Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub.

Dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib.

Yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, torpaq yatağının qaldırılması, genişləndirilməsi, kipləşdirilməsi və müəyyən hissələrdə 10 metrə qədər genişləndirilməsi işləri görülüb.

Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bununla yanaşı, Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində üçaşırımlı yeni dəmir-beton körpü inşa olunub.

Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Əsaslı yenidən qurulan avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonunda avtomobil yolunun açılışında istirak edib
10 May 2024 Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub
10 May 2024 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10 May 2024 Ulu öndər Heydər Əliyevin əziz xatırəsi yad edilib
25 Aprel 2024 Göygöl və Daşkəsən rayonlarindan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
24 Aprel 2024 Paytaxt yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirilib VİDEO/FOTO
19 Aprel 2024 Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
04 Aprel 2024 Daxili işlər naziri Hacıqabul rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
28 Mart 2024 Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
19 Mart 2024 Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtər rayonlarında icra edilən yol layihələrinə baxış keçirilib VİDEO/FOTO
15 Mart 2024 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
12 Mart 2024 Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi - Vilayət Eyvazov
05 Mart 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
26 Fevral 2024 AAYDA-nın rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət ediblər FOTO
22 Fevral 2024 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb
22 Fevral 2024 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edirlər
22 Fevral 2024 Daxili işlər naziri Saatlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
21 Fevral 2024 AAYDA-da COP29-la bağlı dəyirmi masa keçirilib VİDEO/FOTO
16 Fevral 2024 Salyan və Neftçala rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
16 Fevral 2024 General-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşüb
07 Fevral 2024 Xocalı, Şuşa, Ağdərə və Ağdam rayonlarında icra edilən yol layihələrinə baxış keçirilib VİDEO/FOTO

Xəbər lenti