

Jurnalist yazır ki, bənzər bir şəkildə, bu həftə "Le Figaro"ya verdiyi müsahibədə Fransa Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Piyer Broşan oxşar fikirlər irəli sürüb. Onun sözlərinə görə, “bir vaxtlar böyük olan bir ölkə indi Avropanın miqrasiya dəlilikləri üçün qabaqcıl laboratoriyadan başqa bir şey deyil.”.

"Təsadüfi deyil ki, Parisin ətrafı Nanterdə 17 yaşlı Əlcəzair əsilli sürücünün fransız polisi tərəfindən qətlə yetirilməsi, Beşinci Respublikanın təməlində sarsıntı yaratdı.

Bu hekayə aysberqin görünən hissəsidir. Bu yay partlayışdan öncə vəziyyət illərdir yetişmişdi. Bu gün Qərb liderlərindən heç birinin Makron qədər yüksək anti-reytinqi yoxdur. Son illər hətta Co Bayden və Olaf Şolsun onun qədər beynəlxalq qalmaqallar toplusu yoxdur", - deyə jurnalist əlavə edib.

29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti