Belə anlaşılır ki, erməni diasporu, terror mərkəzi olan kilsə və radikal-revanşistlər absurd “xəyallar”ın təsiri altında son “müqavimət potensialı”nı artıq hərəkətə gətiriblər... Halbuki, əgər, erməni toplumu Cənubi Qafqazda mövcudluğunu qorumaq istəyirsə, onda qonşu ölkələrin ərazilərini ələ keçirtmək ehtirasından da mütləq xilas olmalıdır...

Cənubi Qafqaz tarixi mərhələdən keçir. Bu region bütün kənar müdaxilələrə baxmayaraq, öz gələcək taleyini müəyyən edəcək geopolitik proseslərə ev sahibliyi edir. Son günlər baş verən bütün hadisələr Cənubi Qafqazın yeni inkişaf mərhələsinə, sülh və sabitlik dövrünə daha da yaxınlaşmasına münbit şərait yaradır. Və bu baxımdan, II Qarabağ savaşından sonra Cənubi Qafqazda yaranmış yeni geopolitik situasiyanın dəyişdirilməsinin mümkün olmayacağını da iddia etmək olar.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Ermənistanın ortaq Brüssel təxribatının iflasa uğradığı artıq qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi İrəvanın “Brüssel ümidləri”nin boşa çıxdığı indi hətta Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri tərəfindən də dolayısı ilə etiraf olunur. Halbuki, rəsmi İrəvan məhz Ermənistanın gələcək taleyini fərli şərtlər çərçivəsində xilas etmək üçün Brüssel təxribatının verəcəyi nəticələri səbrsizliklə gözləyirdi. Və indi Paşinyan hakimiyyətinin yenidən delimitasiya prosesində rəsmi Bakının tələblərinə həssas yanaşmaq məcburiyyətinin əsas səbəbləri sırasında bu faktor da yer alır.

 Digər tərəfdən, rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına artıq nail olub. Bu, Azərbaycan dövlətinin olduqca böyük siyasi-diplomatik uğurudur. Çünki Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması rəsmi Bakı və Kreml arasında əldə olunmuş pronsipial anlaşma sayəsində mümkün olub. Və bu proses Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyib, heç bir ziddiyyət yaratmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, bu məsələ geopolitik situasiyanın yeni tələbləri çərçivəsində həll olunub. Onun fikrincə, Paşinyan hakimiyyətinin Alma-ata Bəyannaməsi cərçivəsində Azərbaycanın ərazi bütövlüyünün tanıdıqdan sonra Cənubi Qafqazda geopolitik situasiya yeni və fərqli şərtlərə uyğunlaşıb. İndi Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində fəaliyyəti üçün heç bir ciddi səbəb qalmadığından, Kreml belə bir addımın atılmasını vacib hesab edib. Və bu, hazırda Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələyə keçməsinə də münbit şərait yaradıb.

Kreml təmsilçisinin Cənubi Qafqazda geopolitik situasiyanın yeni şərtlərə uyğunlaşması barədə dedikləri tamamilə reallığı əks etdirir. Çünki məhz Azərbaycanın siyasi iradəsi altında olan yeni geopolitik situasiyanın təsiri rəsmi İrəvanı delimitasiya prosesinə sövq etməkdədir. Paşinyan hakimiyyəti hesab edir ki, sərhədlərin qeyri-müəyyən qalması ilk növbədə Ermənistana böyük təhlükə vəd edir. Paşinyan hakimiyyətinin təmsilçiləri əmindirlər ki, sərhəd xətlərinin dəqiqləşdirilməsi indi Ermənistan üçün yeganə təhlükəsizlik təminatı rolunu oynaya bilər.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)
Təbii ki, rəsmi İrəvan bu reallığı Ermənistan cəmiyyətinə də izah etməyə çalışır. Hətta Paşinyan hakimiyyəti sərhədlərin delimitasiya prosesinə əngəl törətməyə cəhd göstərənlərin Ermənistana açıq düşmənçilik etdiyini də vurğulayırlar. Rəsmi İrəvan vurğulayır ki, sərhədlər qeyri-müəyyən qaldıqca, ziddiyyətlər ön planda olacaq və nəticədə hərbi münaqişə ehtimalı da öz aktuallığını qoruyacaq. Hətta baş nazir Nikol Paşinyan “Mən növbəti savaşın necə nəticələnəcəyini bilirəm, elə siz də bunu əvvəlcədən təxmin etməyi bacarmalısınız” deməklə, erməni toplumuna xəbərdarlıq mesajı vermək məcburiyyətində qalıb.

Paşinyan hakimiyyətinin son günlər ön plana çıxartdığı əsas tezis ondan ibarətdir ki, regionda yeni müharibə təhlükəsindən yayınmaq üçün Azərbaycana aid olan ərazilər mütləq geri qaytarılmalıdır. Bununla da, Ermənistanın real sərhədləri ortaya çıxmış olacaq. Azərbaycanla yeni savaş təhlükəsi də arxa plana keçmiş olacaq. Əks halda, Ermənistan başqalarının ərazilərinə sahiblənmək ehtirasının girovu kimi qalaraq, öz real ərazilərini də itirmək təhlükəsi ilə üzləşə bilər. Və bu səbəbdən də, sərhədlərin delimitasiyasına dəstək vermək savaş təhlükəsini bloklamaq anlamı da daşıyır.

Ancaq Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə ermənilərdən başqa hər kəs dəstək verir. ABŞ, Avropa Birliyi, Rusiya və əksər Qərb dövlətləri Azərbaycan və Ermənistan arasında dörd kəndin qaytarılması barədə anlaşmanı alqışladıqlarını rəsmən bəyan ediblər. Yalnız Ermənistanda buna əngəl törətməyə cəhd göstərilir. Belə ki, radikal-revanşist erməni müxalifəti Azərbaycana aid dörd kəndin geri qaytarılmasını yolverilməz hesab edir. Və buna əngəl olmaq üçün sərhəd bölgəsində qarşıdurma yaratmağa, gərginliyi mümkün qədər artırmağa çalışır.

727a7900-750d-46f4-83c3-e44561c2f561.jpg (227 KB)
Maraqlıdır ki, Ermənistanda son günlər baş verən toqquşmalar bu proseslərin əsasən iki mərkəzdən ortaq şəkildə idarə olunduğunu göstərir. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun “sərhəd təxribatları”nı maliyyələşdirməsi barədə məlumatlar mövcuddur. Digər tərəfdən, “sərhəd təxribatları” erməni kilsəsinin rəhbərlik etdiyi də inkaredilməz reallıqdır. Belə ki, geri qaytarılması üzərində ikitərəfli anlaşma əldə olunmuş dörd kəndə erməni keşişlər radikal təxribatçı dəstələrlə hücumlar edirlər, yolları kəsirlər, ərazinin minalardan təmizlənmə prosesinə əngəl törətməyə çalışırlar.

Belə anlaşılır ki, erməni diasporu, terror mərkəzi olan kilsə və radikal-revanşistlər absurd “xəyallar”ın təsiri altında son müqavimət potensialını artıq işə salıblar. Ancaq unuduqları bir reallıq da mövcuddur ki, artıq ötən əsrin 90-cı illəri çoxdan arxada qalıb. İndi tamamilə fərqli bir dövrdür. Hər şey çox dəyişib və daha erməni təxribatları hər hansı nəticə verə biməz. Yəni, əgər, erməni toplumu Cənubi Qafqazda mövcudluğunu qoruyub, saxlamaq istəyirsə, onda qonşuların ərazilərini ələ keçirtmək ehtirasından xilas olmalıdır. Ermənistan qonşu ölkələrlə normal münasibətlər qurmalıdır, rəsmi İrəvan buna qarşı çıxanları ölkənin əsl düşməni hesab edir. Halbuki, hazırda erməni keşişlərin belə silaha sarılaraq, baş nazir Nikol Paşinyanı açıq hədəf elan etdikləri barədə də müəyyən məlumatlar mövcuddur. (musavat.com)

06 May 2024 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
06 May 2024 Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
06 May 2024 Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
04 May 2024 Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
03 May 2024 Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
03 May 2024 Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
03 May 2024 Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
03 May 2024 Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
03 May 2024 Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
03 May 2024 Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
03 May 2024 Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
03 May 2024 İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
03 May 2024 Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
03 May 2024 Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
02 May 2024 Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
02 May 2024 İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
02 May 2024 Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
02 May 2024 İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
02 May 2024 Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi

Xəbər lenti