ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, hazırda hərbi xərclər kəskin artaraq 40 milyard dolları keçib. Lakin yenə də bu pul Ukrayna üçün ən azı daha bir il müharibə üçün bəs edəcək: "Hələ nəzərə alaq ki, ABŞ Ukraynaya ilk dəfə uzunmənzilli “ATACMS” raketlərini və ya taktiki raket sistemlərini göndərilməsilə də bağlı razılıq verib".

Ekspert deyir ki, ABŞ Rusiyanın qəfil məğlubiyyətini istəmir:

“Amerikanın artıq Ukraynaya xərcləməyə pulu yoxdur, Ukrayna tək buraxılacaq” deyənlərə ABŞ-ın heç bir halda Rusiyanın qələbəsinə imkan verməyəcəyini demişəm. Hər il təkcə hərbiyə 1 trilyon dollar (916 milyard dollar hərbi büdcə) pul xərcləyən bir ölkə üçün Ukraynanın müharibəni davam etdirməsi üçün vəsait ayırması problem olmayacaq. Sadəcə ABŞ Rusiyanın qəfil məğlubiyyətini istəmir. O, bunu yavaş-yavaş edəcək. Çünki sürətli məğlubiyyət Avrasiya materikində ciddi boşluqlar yarada bilər və qısa zamanda bu boşluqları ABŞ doldura bilməz. Əvəzində bu boşluqları Çin, Fransa, Türkiyə doldura bilər. Ona görə də, Rusiyanın iqtisadi-siyasi köçüşü o qədər asta olmalıdır ki, Rusiyasızlığın yaratdığı boşluqları ABŞ və daha yaxın müttəfiqləri doldura bilsin".

"Həm də tədricən baş verən “köçmə” prosesi daha ağrılı olur və dirçəliş üçün ən yaxşı halda 30-40 il lazım gəlir", - deyə E. Əmirov əlavə edib.

06 May 2024 İsrail ordusu Qəzzadan geri çəkilir
06 May 2024 İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
06 May 2024 Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
06 May 2024 ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
06 May 2024 Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
06 May 2024 Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
04 May 2024 İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
04 May 2024 Sudan prezidentinin oğlu Türkiyədə öldü
04 May 2024 “Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
04 May 2024 Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
03 May 2024 Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
03 May 2024 Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
03 May 2024 Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
03 May 2024 Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
03 May 2024 CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
02 May 2024 Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
02 May 2024 Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
02 May 2024 Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
01 May 2024 Ermənipərəst Solovyova Ermənistandan qadağa
01 May 2024 Gürcüstanda müxalifət lideri döyülüb - FOTO

Xəbər lenti