Bu qurumda əməliyyat keçirildi - saxlanılanlar var (YENİLƏNİB)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib.

APA xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.

9-masinin-ezildiyi-qeza-ani

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziyan dəydiyi görünür. Rəşid Behbudov küçəsindəki qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.

Digər hadisə isə Xətai rayonu 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınıb. Qəza nəticəsində 1 ədəd işıqfor dirəyi yararsız hala düşüb. Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin svetoforun yenisi ilə əvəzlənməsi işləri aparılır.


Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 15 il ötür.

2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü də öldürüb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək “İnterpol”a verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.

Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Dəhşətli terror aktının məsum qurbanlarını rəhmətlə anırıq!

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb".

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya geniş müsahibəsində deyib.

O bildirib ki, onun necə əsir götürüldüyü, hansı işgəncələrə məruz qaldığı və sonrakı taleyi filmdə əks olunub: "Həmin filmdə danışan erməni hərbçi onun ağır işgəncələrlə qətlə yetirildiyini etiraf edir.

Natiq Qasımov həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. Baxmayaraq ki, filmdə o, bunu danmağa uğursuz cəhd edir. Amma Natiq Qasımovun əsir götürməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunur.

Beləliklə, Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə olması ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik".

“Çaşır yığmağa gediblər, hər il bunu edirdilər”.

Bunu Baku TV-yə açıqlamasında bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan Vilayət Həsən oğlu Rzayevin nəvəsi Aytac Abbasova deyib.

 Qeyd edək ki, bu gün rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyev Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 1997-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Hüseynəliyev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Fuad Muradova qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddələri ilə yekun ittiham verilib.

İttihamda qeyd edilib ki, Muradov 7 nəfər kişini intim video, şəkillər və digər vasitələrlə şantaj edib. Həmin şəxslər iş üzrə zərərçəkmiş qismində tanınıblar.

Müttəhimin işini Elmin Rüstəmovun sədrlik etdiyi məhkəmə heyəti araşdıracaq.

Rusiyanın Yekaterinburq şəhərindəki “Vtorçermet”də baş verən qarşıdurmanın təfərrüatları məlum olub. Dalida kafesinin yaxınlığında kütləvi dava zamanı bir kişi bıçaqlanaraq öldürülüb.

Lent.az bildirir ki, münaqişə azərbaycanlı və taciklərdən ibarət qruplar arasında başlayıb.

Məlumata görə, müəssisə azərbaycanlılara məxsusdur. Lakin başqa etnik qruplar tez-tez orada nahar ediblər. Davadan bir həftə əvvəl talışlar (Azərbaycan xalqı) qeyd edildiyi kimi, məişət münaqişəsindən sonra tacikləri döyüblər.

Aprelin 20-də onlar yenidən üzləşib. Lakin bu dəfə taciklər daha çox olub.

Tapançalarla silahlanmış azərbaycanlılar əsasən Rusiya Federasiyasının vətəndaşları olub. Onlardan 3 nəfər yaralanıb, 1 nəfər ölüb.

Taciklər isə əsasən tikintidə işləyən miqrantlar olublar.

Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, şübhəlilər qaçmağa cəhd etsələr də, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.

Bu barədə Nocoment.az-a mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov tərəfindən təyin olunmuş yeni Daxili Mühafizə rəisi Novruzov Bəxtiyar Əhmədxan oğlu və daha 2 mühafizəçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Saxlanılan digər 2 mühafizəçi müəyyən dindirilmələrdən sonra sərbəst buraxılıb.

İlkin versiyalara görə, mühafizə rəisi klinikaya daxil olan firmalardan və vətəndaşlardan qeyri-qanuni şəkildə pul almaqda ittiham olunur. Mənbə qeyd edir ki, bu mühafizə rəisi Klinikanın direktoru Barat Yusubovun qohumudur.

Xatırladaq ki, TƏBİB-in tabeliyindəki “Yeni Klinika” tibb müəssisəsində keçən ilin avqust ayında rəhbərlik dəyişib. Bu dəyişiklikdən sonra ölkənin ən böyük səhiyyə ocağında baş verən proseslər isə heç də ürəkaçan deyil. Bir ay ərzində mərkəzin Daxili Mühafizə Xidmətinin rəisi də başda olmaqla, 10-a yaxın əməkdaş işdən çıxarılıb. Belə ki, Barat Yusubov klinikanın yeni direktoru təyin edildikdən sonra əksəriyyəti qazi və veteranlardan ibarət olan mühafizəçilər öz ərizələri ilə işdən ayrılıblar.

Klinikanın təhlükəsizlik xidməti şöbəsinin müdiri, polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmadığına görə Barat Yusubovun qəzəbinə tuş gəlib. Bu, o Coşqun Məmmədovdur ki, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.

 

 

 

Xocavənd rayonunda 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var.

Bu barədə "Ölkə.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır

 

 

 

 

Xəbər lenti