|
Azərbaycanda çap mediası subyektinə dair tələblər müəyyənləşib.
"Yol-xeber.az" xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.
Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrlər sayılır.