Meyxanaçı Balaəli burnunda əməliyyat etdirib, onu kiçiltmək istədiyini söyləyib.

“Güzgünün qabağında dayananda ancaq burnumu görürəm”, - o qatıldığı proqramlardan birində bildirib.

Lent.az-ın xəbərinə görə, müğənni qəza keçirəndən sonra nəfəs almağda çətinlik çəkdiyini deyib.

"Əməliyyat etdirmək istəyirəm. Güzgünün qabağında dayananda ancaq burnumu görürəm. Uşaqlıqda da burnum bir dəfə sınmışdı, onun da təsiri oldu. Nəfəs almaqda çətinlik çəkirəm".

Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:

"Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü".

Aktyor, aparıcı Mətanət Əlverdiyevanın "Emili heç yuxuda görmüsünüz" sualına isə belə cavab verib: 

"Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma".

Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.

Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın həyat yoldaşı saytımıza bildirib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

 

ABŞ-yə köçən və orada işləyən azərbaycanlı telejurnalist Natiq Nailəoğlu (Atakişiyev) həmcinsi ilə nişanlanıb.

Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist özü paylaşım edib.

O, Endryu Korner adlı həmcinsi ilə fotosunu paylaşaraq "nişanlımla" qeydini yazıb.

Qeyd edək ki, Natiq Atakişiyev ANS-də və digər yerli televiziyalarda aparıcılıq edib. O, daha sonra yerli kanallların birinin ABŞ müxbiri kimi fəaliyyət göstərib. 

Hazırda xarici media qurumunda Amerika müxbiri kimi çalışır.

 

 
  •  

 

Azərbaycanın istehsalı olan bir filmdə baş rollardan birinə çəkilən eşşəyə aktyorlardan çox qonorar verilib.

Lent.az-ın məlumatına görə, söhbət “Qəm pəncərəsi” filmindən gedir.

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin motivləri əsasında çəkilmiş bu filmdə Xudayar bəyin Məşədi Həsən kişinin əlindən alıb geri qaytarmadığı eşşəkdən söz açılır.

Film çəkiləndə kəndlərdə məhsul yığımı mövsümü olduğu üçün kənd adamlarından eşşək icarəyə götürmək xeyli çətin olub.

Üstəlik, film üçün bir neçə eyni boy və rəngdə heyvanlara da ehtiyac olub. Çəkiliş zamanı aktyorlar eşşəklərin inadlarını buraxıb hərəkət etmələrini, çəkiliş meydançasına alışmalarını çox gözləməli olublar.

Bu filmdə aktyorlara gündəlik yeddi manat, “kaprizli” eşşəklərə isə 10 manat qonorar yazılırmış.

Eyni hal “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Atları yəhələyin” filmlərində də yaşanıb. “Dədə Qorqud” filmində Rasim Balayevin Babək rolunda güləşməli olduğu şirə onun aldığından 10 qat artıq qonorar verilib. Adları çəkilən digər filmlərdə isə atlara aktyorlardan çox qonorar yazılırmış.

Qeyd edək ki, heyvanlarla birlikdə onların baxıcılarını, baytarlarını, onlara verilən yemi də kinostudiya maliyyələşdirib.

ARB TV-də yayımlanan bəzi “Elgizlə İzlə”, Səni Axtarıram” və “Xəbər Ətər” verilişlərinin yayım vaxtında dəyişiklik edilib.

Bu barədə ARB TV-nin rəsmi İnstagram səhifəsində paylaşılıb.

Dəyişikliyə əsasən, “Elgizlə İzlə” verilişi 14:00-da, “Səni Axtarıram verilişi isə 16:30-da efirə çıxacaq.

“Xəbər Ətər” proqramı 10:50-də yayımlanacaq.

Qeyd edək ki, dünən ATV-də yayımlaman “Bizimləsən” proqramının da efir vaxtı dəyişdirilib. Bu gündən etibarən 16:30-da efirə çıxacaq.

Türkiyəli şoumen Cem Yılmazın son paylaşımı müzakirələrə səbəb olub.

Şoumen instaqram hesabının hekayə bölməsində "Kim" mahnısının sədaları altında əlində spirtli içki paylaşıb. 

Paylaşımın Ramazan ayının ilk günündə edilməsi birmənalı qarşılanmayıb. Sosial media izləyiciləri onu bu hərəkətinə görə tənqid ediblər.

Ötən həftə Rusiyada Ermənistanın tələbi ilə saxlanılan tanınmış fitnes məşqçisi Kamil Zeynallı paylaşımı ilə diqqət çəkib.

O, başına gələnlərin "səbəbkarı" kimi tanınmış aparıcı, xeyriyyəçi hacı Nuran Hüseynovu göstərib:

"Ay tova (tövbə-red.) bir də səninlə şəkil çəkdirməyəcəyəm", - deyə o zarafatla yazıb.

Qeyd edək ki, fevralın 21-də K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı elə həmin gün azad edilib. 

 

 

Fitnes məşqçisi Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasından sonra həyata keçirilən hüquqi prosedurun əsas məqamları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Moskvanın Domodedovo rayonunun polis idarəsində aparılan araşdırmalar zamanı Kamil Zeynallının heç vaxt Ermənistanda olmaması və bu ölkədə hər hansı qeyri-qanuni əməl törətməməsi müəyyən edilib.

K. Zeynallının vəkili Ələkbər Qarayev saytımıza açıqlamasında Ermənistanın onu 29 sentyabr 2020-ci ildə yayılmış görüntülər əsasında məsuliyyətə cəlb etmək istədiyini bildirib: “Həmin tarixdə Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa verib. Müharibə başlayandan 2 gün sonra Kamil Azərbaycan Ordusunun işğaldan azad etdiyi yerlərdə olub və evlərə daxil olub, oradan video çəkərək paylaşıb. Ermənistan dövləti həmin vaxt elə düşünürdü və dünyaya belə çatdırmaq istəyirdi ki, Kamil Zeynallının olduğu yerlər guya Ermənistan dövlətinin ərazisidir və orada gedən döyüşlər, keçirilən əməliyyatlar qanunsuzdur. Və Kamil Zeynallının da orada qanunsuz olmasını, onun muzdlu döyüşçü kimi iştirak etməsini qələmə vermişdilər.

Beləliklə, Kamili adam öldürmək, zorlamaq kimi ağıllarına gələn maddələr üzrə ittiham ediblər. Bunlar Ermənistanın göndərdiyi sorğunun materialları arasında var idi və bir vəkil kimi həmin sənədlərlə tanış oldum. Bundan başqa ermənilərin həmin vaxt Kamili axtarışa verərkən heç ağıllarına gəlməzdi ki, vaxt gələcək Azərbaycan öz ərazilərində suverenliyini tam təmin edəcək, o vaxtdan belə bir sorğu göndəriblər”.

Ə.Qarayev əlavə edib ki, Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya qayıtsa da, federal axtarışda olmağa davam edəcək: “Kamil xarici ölkələrdən yalnız Türkiyəyə gedə bilər, başqa ölkələrə səfər etsə, yenidən saxlanıla və ya həbs edilə bilər. Bir məqamı da vurğulayım ki, dünən Kamildən ifadə götürüləndə orada sual verdilər ki, sən Ermənistan ərazisində olmusanmı? Kamil də birmənalı şəkildə cavab verdi ki, heç bir zaman Ermənistan Respublikası ərazisində olmamışam, bu məqam da həlledici rol oynadı”.

Qeyd edək ki, dünən Moskvada hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı 7-8 saat sonra sərbəst buraxılıb və Bakıya qayıdıb. Ermənistan Respublikası onu ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edir.

"Ən axırıncı dəfə - təşəkkür edirəm, Anar müəllim Ələkbərova - onunla danışdım. Mənə dedi ki, bir problemin yoxdur ki? Bildirdim ki, yox, Anar müəllim. Söylədi ki, möhkəm ol, yanındayıq, dövlət yanındadır, işlər gedir, yaxşı olacaq, inşallah".

Bunu fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılan zaman ən son Azərbaycandan kiminlə əlaqə saxladığı barədə danışarkən deyib.

"Anamla danışdım, möhkəm olmasını, ağlamamasını istədim. Ayıbdır, mən gedəcəyəm, inşallah, bir gün qayıdacağam. Fikrimdə qazilərimiz, şəhid analarıdır, deyirəm ki, onlar ağlayırlar ki, övladları şəhid olub, sən niyə ağlayasan ki...", - deyən Kamil Zeynallı kövrəlib.

Tanınmış məşqçı həmçinin vurğulayıb: "Anar müəllimdən danışandan sonra güc-qüvvət topladım ki, hə, cənab Prezidentin köməkçisi dedi ki, rahat ol, proseslər gedir, yaxşı olacaq".

Xəbər lenti