|
Ağsu Rayon Yol Patrul Xidmətinin bölmə rəisi tutduğu vəzifədən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, polis-mayoru Kənan Ağaəliyev vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb.
Məlumatı Ağsu Rayon Yol Patrul Xidmətindən təsdiqləyiblər. Hələlik bölmə rəisinin yerinə təyinat yoxdur.