|
Bir neçə dövlət qurumu balansında olan avtomobilləri hərraca çıxarıb.
Axar.az xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 11 sentyabr tarixində auksion təşkil edəcək.
Budəfəki hərraca ümumilikdə 5 avtomobil çıxarılıb ki, onlardan biri Prezident yanında Ali Attestasiya Komissiyasına, ikisi Nazirlər Kabinetinə, biri Dövlət Sığorta Kommersiya Şirkəti Xocalı rayon filialına, biri isə Daxili İşlər Nazirliyinə məxsusdur.
Hərraca çıxarılan Ali Attestasiya Komissiyasının “Mersedes Benz E350” 15300 manata, Nazirlər Kabinetinin 2 BMV 730 avtomobilləri 16125 və 21000 manata, Xocalı filialının Vaz-210930 1000 manata, DİN-in “Fiat Doblo” markalı avtomobili isə 3500 manata təqdim edilib.