|
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib.
Report-un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 21-də fərman imzalayıb.
Fərmana əsasən, Əli Məmmədtağı oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi təyin edilib.