Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” loqotip dizaynı müsabiqəsini elan edib.

Müsabiqədə yaradıcı düşüncəsi və peşəkarlığına güvənən hər kəs iştirak edə bilər.

Müsabiqə iştirakçıları loqotip dizaynı təklifləri üzərində çalışarkən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də xalqımızın qədim tarixə malik nadir və təkrarsız incilərindən biri olmasını nəzərə almalıdırlar.

Müsabiqə şərtləri aşağıdakılardır:

- Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən dizayn nümunələri təqdim oluna bilər.
- Bir iştirakçı müsabiqəyə bir ədəddən daha çox dizayn təqdim edə bilər. Hər dizayn ayrıca elektron məktub şəklində göndərilməlidir.
- Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir.
- Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s) 100 sözdən artıq olmayaraq verilməlidir.
- Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər.
- Müsabiqəyə təqdim edilən işlər son tarix 30 sentyabr, 2021-ci ilə qədər office@shusha.gov.az ünvanına göndərilməlidir.
- Təqdim edilən loqotip dizaynı ilə bağlı ortaya çıxan əqli mülkiyyətin pozulması hallarına görə müəllif məsuliyyət daşıyır.
- Qalib loqotip dizaynının müəllifləri “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” adından fəxri fərmanla və müəyyənləşdirilmiş mükafat fonduna uyğun olaraq 

I yer - 3000 AZN;
II yer (laureat) - 2000 AZN;
III yer (laureat) - 1000 AZN pul mükafatı ilə təltif ediləcəklər.

Pul mükafatı müəllifin təqdim etdiyi bank hesabına köçürüləcək.

- Loqotip müsabiqəsinə təqdim olunan bütün işlər “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin mülkiyyəti hesab edilərək ictimai şəkildə sərgilənə bilər.
- Müsabiqə üçün təqdim olunan loqotip dizaynlarına “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin yekun dəyişikliklər etmək hüququ vardır.

30 Noyabr 2024 Dekabrın ilk gününə olan hava proqnozu açıqlandı
29 Noyabr 2024 Onları 5 ilədək həbs gözləyir
29 Noyabr 2024 Məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
29 Noyabr 2024 Ali Məhkəmədən mirasla bağlı yeni qərar
29 Noyabr 2024 Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?
29 Noyabr 2024 Bu yolda sürət həddi bərpa edildi
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı

Xəbər lenti