|
Əgər bölgələrə gediş-gəliş yaxın vaxtlarda açılacaqsa, o zaman ilk günlərdə sərnişinlərin daşınmasında müəyyən sıxlıq yarana bilər. Sərnişinlərin daşınmasının təşkili və necə həyata keçiriləcəyi ilə bağlı “Ölkə.Az”a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu barədə indidən nəsə demək tezdir: “Sərnişinlərin daşınması barədə həyata keçiriləcək Tədbrilər Planı haqqında ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəsi qərardan sonra mövqeyimizi açıqlaya bilərik. İndiki halda verəcəyimiz açıqlama cəmiyyətdə müəyyən çaşqınlıq yarada bilər. Görüləcək işlərə gəldikdə isə onu deyə bilərik ki, hər bir dövlət qurumu kimi Dövlət Avtomobil Nəqliyyatı Xidməti də Operativ Qərargahın verdiyi qərarları layiqincə icra etməkdədir. Biz də fəaliyyətimizi Operativ Qərargahın verdiyi qərarlara uyğun həyata keçiririk”.
N.Allahyarova əlavə edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Operativ Qərargahın verəcəyi istənilən qərarları yerinə yetirməyə tam hazır vəziyyətdədir: “Ö cümlədən regionlara gediş-gəlişin açıqlacağı zamanı sərnişinlərin qısa zamanda mənzilə başına çatdırılmasına da hazırıq. Sadəcə bir daha qeyd edirəm ki, bu Operativ Qərargahın qərarından sonra olacaq. Şəhərlərarası və rayonlararası daşınmalarla bağlı qərar verilən kimi görüləcək Tədbirlər planı dərhal işə düşəcək və təxirəsalınmadan icra olunacaq”.