|
Bakıda heyvanların satışı yarmarkasında yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.
Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib. Yük maşınından düşürdülərkən ölü vəziyyətdə olublar. Onlardan cəmi 4-ü sağ qalıb.
Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.