İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

"Nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.

 

 

 

 

ABŞ və Avropa İttifaqı (Aİ) getdikcə Mərkəzi Asiya ölkələrinin ehtiyatları, ilk növbədə uran və digər xammallar uğrunda mübarizəyə cəlb olunur.

Məsələn, Avropa Birliyi, xüsusən Özbəkistanda artıq bu istiqamətdə irəliləməyə başlayıb. Aprelin 5-də Özbəkistan və Aİ arasında kritik xammal sahəsində davamlı dəyər zəncirlərinin inkişafına dair anlaşma memorandumu imzalanıb. Gözlənilir ki, bu saziş Özbəkistanda dağ-mədən sənayesinin inkişafına təsir göstərəcək, həmçinin Avropa İttifaqına mis və molibden kimi minerallar əldə etməyə imkan verəcək.

Bu barədə rusdilli "Бакинский Бурила" kanalının təhlilində qeyd edib.

"Son illər Avropa dövlətlərinin, xüsusən də Fransa və Almaniya nümayəndələrinin Mərkəzi Asiya ölkələrinə, ilk növbədə Özbəkistana səfərləri daha tez-tez baş verir - məsələn, Makronun oraya səfərini xatırlamaq yerinə düşər. Almaniyanın iqtisadi maraqları isə Özbəkistanda fəaliyyət göstərən iri şirkətlərin sayını artırmaq və yeni investisiya layihələrini genişləndirməkdən ibarətdir. Olaf Şolts və Şavkat Mirziyoyev arasında keçirilən son görüş nəticəsində 9 milyard dollar dəyərində ticarət, investisiya və texnologiya sazişi imzalanıb.

Mərkəzi Asiya ölkələri bu Böyük Oyunun obyektinə deyil, subyektinə çevrilib. Bəlkə də tarixlərində ilk dəfədir və bu, onlara inkişaf üçün unikal imkanlar verir.

Hər bir ölkənin nə qədər çox resursu varsa, onların hamı üçün dəyəri bir o qədər yüksəkdir - xüsusən də Rusiyanın bu regionda təsirini itirməsi və Qərblə Çin arasında resurslar uğrunda qlobal rəqabət fonunda", - deyə məqalədə bildirilir.

Qeyd edilir ki, Qərbin Özbəkistana diqqətini artırmasının səbəblərindən biri də onun zəngin mis yataqlarıdır: "Eyni zamanda, Aİ-nin iqlim məqsədlərinə nail olmaq səyləri təhlükə altında olduğundan, rəsmi Brüssel alternativ variantlar axtarmağa çalışır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen parlamentdəki çıxışlarının birində deyib: "Tezliklə litium və nadir torpaqlar neft və qazdan daha vacib olacaq. 2030-cu ilə qədər nadir torpaqlara olan tələbatımız 5 dəfə artacaq. Biz yenidən asılı olmaqdan qaçmalıyıq. Necə ki bunu bunu neft və qazla etdik”.

Beləliklə, Avropa, şübhəsiz ki, bu resursların yeni və etibarlı təchizatçıları axtarışındadır. Və təbii ki, bunu Mərkəzi Asiya ölkələrində də başa düşürlər. Regionda mühüm format, yeni əlaqə formalaşır və o, bilavasitə Azərbaycanla bağlıdır. Resurslar əladır, amma onları Asiyadan Avropaya necə çatdırmaq olar?"

Təhlildə bildirilir ki, cəmi üç yol var: Xəzərdən şimala - Rusiyadan, Xəzərdən cənuba - İrandan və Xəzər dənizindən - yəni Azərbaycan ərazisindən.

"Rusiya Federasiyası və İrandan keçən tranzit marşrutlarında hansı böyük risklərin - gömrük, siyasi, iqtisadi və s.-nin olduğunu izah etmək lazımdırmı? Deməli, Azərbaycanın Orta Asiya üçün, hətta daha çox Qərb üçün, hətta Fransa üçün təmsil etdiyi rol, əhəmiyyət vacibdir.

Bunlar isə Azərbaycan üçün imkanlardır. Bakının onlardan maksimum yararlanacağı şübhəsizdir", - deyə məqalədə qeyd olunub.

Dörd kənddən sonra Vardenis (Basarkeçər), daha sonra Sünik (Zəngəzur) veriləcək. Vardenisdən 10 kəndin, Sünikdən isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar yayılır.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan bildirib.

Onun iddiasına görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsində artıq işlər başlayıb:

“Azərbaycanın Naxçıvana çıxışının təmin edəcək bu dəhlizdə yolların asfaltlandığı deyilir. Hakimiyyət bunu gizlədir, lakin sosial şəbəkələrdə yolların təmir edildiyi görüntüləri yayılır. Bu o deməkdir ki, kəndlərin verilməsindən sonra dəhlizin verilməsi də gündəmdədir”.

Xaçikyan qeyd edib ki, baş verənlər Ermənistanın yekun kapitulyasiya aktını imzalaması ilə nəticələnəcək.

İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.

 

 

 

 

“Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yer alıblar.

Yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

 

 

 
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.

Prezident İlham Əliyev tədbirdə iştirak edir.

Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Fransa Azərbaycan qarşısında gücsüz qaldığını əslində, anlayır və bundan ciddi şəkildə qıcıqlanır, çünki rəsmi Bakıya təzyiq cəhdləri boşa çıxdı... Rəsmi Paris erməni terrorçuları dəstəkləmək əvəzinə, kaledoniyalıların öz tarixi vətənlərində azad yaşamaq hüquqlarını tanımaq barədə düşünməlidir...

Cənubi Qafqazın "qapıları" Fransanın üzünə qapalıdır. Rəsmi Paris nə qədər cəhd göstərsə də, Fransa bu regionda peyda olmağı bacarmır. Böyük ehtimalla Fransanın siyasi dairələri öz geopolitik hesablamalarında və taktiki addımların atılmasında ciddi səhvlərə yol veriblər. Və bu səbəbdən də, indi prezident Emmanuel Makron Cənubi Qafqaza yalnız Avropa Birliyinin Ermənistandakı mülki cəsus qrupunun binoklları ilə baxmaq məcburiyyətində qalıb.

Təbii ki, bu, Afrikadan qovulsa da özünü Fransa hələ də nəhəng dövlət hesab edən Fransa üçün böyük uğursuzluq və rüsvayçılıqdır. Üstəlik bu uğursuzluq və rüsvayçılığın uzunmüddətli olacağı da artıq qətiyyən şübhə doğurmur. Çünki rəsmi Paris Ermənistanı əsas regional müttəfiq seçməklə taleyüklü səhv edib. Rəsmi Bakı isə bu səhvi bağışlamayıb və Fransanın Cənubi Qafqaza yerləşmək cəhdlərini bloklayıb.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Belə anlaşılır ki, rəsmi Paris Cənubi Qafqazı vaxtilə müstəmləkəyə çevirdiyi Afrika ilə səhv salıb. Fransa nəhayət ki, anlamalıdır ki, Cənubi Qafqaza Ermənistan üzərindən yerləşə bilməz. Çünki bu regiona artıq Azərbaycan dövləti nəzarət edir. İndi Cənubi Qafqazın şəriksiz geopolitik lideri məhz Azərbaycan dövlətidir. Və rəsmi Bakı Cənubi Qafqazda Ermənistana dəstək verən "fransız xoruzu"nun "başlamasına" imkan verməz.

Ona görə də, rəsmi Parisin Azərbaycana qarşı növbəti demarşının da uğursuz olması qətiyyən gözlənilməz deyil. Hər halda, prezident Emmanuel Makronun Fransanın Azərbaycandakı səfirini geri çağırmaqla, Azərbaycana "əzələ nümayiş etdirmək" cəhdi işə yaramadı. Və rəsmi Parisin bu siyasi manevri bumeranq effekti verdi.

Məsələ ondadır ki, fransız səfir artıq Bakıya qayıdıb və diplomatik fəaliyyətinə davam edir. Yəqin ki, "prezident-səfir məsləhətləşməsi" Azərbaycana daha effektiv təzyiq metodları tapmaq üçün yetərli olmayıb. Əksinə, prezident Emmanuel Makron rəsmi Bakının səbrinin tükənə biləcəyini də nəzərə almaq məcburiyyətində qalıb. Hər halda, fransız səfirin geri qayıdışı bir az da geciksəydi, rəsmi Paris Azərbaycanın analoji reaksiyası ilə üzləşə bilərdi. Və bu, Fransanın beynəlxalq məkanda nüfuzuna daha ağır zərbə vurardı, üstəlik, Azərbaycanla münasibətlərdə böhran həlledilməz həddə çatardı.

04020000-0aff-0242-9cc1-08daa835650f_cx0_cy10_cw99_w1200_r1.jpg (159 KB)Göründüyü kimi, prezident Emmanuel Makron Azərbaycanla münasibətlərin inkişaf istiqamətlərinin müzakirəsi üçün tamamilə yanlış tərəfdaş tapıb. Çünki Azərbaycan-Fransa münasibətlərinin hansı istiqamətə yönələ biləcəyini yalnız rəsmi Bakı ilə konstruktiv müzakirələr sayəsində müəyyən etmək mümkün ola bilər. Əgər, rəsmi Paris ermənipərəst inadından geri çəkilərsə, bu, Fransanın Cənubi Qafqaz maraqları baxımından da pozitiv nəticələr vəd edir. Əks halda, Fransa Ermənistana sadəcə, uzaqdan "bacılıq" etməkdən başqa heç nəyə nail ola bilməyəcək. Və rəsmi Paris mövqeyinə düzəliş etmək üçün tələsməlidir, əks halda, çox gec qalacaq.

Ancaq müşahidələr onu göstərir ki, hələlik rəsmi Paris bu reallıqları qəbul etmək qabiliyyətindən uzaqdır. Makron hakimiyyəti hələ də Fransanın "nəhənglərinə" güvənə biləcəyinə ümid bəsləyir. Çünki bu ölkənin prezidenti Emmanuel Makron ilə yanaşı, baş naziri və xarici işlər naziri Azərbaycana qarşı qərəzli açıqlamaları davam etdirməkdə israrlı davranır. Üstəlik, onlara Fransanın daxili işlər naziri Jerald Darmanen də qoşulub. Fransız nazir Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham edib. Onun fikrincə, rəsmi Bakı Fransanın erməniləri dəstəkləməsinə cavab olaraq, Yeni Kaledoniya mövzusundan istifadə edir. Və bu, əslində, rəsmi Parisin bəşəri cinayətlər törətdiyini dolayısı ilə etiraf etməsi anlamı da daşıyır.

Məsələ ondadır ki, Fransa son 30 ildə sadəcə, erməniləri dəstəkləməyib. Rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü təhdid edən erməni separatçı-terrorçuları dəstəkləyib. Yəni, rəsmi Paris bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidləri müdafiə edib. Digər tərəfdən isə silahlı erməni terrorçuları dəstəkləməklə, həm də beynəlxalq terrorizmə dayaq olub, beynəlxalq hüquq normalarına görə cinayət törədib. Və rəsmi Parisin erməni terrorçularla kaledoniyalılar arasında paralellər aparmağa çalışması isə tamamilə absurddur.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)Çünki Yeni Kaledoniya Fransa ərazisi deyil. Fransa həmin ərazini işğal edərək, müstəmləkəyə çevirib. Kaledoniyalılar da haqlı olaraq, Fransa müstəmləkəçiliyindən xilas olmaq üçün dinc yollarla mübarizə aparırlar. Rəsmi Bakı isə Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxması beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Və bu baxımdan, fransız nazir Azərbaycanı ittiham etməkdən əvvəl Fransanın beynəlxalq cinayətlərinə diqqət etsə, daha doğru olar.

Fransız nazir onu da nəzərə almalıdır ki, Azərbaycanın müstəmləkədən xilas olmaq istəyən kaledoniyalıları müdafiə etməsi Fransanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilməz. Çünki hər hansı xalqın müstəmləkə altında saxlanılması bəşəri cinayətdir və Fransanın daxili işi hesab oluna bilməz. Rəsmi Paris Azərbaycanı ittiham etmək əvəzinə kaledoniyalıların öz tarixi vətənlərində azad yaşamaq hüquqlarını tanımaq barədə düşünməlidir. Əks halda, Fransanın beynəlxalq rüsvayçılığı daha da böyüyəcək.

Bütün bunlar onu göstərir ki, rəsmi Paris Azərbaycan qarşısında gücsüz qaldığını əslində, anlayır. Çünki rəsmi Bakı beynəlxalq hüquq normaları qarşısında tamamilə haqlı mövqedədir. Ona görə də, Fransanın Azərbaycanın geri çəkiləcıyinə ümid bəsləməsi üçün heç bir əsas yoxdur. Əksinə, Fransa öz mövqeyindən geri çəkilməyə məcburdur. Fransız səfirin Bakıya qaytarılması da bu reallığı birmənalı şəkildə təsdiqləyir. Və rəsmi Paris bunu edərkən, əli heç yerə çatmayan Fransanın gücsüzlüyündən də qıcıqlandığını gizlətməkdə də çətinlik çəkir.(musavat.com)

“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni generalErmənistanda Azərbaycana qarşı aksiyaya qoşulan hərbçilərə cinayət işi açılıb

Ermənistanda Azərbaycana məxsus kəndlərin geri qaytarılması revanşist əhval-ruhiyyədə olanların narazlığı ilə qarşılanıb. Bir neçə gündür ki, ölkənin ayrı-ayrı yerlərində azsaylı etiraz aksiyaları keçirilir. Müxalifət bu aksiyalara daha çox adamın çıxmasına çalışsa da, hələ ki buna nail ola bilmir.

Revanşistlərin fitvasına uyanlar arasında az sayda hərbçi də var. Aprelin 26-da 20-yə yaxın müqaviləli hərbçi Tavuşdakı aksiyalara qoşularaq, Qazaxın Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycan tərəfinə təhvil verilməsinəqarşı çıxıb.

Modern.az xəbər verir ki, Paşinyan hökuməti hərbçilərin proseslərə bu şəkildə müdaxilə etməsinin təhlükəsini dərhal hiss edərək, adekvat tədbirlər görüb.

Belə ki, Müdafiə Nazirliyi silahlı qüvvələrini siyasi proseslərə cəlb etmək cəhdinə hüquqi qiymət veriləcəyəyini bəyan edəndən sonra Ermənistan İstintaq Komitəsi hərəkətə keçib.

İstintaq Komitəsi bir qrup hərbçininxidmətin müəyyən vəzifələrini yerinə yetirməkdən imtina etməsinə görə cinayət işinin başlandığını bildirib.

Ardınca qanunsuz aksiyalara qoşulan hərbçilərin peşman olduqlarını əks etdirən səsli videolar yayılıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan da hərbçilərin prosesə qarışmasını pisləyib. “Hraparak”a müsahibəsində Akopyan deyib ki, qanunsuz aksiyalara qoşulan həbçilər cinayət törədiblər: “Onların hərbi geyimdə olması cinayətdir”.

Movses Akopyan təəssüflə qeyd edib ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci kl tarixli üçtərəfli Bəyanatın bəndlərini bir-bir həyata keçirir:

“Mən dəfələrlə qeyd etmişəm. 9 noyabr (10 noyabr-red.) sənədinin bəndləri var, Azərbaycan həmin bəndləri ardıcıllıqla həyata keçirir”.

Bununla yanaşı, general Movses Akopyan da Paşinyan hakimiyyətindən narazılığı ifadə edib.
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?Ermənistan hazırda işğal dövrünün nəticəsi olan dərin tənəzzül prosesini yaşayır. Müharibədən dərhal sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının, həmçinin Zəngilan və Qubadlının yüzə yaxın kəndinin Azərbaycana qaytarılması daha az etirazlarla müşayiət olunurdu. İndi isə Ermənistanın səriştəsiz rəhbərliyi yelkənsiz gəmi kimi dolaşır, gah "bacı”larını, gah oturduğu qucaqları dəyişir, amma nəticə yoxdur və olmayacaq. Çünki Ermənistan ilk növbədə özünü, sonra qonşulara münasibətini dəyişməlidir, amma bunu hələlik öz xoşu ilə etmək istəmir.
İrəvan Prezident İlham Əliyevin və qəhrəman Azərbaycan Əsgərinin yaratdığı yeni reallıqları qəbul etməyənə, qalib tərəfin tələblərini tam yerinə yetirməyənə qədər Ermənistan qazan kimi qaynayacaq, daxildən çalxalanacaq, iqtidar ilə müxalifət, əhali ilə diaspor, diasporla kilsə arasındakı ziddiyyətlər artacaq.

Qazaxın kəndlərinin əsl sahiblərinə qaytarılması geçikmiş olsa da, doğru qərardır, amma buna görə Paşinyan hazırda ağır tənqidlərə və təhqirlərə məruz qalır, onu "Azərbaycanın Ermənistandakı səfiri" adlandırırlar. Paradoks ondan ibarətdir ki, bu qədər etirazların fonunda əhali Paşinyanı devirmək də istəmir. Səbəb isə sadədir: Əvvəlki illərdə “Qarabağ klanı”nın üzvləri olan Köçəryan-Sarkisyan cütlüyü xalqa elə divan tutub ki, hələ də tüstüsü təpələrindən çıxır.

Paşinyan təbii ki, çevriliş risklərini nəzərə alır, amma real alternativinin hələlik olmadığını da anlayır. Buna görə də cəsarətli addımlar ata bilir: Qazaxın kəndlərini qaytarır, qondarma “erməni soyqırımı” zamanı guya həlak olmuş 1,5 milyondan çox erməninin adlı-soyadlı siyahısını tələb edir. 109 il əvvəl dünyada 1,5 milyon erməninin olmadığını bilən Nikol yaxşı olar ki, saxta tarix yazanlara belə bir sual da ünvanlasın: 109 il əvvəl müvəqqəti yaşadığı yerlərdən qovulmaq "soyqırımı" hesab edilirsə, o zaman 13500 kv.km Azərbaycan ərazilərinin işğal edilərək minalanması, bu ərazilərə kənar ölkələrdən gətirilən ermənilərin yerləşdirilməsi, 4000 azərbaycanlının taleyinə bu günə qədər aydınlıq gətirilməməsi, Xocalıda, Bağanis Ayrımda, Başlıbeldə, Malıbəylidə, Edillidə, Quşçularda, Qaradağlıda tərədilən vəhşiliklər bəs nədir?

Hər bir xalqın tarixində kədərli səhifələr olub, amma ermənilər qədər SOYQIRIMBAZ toplum yer üzündə tapılmaz. Ermənistan mövcud olduğu ərazidə qonşularla birgə yaşamaq, yaratmaq, daha yaxşı gələcək qurmaq əvəzinə daim kənar qüvvələrin planlarını həyata keçirir, fitnə-fəsad törətməklə regionda gərginlik yaradır. Bilərəkdən qlobal güclərin alətinə çevrilməklə regional sabitliyi təhdid altına alır. Məhz bu səbəbdən ən yaxşı bayramlarını Tsitsernakaberd və Yerablur memorial komplekslərində qeyd etməsi təəccüblü deyil.

Ermənistan normal dövlət kimi mövcud olmaq istəyirsə, bir çox mənfur niyyət, arzu və istəklərdən imtina etməlidir. Nikolun NATO və Aİ-yə üzvlük istiqamətində fəaliyyətləri də istənilən nəticəni vermir. Mövcud gərgin vəziyyətə görə Ermənistan cəmiyyətində Paşinyana çoxlu sual yaranıb. Bu suallara məntiqli və ağlabatan cavab almayanlar küçələrə çıxır, Nikolu və ailəsini hər yerdə təhqir edirlər. Amma azacıq sağlam düşüncə və yaddaşı olan heç kim yeni inqilab istəmir. Çünki istənilən inqilab erməni ordusunu alt paltarsız xidmətə vadar edən Sarkisyan-Köçəryan çütlüyünün xeyrinə olacaq.

Ermənistanı çalxalayacaq proseslər Qazaxın kəndlərinin qaytarılması ilə başa çatmayacaq. İrəlidə Ermənistanı ağrılı-acılı delimitasiya, Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış və s. proseslər gözləyir. Ermənistan hakimiyyəti bunlara əhalini indidən hazırlamalı, məsələnin KİV-də geniş müzakirəsinə imkan verməlidir.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az

Xəbər lenti