Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyuğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparılıb.

Təmir işləri küçənin Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində icra olunub.Sözügedən hissənin uzunluğu 660, eni 13.33 metrdir.  

Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib, küçə boyu mövcud piyada səkilərinin bərpası işləri aparılıb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunub. 

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.  

YOLUNUZ AÇIQ OLSUN...
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO

Yeni yerüstü piyada keçidinin inşasına start verilib

Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü  km-də yeni piyada keçidinin inşasına start verilib.

Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.50, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. 

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN... 

 Yeni yerüstü piyada keçidinin inşasına start verilib
Yeni yerüstü piyada keçidinin inşasına start verilib
Yeni yerüstü piyada keçidinin inşasına start verilib
Yeni yerüstü piyada keçidinin inşasına start verilib

Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Dövlət başçısının tapşırığına uyğun olaraq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.

Bu çərçivədə Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri davam etdirilir.

Təmir işləri sözügedən avtomobil yolunun 9-14-cü km-lik hissəsində (“Binə” ticarət mərkəzindən Biləcəri qəsəbəsi istiqamətində) icra olunur.

Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı. 

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.  

Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək və üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.

YOLUNUZ AÇIQ OLSUN...

Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Dövlət başçısının tapşırığına uyğun olaraq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.

Bu çərçivədə Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb.

Təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılıb.

Qeyd edək ki, sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.

Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə yerinə yetirilib.

YOLUNUZ AÇIQ OLSUN...

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO
8 Noyabr prospektində təmir işləri davam etdirilir

Yol-xeber.az" xəbər verir ki,  Rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində təmir işləri davam etdirilir.

Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və ya onların birbaşa iştirakı ilə aparılır.

Hazırda Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumlarım iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla ayrılmış velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür. Qeyd olunan işlər hazırda prospektin Yusif Səfərov küçəsinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır.

Ümumilikdə isə prospekt boyunca 10 km-ə yaxın velosiped yollarının salınması layihə üzrə nəzərdə tutulur. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.

Bundan başqa, prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür.

Xatırladaq ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib. 

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı. 

 YOLUNUZ AÇIQ OLSUN...

 8 Noyabr prospektində təmir işləri davam etdirilir
8 Noyabr prospektində təmir işləri davam etdirilir
8 Noyabr prospektində təmir işləri davam etdirilir
8 Noyabr prospektində təmir işləri davam etdirilir
8 Noyabr prospektində təmir işləri davam etdirilir
8 Noyabr prospektində təmir işləri davam etdirilir
8 Noyabr prospektində təmir işləri davam etdirilir
8 Noyabr prospektində təmir işləri davam etdirilir
8 Noyabr prospektində təmir işləri davam etdirilir

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır

Yol-xeber.az" xəbər verir ki, Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.

Bu çərçivədə öncədən də məlumat verildiyi kimi bu gün səhər saatlarından etibarən Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işlərinə başlanılıb.

Təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılır.

Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı. 

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən bu gün ərzində qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.  

Sabahdan etibarən isə yola yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Buna görə də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkətin tam məhdudlaşdırılması nəzərdə tutulur.

Sürücülər alternativ olaraq Sumqayıt yolundan birbaşa Bakı Dairəvi avtomobil yoluna daxil olub hərəkətlərinə davam edə bilərlər.

 Asfaltlanma işləri bitəndən sonra yola üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq.

Təmir işlərinin 21 aprel saat 22:00-dək yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

YOLUNUZ AÇIQ OLSUN...

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu l
ayihələrinin icrası davam etdirilir.

Bu layihələrdən daha birinin - Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb.
 
Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33.5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.
 
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılmasıyolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. 
 
Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur. 
 
“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. 
 
Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
 
Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
 
BÜTÜN YOLLAR QARABAĞA APARIR...Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Yol-xeber.az" xəbər verir ki,  Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlik tərəfindən bu çərçivədə avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yerüstü piyada keçidlərinin inşası davam etdirilir.

Bu istiqamətdə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşmaq üzrədir.   

Layihə üzrə keçidin ümumi uzunluğu 48.6, eni 3 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid  metal konstruksiyalıdır. 

Hazırda keçiddə son tamamlama işləri görülür. 

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunacaq. 

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN... 

Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Yeni yerüstü piyada keçidinin inşası davam edir

Yol-xeber.az" xəbər verir ki,  Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən bu çərçivədə piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidinin inşası davam etdirilir.

Layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.50 metr, qalereyasının eni 4.5 metrdir.

Yol səviyyəsindən hündürlüyü 6.80 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. 

Artıq keçiddə orta və yan dayaqların tikintisi, piyada panduslarının quraşdırılması yekunlaşıb. Hazırda məhəccərlərin quraşdırılması işləri icra olunur.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması da nəzərdə tutulub.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir
Yeni yerüstü piyada keçidinin inşası davam edir

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir.

Bu çərçivədə Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb.

Uzunluğu 80 km, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılmasıyolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. 

Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə olunacaq.

Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa yol boyu 6 körpünün, lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub. 

“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. 

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Xəbər lenti