Ermənistan ərazisində müəllifin “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin yayımının qadağan edildiyi barədə məlumat yayılıb.

Bu qərara səbəb kimi “son vaxtlar Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan daimi pozuntular” göstərilir.

Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyanın sözlərinə görə, indi hər hansı xarici veriliş Ermənistan ərazisində yayımlanmazdan əvvəl Ermənistana qarşı nifrət, eləcə də daxili işlərə müdaxilə olub-olmaması üçün ətraflı yoxlanılacaq.

Qeyd edək ki, Solovyov anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə tanınır.

Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat Partiyası"nın sədri, parlament üzvü Levan Xabeişvili Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən aksiyanın dağıdılması zamanı polis tərəfindən döyülüb.

Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Telekanal siyasətçinin fotosunu nümayiş etdirib.

Onun burnu sınıb, sağ gözü göyərib və zədələnib, üzündə qan izləri görünür.

 

 

 

“Paşinyan prezident Vladimir Putinin andiçmə mərasiminə gəlməkdən imtina etməsi Rusiyaya qarşı nümayişkaranə demarşdır. Eyni zamanda, Paşinyan Aİİ tədbirinə gəlməyi planlaşdırır. Bu, həm də Aİİ-nin digər dövlətləri ilə münasibətdə müəyyən paritet saxlamaq üçün nümayişkaranə şəkildə edilir, hamını yox, təkcə Moskvanı incitmək üçün. Ən rüsvayçısı isə Paşinyanın mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmaqdan imtina etməsidir və bununla da o, Böyük Vətən Müharibəsi xatirəsini şəxsən təhqir edir, bu qələbə bütün keçmiş SSRİ xalqlarının ümumi qələbəsidir. Bunun Qərbin tələbi ilə baş verdiyini nəzərə alsaq, bu, xüsusilə kinlidir”.

İnnovativ İnkişaf İnstitutunun Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru, rusiyalı ekspert Dmitri Rodionov Ermənistanın Baş nazirinin Rusiya liderinin andiçmə mərasiminə getməyəcəyi ilə bağlı xəbəri şərh edərkən belə deyib.

O hesab edir ki, bu, Ermənistanla Rusiya arasında gələcək münasibətlərə mənfi təsir göstərəcək.

“Biz prioritetləri müəyyənləşdirməliyik və Ermənistanın suveren ölkə, yoxsa Qərbin vassalı olduğunu müəyyən etməliyik. Bütün bunlar çox iyrəncdir. Bu, Ermənistanla Rusiya arasında gələcək münasibətlərə mənfi təsir göstərəcək. Bu, bəzi ağlasığmaz nəticələrə gətirib çıxaracaq son damla olmayacaq, amma yenə də bu, Qərbin Paşinyanın əli ilə tikdiyi ölkələrimiz arasında divarda növbəti kərpicdir”, - Rodionov fikirlərini yekunlaşdırıb.

Türkiyə Azərbaycan və Ermənistan arasında sərhəd sazişi ətrafında prosesin inkişafını izləyir və müsbət istiqamətdə gedən işləri alqışlayır.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) rəsmi nümayəndəsi Ömər Çelik deyib.

“Gündəliyimizdən asılı olmayaraq, biz Azərbaycanla bağlı məsələləri diqqətlə izləyirik. Nümayəndə heyətləri (sərhəd məsələləri üzrə Azərbaycan və Ermənistan) 8 dəfə görüşüblər. Sərhəddə simvolik olaraq da olsa, sərhəd daşı qoyulub. Biz regionda sülhün möhkəmlənməsinə töhfəni və Azərbaycana qarşı hücumlardan əl çəkməyi alqışlayırıq. Biz prosesin inkişafını izləyirik və izləməyə davam edəcəyik, müsbət tonu alqışlayırıq”, - Çelik bildirib.

Çinin cənubunda magistral yolun çökməsi nəticəsində onlarla insan ölüb və yaralanıb.

Xarici media xəbər verir ki, Çinin cənubundakı Quanqdonq əyalətində S12 Meylonq ekspress yolunun bir hissəsinin çökməsi nəticəsində ən azı 19 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisəyə səbəb kimi son günlər şiddətli yağışların yağması göstərilir. Güclü yağışlar nəticəsində Quanqdonq əyalətinin bütün ərazisində daşqınlar baş verib.

"Biz Cənubi Qafqazda sülh mümkündür və buna inanırıq. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqları ilə bağlı açıqlamasında deyilir.

Onun sözlərinə görə, bu məsələ ilə dövlət katibi şəxsən məşğul olur.
“Blinken mütəmadi olaraq hər iki ölkənin liderləri ilə danışıqlar aparır. Tərəflərlə təmaslarımız davam edir”, - o qeyd edib.

Müxalifət təmsilçisi Levon Köçəryanın mühafizəçisi Artur Sukoyan Ermənistan Milli Assambleyasında jurnalist David Levonyanı vurub.

Bu barədə Ermənistanda hakim “Vətəndaş müqaviləsi”ndən olan deputat Hasmik Akopyan bildirib.

Ötən gün jurnalist öz "YouTube" kanalında Baqrat Srbazanı Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.

İstintaq Komitəsi aprelin 30-da Ermənistan parlamentində baş vermiş insidentlə bağlı cinayət işi başladıb.

Belə ki, saat 11:50 radələrində Milli Assambleyanın həyətində “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyan Civic.am saytının jurnalisti David Levonyanı vuraraq söyüb. Jurnalist yıxılaraq kamerasını zədələyib.

Münaqişəyə səbəb iki gün əvvəl jurnalistin yaydığı video olub.

Bu fakt əsasında Ermənistan Cinayət Məcəlləsinin 237-ci maddəsinin 3-cü hissəsi ilə (zor tətbiq etməklə jurnalistin peşə fəaliyyətinə mane olma) cinayət işi başlanıb.

David Levonyan zərərçəkmiş şəxs qismində tanınıb, hazırda zəruri istintaq və prosessual hərəkətlər aparılır.

Bəzi ekpertlər hesab edir ki, bununla vəziyyət hökumət başçısı Nikol Paşinyanın xeyrinə dəyişməyə başlayır.

Fransa həbsxanalarındakı məhbusların sayı rekord qıraraq 77 min nəfəri keçib.

Bu barədə "FrancePresse" ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumatada cari ilin aprelin 1-də ölkədə 77 450 nəfər həbsdə olub ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 4 370 nəfər çoxdur. Bu, Fransa tarixində ən çox məhbus sayıdır.

Bəzi həbsxanalar 200% doludur. Yerin olmaması, həmçinin döşəklərdə yerdə döşəmələrdə yatmağa məcbur olan insanların sayının kəskin artmasına səbəb olub. Əgər 2023-cü ilin aprelində bu say 2151 nəfər olubsa, 2024-cü ilin aprelində say 3307-yə çatıb.

Ukrayna kəşfiyyat xidmətlərinin məlumatına görə, İran İranın Şahid pilotsuz təyyarələri və onların ehtiyat hissələri də daxil olmaqla, döyüş sursatı tədarükünü azaldır.

Bu barədə Fransa kəşfiyyat xidmətlərinin ruporu olan "Intelligence Online" yazır.

Təchizatların azalmasına səbəb kimi İran və İsrail arasında yenidən gərginlik göstərilir.

Məqalədə qeyd olunur ki, “İsraillə yeni münaqişə yaranarsa, Tehran öz ehtiyatlarını bərpa etmək istəyəcək”.

Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?Elçin Alıoğlu - TREND

Ermənistanda baş verən hadisələr, yaşanan proseslər sadəcə, kənardan idarə olunan "müxalifət qrupları"nın hakimiyyətə qarşı müqaviməti deyil. Ölkədə Erməni Apostol Kilsəsi (EAK) ilə baş nazir Nikol Paşinyan arasındakı qarşıdurma artıq düşmənçilik səviyyəsinə çatıb.

2020-ci ilin dekabrında Ermənistanın Sünik (Zəngəzur) vilayətinə səfər zamanı Nikol Paşinyan Ssiyanda kitlsəyə baş çəkmişdi. Kilsədə şam yandıran baş nazir keşişə yaxınlaşaraq onun əlini sıxıb görüşmək istəyəndə keşiş nümayişkaranə şəkildə əllərini qaldırmış, görüşməkdən imtina etmişdi.

Təəccüblü heç nə yoxdu: 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra bütün ermənilərin Katolikosu 2-ci Qaregin açıq və sərt şəkildə hakimiyyəti tənqid etməyə başlayanda hökumətlə kilsə arasındakı əlaqələr büsbütün pozulmuşdu.

2021-ci ildən başlayaraq isə N.Paşinyan katolikos 2-ci Qaregini ad günü münasibətilə təbrik etməkdən imtina edib. N.Paşinyanın nəzarətindəki mediaya və xüsusilə də Ermənistan İctimai Televiziyasına katolikos 2-ci Qareginin fəaliyyəti barədə minimum məlumatlar vermək, ondan müsahibələr almamaq tapşırılmışdı.

Ötən il Ermənistanda hakimiyyətlə kilsə arasındakı qarşıdurma pik həddə çatıb.

Nikol Paşinyan bəyan etmişdi ki, kilsə heç bir halda dövlətdən yüksək ola bilməz.

"Kilsə ilə dövlətin funksiyalarının qarışmasından təhlükəli heç nə yoxdur. Bir çox məsələlərdə kəsişmələr olsa da, dövlət öz işi ilə, kilsə öz işi ilə məşğul olmalıdır. Erməni Apostol Kilsəsi siyasi fəaliyyətlə məşlğul olmaq istəyirsə, buyursun, Ermənistan demokratik ölkədir, onlar özlərinə siyasi partiya yarada bilərlər. Hər halda bu, siyasi rəqiblərə və seçicilərə münasibətdə daha vicdanlı davranış olardı", - N.Paşinyan söyləmişdi.

Erməni kilsəsinitn cavabı sərt olmuşdu.

"Əgər kimsə dinşünaslıqla məşğul olmaq istəyirsə, Dini Seminariyaya daxil olmağa cəhd göstərə bilər. Təbii, təhsil həddini aşarsa və səhhətinin nisbətən yaxşı olması ilə bağlı inandırıcı arqumentlər göstərə bilərsə", - Erməni Kilsəsinin dəftərxanasının rəhbəri Arşak Xaçatryan bəyan etmişdi.

32 ildən bəri Ermənistanın işğalında olan 8 kəndimizin azad edildərək geri qaytarılması məsələsi gündəmə gələndə isə Erməni Apostol Kilsəsi (EAK) birmənalı olaraq N.Paşinyana qarşı radikal mövqe tutdu.

EAK sürəkli bəyanatlar verərək bildirdi ki, həmin kəndlər - sən demə - "qədim və tarixi erməni əraziləridir, heç bir halda Azərbaycana verilə bilməz".

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində səkkiz kəndi işğal edib. Onlardan 4-ü - Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

EAK-ın ifrat radikal və sərt mövqeyi təbii ki, Ermənistan hakimiyyətinin səbr kasasının daşmasına səbəb olmuşdu.

"Müqəddəs Eçmiədzin 10 xristian öhdəliyindən ən azı birini - "Yalan danışma!"nı - pozur. Onlar bilərəkdən, qəsdən yalan məlumatlar və dezinformasiya yayır, cəmiyyətdə çaşqınlıq yaratmağa, kütləvi etirazlara təkan verməyə çalışırlar", - Ermənistanda iqtidarda olan "Mülki Müqavilə" Partiyasından deputat Vaahn Aleksanyan söyləmişdi.

Onun sözlərinə görə, erməni xalqı dünyanın müxtəlif ölkələrində offşor şirkətlərə və milyonlarla dollarlıq sərvətə malik arxiyepiskoplara, keşişlərə yox, Nikol Paşinyana inanır.

Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı kəndlərinin azad edilərək Azərbaycana təhvil verilməyə hazırlaşdırılmasına başlamasından sonra EAK az qala isteriyaya qapılıb.

Ermənistan Ordusunun hərbçiləri bu kəndlərin ətrafındakı mövqeləri tərk edəndən və ərazinin minalardan təmizlənməsi proseduruna başlanandan sonra Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri keşiş Baqrat Qalstən (Srbazan) olay yerinə yollanıb.

Artıq iki həftədir ki, keşiş Baqrat həmin ərazilərdəki ermənilərlə Kiran və Aşağı Əskipara kəndlərinin arasındakı əraziyə İrəvandan, habelə Ermənistanın müxtəlif yerlərindən gələn "etirazçı"ların rəhbərinə, az qala ideoloquna çevrilib.

Yolu kəsməyə çalışan və fasiləsiz etiraz aksiyası keçirənlər arasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın adamları, Xankəndindəki sabiq terrorçu xuntanın mənsubları, siyasi arenada yenidən yer tutmağa çalışanlar, Rusiyadakı erməni icmasının rəhbərlərinin muzdlu şərtlərlə ezam etdikləri şəxslər və s. var.

Etiraz aksiyalarına rəhbərlki edən, planlaşdırmanı aparan və maliyyələşdirən strukturlardan biri Ermənistan Apostol Kilsəsidirsə, bilavasitə Tavuş (Tovuzqala) rayonundakı aksiyalara keşiş Baqrat "mənəvi rəhbər"lik edir.

Yaşananlar, qeyd etdiyimiz kimi, təsadüflər zənciri yox, yaxşı düşünülmüş prosesdir.

Əsrlərdən bəri dünya erməniliyini birləşdirən mərkəz rolunu oynayan Erməni Apostol Kilsəsi tarix boyu osmanlı türklərinə və xalqımıza qarşı ən məkrli, çirkin əməllərin, planların və ssenarilərin hazırlanmasında bilavasitə iştirak edib.

Qarabağ münaqişəsinin alovlanmasının, qarabağlı erməni separatçılığının, Ermənistanın işğalçılıq planlarının və ərazi iddialarının da müəllifi bilavasitə Erməni Kilsəsidir.

Monofizit dini ideologemlərə əsaslanan, xristianlığın bütün başqa yönlərindən kəskin fərqlənən və özündən savayı heç bir xristian kilsəsini “kamil” saymayan Erməni Apostol Kilsəsi katolizimdə, pravoslavlıqda, lüteranlıqda, anqlikan kilsəsində və s. az qala təriqət, sekta hesab olunur.

Kilikiya və Eçmiədzin kimi iki mərkəzə malik olaraq parçalanmış Erməni Kilsəsi monofizit ruhda olduğundan, məsələn, pravoslavlığa görə, erməni keşiş yalnız tövbədən sonra «normal xristian» sayıla bilər.

Təbii ki, bütün bunlar teologiyadır və dinşünaslıqla bağlı məqamları geniş şərh etmək niyyətində deyilik.

Ancaq Ermənistanda yaşanan son proseslər əsrlərdən bəri erməni cəmiyyətinə hakim olan təhlükəli ideyaların hələ də qüvvədə olduğunu, Erməni Apostol Kilsəsinin reallıqdan uzaq durmaqda israrlı olduğunu və ən pisi - qonşu ölkədə gərginliyi maksimum həddə çatdırmaq niyyətindən əl çəkmədiyini görürük.

Erməni din xadimləri, xüsusilə də Tavuşda və Zəngəzurdakı keşişlər revanşist ideyaların təbliğatçısı olmaqla yanaşı, aşkar şəkildə yeni müharibə tələb edirlər.

Onların illüziyalarında Ermənistanın sərhədləri Kür çayının qərb sahillərindən başlayaraq Türkiyənin Trabzon və Şanlıurfa vilayətlərində başa çatır. Üstəlik, bu illüziya aralıq arzudur: Eçmiədzin ermənilərə “Böyük Ermənistan” idefiksini tarixi gerçək qismində təqdim edərək, reallıq əvəzində xam xəyallarla yaşamağın daha üstün olduğunu aşılamağa çalışır.

Azərbaycanla sülh sazişinin imzalanmasını, şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsini, Türkiyə ilə münasibətlərin normallaşmasını “xəyanət” kimi qələmə verən Erməni Apostol Kilsəsi hazırda Nikol Paşinyan hakimiyyətinə düşmən kəsilib.

Rəsmi İrəvan bu təhlükənin öhdəsindən gələ biləcəkmi?

Cavab az sonra bilinəcək.

Xəbər lenti