Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”“Biz başa düşməliyik ki, demarkasiya prosesinə alternativimiz var, ya yox. Mən görmürəm":

Moderator.az xəbər verir ki, bunu “ Haykakan Jamanak ” a müsahibəsində Ermənistanın Tavuş(Tovuzqala) vilayətində, yəni Azərbaycan Respublikası Qazax rayonunun işğal altındakı 4 kəndi yaxınlığındakı kəndlərdə baş verən hadisələrə istinadla politoloq Davit Stepanyan deyib.

“Alternativ müharibədir, təəssüf ki, biz buna hazır deyilik. Yəni biz hazır olsaydıq, sərhədin müəyyənləşdirilməsinin Azərbaycanın tələb etdiyi kimi Tavuşdan deyil, məsələn, Qara göl ərazisindən başlamasını mütləq tələb edə bilərdik. Təəssüf ki, bizdə o resurs yoxdur, bu o deməkdir ki, bu prosesin alternativi yoxdur, yoxdur və oraya toplaşan insanlar dövlətlərarası yolu bağlayıblar”, -deyə erməni siyasi şərhçi bildirib.

Politoloq qeyd edir ki, bu aqressiv hissləri Tavuşdakı erməni sakinlərə aşılayan və yayan şəxslərin Rusiya ilə açıq-aşkar bağlılığı var. Onlar məşhur “5-ci kolon”un nümayəndələridir və erməni kilsəsində də fəaliyyət göstərirlər.

“Mən Tavuşluları çox yaxşı başa düşürəm, onlar hesab edirlər ki, öz haqları uğrunda mübarizəyə çıxıblar. Amma bu mübarizəni kimin qızışdırdığını, arxasında kimin dayandığını görəndə başa düşürəm ki, bunlar Rusiyanın təsir agentləridir və təhlükə buradadır. Bəs niyə Rusiya Federasiyası burada öz əlləri ilə işləyir? Çünki Rusiya üçün Ermənistan və Azərbaycanın sərhədlərinin demarkasiyası o deməkdir ki; Rusiya Federasiyasının burada, sərhəddə heç bir işi qalmayacaq. Ruslar da çox gözəl başa düşürlər ki, bütün sərhəd demarkasiya və delimitasiya olunandan sonra onların Ermənistanda heç bir işi olmayacaq”, - deyə Stepanyan izah edib.

Onun fikrincə, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin olması Rusiyanın bölgəyə təsirinin ölməsidir.

“ “5-ci kalon” agentləri və Rusiya təsirinin agentləri bunu çox yaxşı başa düşürlər və başa düşdüyüm kimi, Moskvadan sifariş alıblar və bütün təxribatları Tavuşda etməyə çalışırlar, çünki İrəvanda heç nəyin alınmadığını görüblər. Ağrıyan yerdə hərəkət edirlər, indi Tavuşda ağrı var. Bu, bizim üçün çox ağrılı prosesdir, asan deyil, demirəm ki, bu demarkasiya bizim arzularımızın sərhəddidir, amma nədənsə başlamalıyıq”- Stepanyan belə deyib.

Erməni politoloqun fikrincə, Tavuşda təxribat törədən insanların məqsədi Tavuşu üsyan mərkəzinə, Ermənistan-Azərbaycan münasibətlərinin növbəti kəskinləşməsi nöqtəsinə çevirməkdir.

“Qarabağdakı “5-ci kalon”unun da orda peyda olması təsadüfi deyil, onlar gəlib buradakı həmkarlarına qoşulub üsyan ocağı yaratmaq məqsədi güdürlər. Çalışırlar ki, bunun vasitəsilə hakimiyyəti qeyri-konstitusion yolla devirməyə cəhd etsinlər, Azərbaycanla sərhəddə eskalasiyasını təhrik etmək, məsuliyyəti hökumət başçısının üzərinə qoymaq və Ermənistan Respublikasının maraqları ilə heç bir əlaqəsi olmayan məqsədlərinə çatmaq istəyirlər. Artsax məsələsinə son qoyduqdan sonar Ermənistan-Azərbaycan sərhədi eskalasiyanı təhrik etmək istiqamətində yeganə qaynar ocaq olaraq qalır. Bu, Rusiya Federasiyasının erməni agentləri ilə işləyə biləcəyi yeganə istiqamətdir”.

Davit Stepanyan bir daha vurğulayır ki, Tavuş xalqı ayrılmalıdır.

“Onlar bütün bu yad siyasi maraqların qurbanıdır, kimlərsə onları aldatmağa, çaşdırmağa və öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışır ki, bu da təəssüf ki, Ermənistana heç bir aidiyyatı yoxdur. Əminəm ki, onlar bunu bacarmayacaq. Başa düşdüyüm qədər, hökumət qərar verib ki, hadisələri öz axarına buraxsınlar, axırda hər şey öz-özünə dağılacaq, vəziyyət sakitləşəcək və delimitasiya davam edəcək. Bu, normal gedişatdır”, - deyə erməni siyasi şərhçi vurğulayıb.
16 May 2024 May ayında Azərbaycana qar yağdı - VİDEO
16 May 2024 Dörd dost ağır qəzaya düşdü - Biri öldü
16 May 2024 Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
16 May 2024 "TikTok"da "fal bazarı": Polis necə izləyir?
16 May 2024 Hərbçimiz vəfat etdi
16 May 2024 İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
16 May 2024 Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
15 May 2024 Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
15 May 2024 Biləsuvarda ağır qəza, ölən və yaralılar var
14 May 2024 Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14 May 2024 Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
14 May 2024 İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
14 May 2024 Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
13 May 2024 Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13 May 2024 Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
11 May 2024 Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11 May 2024 Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11 May 2024 Qazaxda təbii fəlakət fəsadlar törədib
09 May 2024 Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
08 May 2024 Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb

Xəbər lenti