"Ermənistanla Gürcüstan arasında delimitasiya 20 ildən artıqdır ki, davam edir, lakin bu prosesi sürətləndirmək lazımdır. Azərbaycanla da delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Niyə? Delimitasiya aparılmaması münaqişənin yaranmasına səbəb ola bilər. Buna görə də biz vəziyyəti mümkün qədər idarəolunan saxlamaq üçün münaqişənin yaranmasına ciddi təhlükə olan yerlərdən başlayırıq”,- Paşinyan qeyd edib.

O əlavə edib ki, delimitasiya sənədlərində müəyyən məxfilik var və onlarla işləmək üçün müəyyən prosedurlar var: "Hesab edirəm ki, bu prosedurlarla bağlı anlaşılmazlıqlar ola bilər".
Paşinyan eyni zamanda əlavə edib ki, bütün bu prosesin geosiyasi təsiri var.

“Gözümüzün önündə bir neçə dəfə bizim qarşımızda təhlükəsizlik öhdəliyi olan strukturlar və ölkələr öz öhdəliklərini yerinə yetirə bilməyiblər. Bu fakt Ermənistanı belə qənaətə gətirməlidir ki, təhlükəsizliyimizi təmin etmək üçün yalnız özümüzə arxalanmalıyıq", - o qeyd edib.
Paşinyan əlavə edib ki, vəziyyəti dəyişməmək ölkəni müəyyən çöküşə sürükləmək deməkdir.
"Biz milli maraqlarımıza uyğun olaraq kənar dəstək və himayədar olmadan regionumuzda yaşamağın həll yolunu tapmalıyıq. Keçdiyimiz yolu təhlil edəndə görürük ki, özümüzü bir forpost kimi görürük", - Paşinyan vurğulayıb.

16 May 2024 ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
16 May 2024 Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
16 May 2024 Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
16 May 2024 Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
15 May 2024 Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
15 May 2024 Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
15 May 2024 Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
15 May 2024 Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
15 May 2024 Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
15 May 2024 Hitlerin səhvini Rusiya edir - Feldman
15 May 2024 Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14 May 2024 Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
14 May 2024 ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
14 May 2024 Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
13 May 2024 Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13 May 2024 İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13 May 2024 Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
13 May 2024 İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
13 May 2024 Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
13 May 2024 Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK

Xəbər lenti