Styles  
Paragraph  
Font Family  
Font Size  
 
       
   
   
                               
   
   
   
                                                           
                                                 

Ramil Usubov yeni polis rəisi təyin etdi.

Daşkəsən rayonunda polis rəisi vəzifəsinə yeni təyinat olub.

Vetenimizveyolumuz.az-in Oxu.Az-a istinadən məlumatına görə, daxili işlər naziri, general polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyin olunub.

Daşkəsən rayonunun əvvəlki polis rəisi Fəxrəddin Abbasov isə Ağsu Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

A.M.
www.oxu.az

Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, uzunluğu 39 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 15 yaşayış məntəqəsinin 22 min əhalisinin ürəyincə olub.

Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla, ümumi eni 10 m təşkil edəcək.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, yeni yol əsası inşa edilir. Daha sonra yola 2 qat olmaqla, yeni asfalt-beton örtüyü salınacaq. Ümumilikdə yola 230 min m2-dən çox asfalt örtük döşənəcək.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeniləri qurulacaq. Bərpa işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
                                                                                       



Noyabrın 23-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun görüşü olub.

Ardını oxu...



Noyabrın 23-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun görüşü olub.

Ardını oxu...



Azərbaycanın “Qarabağ” klubunun qapıçısı İbrahim Şehiç Çempionlar Liqasında qurtarışların sayına görə birincidir.

Ardını oxu...

Xəbər lenti