|
Azərbaycanlı milli-mədəni fəal Səid Minayi “ictimaiyyəti təşvişə salmaq məqsədi ilə yalan şayiə yaymaq” ittihamından bəraət qazanıb.
Axar.az xəbər verir ki, Güney Azərbaycanın Binab şəhərinin 2 nömrəli Məhkəməsinin 103-cü şöbəsi onun haqqında İran konstitusiyasının 37-ci maddəsinə əsasən bəraət qərarı çıxarıb.
Qeyd edək ki, fəal İran Prezidenti Həsən Ruhaninin Təbrizə səfəri zamanı - aprelin 23-dən 24-nə keçən gecə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, 2 gün sonra 150 milyon riallıq girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. O, Urmu gölü böhranı ilə bağlı idarə etdiyi kanalda etiraz aksiyasına çağırış etdiyi üçün saxlanılmışdı.