Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün biz münaqişə potensialının ən yüksək olduğu yerlərdən [delimitasiyaya] başlayırıq ki, vəziyyət nəzarətdə qalsın.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni jurnalist Petros Kazaryana müsahibəsində deyib.

"Bu, uzun bir prosesdir. Biz Almatı bəyannaməsi əsasında sərhədlərin yenidən qurulması paketini formalaşdırırıq. Proses haradasa başlamalıdır, sonra biz “yerdə” əldə etdiyimiz təcrübəni hansısa formatda parlamentin təsdiqinə təqdim edəcəyik, sonra isə bu mandata uyğun olaraq bütün prosesi davam etdirəcəyik", - o deyib.

Paşinyan bildirib ki, delimitasiya prosesi zamanı Ermənistan hökuməti qarşısına təkcə ayrı-ayrı bölmələr üzrə deyil, həm də Azərbaycan ilə arasında bütün sərhədin bərpası üçün hüquqi əsas yaradan prinsipin qəbul edilməsi vəzifəsini qoyub.

"Növbəti illərdə dövlətimiz həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq. Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu, gözünüzün qarşısında baş verir", - hökumət başçısı vurğulayıb.

16 May 2024 Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16 May 2024 "Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16 May 2024 Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16 May 2024 Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
16 May 2024 Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
16 May 2024 Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
16 May 2024 Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
16 May 2024 Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
16 May 2024 İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
16 May 2024 Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
16 May 2024 Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
16 May 2024 Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
16 May 2024 İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15 May 2024 Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15 May 2024 Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
15 May 2024 Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
15 May 2024 Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
15 May 2024 Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
15 May 2024 Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
14 May 2024 Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...

Xəbər lenti