Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!"Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır". Bu sözləri İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. Qazaxıstan Prezidenti bildirib ki, Qazaxıstan mümkün qədər çox kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Tokayev vurğulayıb ki, əsas məqsəd dost ölkələri bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır.
"İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanla Ermənistan arasında sülhə yeni bir platforma təklif edib. Əslində bu, yeni platforma deyil. Burada ilk odur ki, Asiya ölkələrindən də Cənubi Qafqazdakı problemin həllinə maraq daha da artıb".

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Qarabağ problemi mövcud olduğu gündən həlli istiqamətində daima Avropanın rolu əsas olub.

“Əgər Cənubi Qafqazdakı iqtisadi tərəfdaşlıqlarda Avropa ölkələri kimi Asiya da iştirak edirsə, düşünürəm regionda olan hadisələrdə fəallıqları anlaşılandır. Həmçinin, bu vasitəçilik təklifi də yüksək dəyərləndirilməlidir. Çünki artıq Qərbin təhdidvari bəyanatları və ikilli standartları şablonlaşaraq öz əhəmiyyətini itirir.

Ümumiyyətlə, Avropa dövlətləri hazırda özlərinin bəyan etdikləri dəyərləri gündən-günə dəyərsizləşdirir. Bir haldakı vasitəçiliyini öhdəliyinə götürdüyü münaqişələrdə uzun illərlə heç bir naliyyət əldə edilmir və əksinə daha çox aqressiya nümayişləri görürük. Mən deyərdim ki, Asiya və Avropanın regionumuzdakı qeyri-sabitliyə münasibəti tam fərqlidir. Ümid edirəm ki, Ermənistan Qərbin uzatmağa çalışdığı zəruri sülhü gecikdirməyəcəkdir. Bu da yalnız Cənubi Qafqazdakı ölkələrarası əlaqələrə və bölgədə yaşayan xalqlara zərər verir”-deyə deputat əlavə edib.

Müşfiq Cəfərov vurğulayıb ki, Qərbin və ya müttəfiqlərin deyil, region insanının milli maraqları daha üstün tutularaq ortaq məxrəcə gəlinməlidir.
01 May 2024 İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
01 May 2024 Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
01 May 2024 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
01 May 2024 İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
01 May 2024 İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
01 May 2024 Prezident onları təltif etdi - FOTO
01 May 2024 İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
01 May 2024 Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30 Aprel 2024 “Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30 Aprel 2024 Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30 Aprel 2024 ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30 Aprel 2024 Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30 Aprel 2024 Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
30 Aprel 2024 Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
30 Aprel 2024 Vilayət Eyvazov onu DYP-yə rəis təyın etdi
30 Aprel 2024 “Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
29 Aprel 2024 İlham Əliyev sağlamlığının qorunması haqqında fərman imzaladı
29 Aprel 2024 Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
29 Aprel 2024 Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
29 Aprel 2024 İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib

Xəbər lenti