|
Havanın temperaturu növbəti iki gün ərzində 2-3 dərəcə yüksələcək.
Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O xatırladıb ki, bir neçə gündür Azərbaycanda qeyri-sabit, küləkli hava şəraiti müşahidə olunur: "Bu gündən etibarən hava mülayimləşəcək. Növbəti iki gündə küləyin sürəti ötən günlərlə müqayisədə zəifləyəcək. Cənub-şərq küləyi əsəcək. Hava yağmursuz olacaq".