28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinin daha da yaxşılaşdırılması istiqamətində əməkdaşları üçün praktiki təlimlər təşkil edib. Təlimlərin keçirilməsində məqsəd ADY-də sağlam və təhlükəsiz iş şəraitinin davamlı təmin olunmasına töhfə vermək, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsini vaxtaşırı olaraq təkmilləşdirməkdir.

Təlimlər zamanı fövqəladə vəziyyət və böhran anlarında təxliyə və ətraf mühitin qorunmasının operativ və səmərəli təşkili mövzusuna üstünlük verilib.

 

Təlimçilər xüsusilə hündürlükdə və qapalı sahələrdə iş zamanı baş verən hadisələr nəticəsində zərərçəkənlərin təxliyəsi qaydaları, habelə onlara ilk yardımın göstərilməsi, eləcə də yanğın təhlükəsizliyi qaydaları, odsöndürənlər və yanğından mühafizə qatarı ilə dəmir yollarında baş verə biləcək yanğınların söndürülməsi simulyasiyalarında iştirak etməklə praktiki vərdişlərini təkmilləşdiriblər.

ADY əməliyyatların səmərəliliyinin artırılması, sərnişin və yük daşımaların vaxtında və təhlükəsiz mənzil başına çatdırılması ilə bazarda etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmləndirmək istiqamətində əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələri üzrə  kompleks tədbirlər planını həyata keçirməkdədir.

31 May 2024 Daxili işlər naziri Yardımlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
24 May 2024 Azərbaycan və Moldova Daxili İşlər nazirlikləri arasında Saziş imzalanıb
24 May 2024 Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 May 2024 ADY nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdə olub
21 May 2024 ADY sədri Rövşən Rüstəmov Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib
18 May 2024 Prezident İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub VİDEO/FOTO
10 May 2024 Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub
10 May 2024 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10 May 2024 Ulu öndər Heydər Əliyevin əziz xatırəsi yad edilib
25 Aprel 2024 Göygöl və Daşkəsən rayonlarindan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
24 Aprel 2024 Paytaxt yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirilib VİDEO/FOTO
19 Aprel 2024 Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
09 Aprel 2024 Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
04 Aprel 2024 Daxili işlər naziri Hacıqabul rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
28 Mart 2024 Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
19 Mart 2024 Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtər rayonlarında icra edilən yol layihələrinə baxış keçirilib VİDEO/FOTO
15 Mart 2024 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
12 Mart 2024 Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi - Vilayət Eyvazov
05 Mart 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
26 Fevral 2024 AAYDA-nın rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət ediblər FOTO

Xəbər lenti