|
Urmu gölü Tehranda olsaydı, milli məsələyə çevriləcəkdi.
Axar.az xəbər verir ki, bu sözləri Təbrizin İran parlamentindəki millət vəkili Zəhra Sai deyib.
Millət vəkili ölkə rəsmilərindən Urmu gölü böhranına milli məsələ kimi baxmalarını tələb edib.
“Urmu gölünü canlandırmaq üçün çoxlu layihələr barədə qərar qəbul olundu. Onlardan bəziləri icra olunmadı, bəziləri isə icra işlərinin birinci mərhələsində ləğv edildi. Hazırda icra olunmaqda olan təxminən bütün layihələrdə büdcə vəsaiti çatışmır. Göldə yaşanan böhranın ağır nəticələri heç kimi maraqlandırmır. Urmu gölü Tehrana yaxın olsaydı, yaranan problem milli məsələyə çevrilərdi”, - o bildirib.
Zəhra Sai gölün qurumasının bölgədə yaşayan insanlar üçün ciddi problemlər yaradacağını deyib:
“Gölün quruması bölgədə toz və duz zərrəciklərinin yayılmasına səbəb olur. Bunun nəticəsində kiçik şəhərlər və kəndlərdə köçlər başlayır. Köç dalğaları Təbriz və Urmiya şəhərlərində narkomaniya, yoxsulluq, əxlaqsızlıq, şəhər ətrafı qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşma və s. kimi problemlərlə nəticələnir”.