Bu gün Başlıbel faciəsinin ildönümüdür.

1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 31 il ötür.

Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb.

Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.

Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.

30 Aprel 2024 Bu qurumda əməliyyat keçirildi - saxlanılanlar var (YENİLƏNİB)
30 Aprel 2024 9 maşının əzildiyi qəza anı - Video
30 Aprel 2024 ADNA terrorundan 15 il ötür
29 Aprel 2024 Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
29 Aprel 2024 Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
27 Aprel 2024 Abşeronda avtomobil qəzası olub, xəsarət alan var
27 Aprel 2024 Fuad Muradovla bağlı ŞOK! Yeddi kişini...
27 Aprel 2024 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
26 Aprel 2024 Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26 Aprel 2024 Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26 Aprel 2024 Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
25 Aprel 2024 Xocalıda insan qalıqları aşkar edilib - FOTO
25 Aprel 2024 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
25 Aprel 2024 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
25 Aprel 2024 Rus ordusunda fərarilik rekord həddə qalxdı
24 Aprel 2024 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
23 Aprel 2024 Əvəz Zeynallı ilə bağlı qərar verildi
23 Aprel 2024 Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
23 Aprel 2024 Goranboyda zəlzələ olub
23 Aprel 2024 Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO

Xəbər lenti