seckinin-qabaga-cekilmesi-deqiqdir

Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, zaman-zaman bu məsələ ilə bağlı yerli mediada müxtəlif iddialar səsləndirilsə də, ilk dəfə rəsmi şəkildə seçkilərlə bağlı mövqe sərgiləndi.

“Vaxtımız çox azdır və işimiz çoxdur” deyən MSK sədri dəqiq tarixlə bağlı məlumat verməsə də, mediada seçkilərin gah iyul, gah avqust, gah da sentyabr ayında keçiriləcəyi ilə bağlı məlumatlar yer alır. 

Son prezident seçkisində namizəd olan, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev öz təxminlərini “Yeni Müsavat”la bölüşüb: “Proqnoz vermək çətindir. Amma növbədənkənar seçkilər keçiriləcəksə, buna 60 gün vaxt lazımdır. Belə olduğu təqdirdə əgər may ayında qərar veriləcəksə, iyul ayında seçkilər baş tutmalıdır. Çünki bizim qanunvericiliyə görə, noyabr ayının 3-də ölkədə parlament seçkiləri keçirilməlidir. Konstitusiyanın maddələri bunu deyir. Bundan gec seçkilər olmamalıdır”. 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov isə bildirib ki, digər bir yol referendum keçirməklə konstitusiyaya seçki günləri ilə bağlı müəyyən dəyişikliklər etməkdir: “Əslində elə gözləntilər də bu istiqamətdə idi. Biz konstitusiya islahatlarının həyata keçirilməsini və bir sıra məsələlərlə yanaşı çoxmandatlı seçki sisteminin bərpa olunmasını, Milli Məclis üzvlərinin sayının artırılmasını və bundan sonra seçkilərin keçirilməsini məqbul hesab edirik. Eləcə də bələdiyyələrin statusunun artırılması, icra orqanlarının bir sıra səlahiyyətlərinin bələdiyyələrə verilməsi kimi məsələlərin öz həllini tapmasından sonra bələdiyyə seçkilərinin keçirilməsı daha uyğun olardı”.

18 May 2024 Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
17 May 2024 Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17 May 2024 Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17 May 2024 Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17 May 2024 Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17 May 2024 İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17 May 2024 Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17 May 2024 Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17 May 2024 Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17 May 2024 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17 May 2024 Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17 May 2024 Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17 May 2024 Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
17 May 2024 “Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16 May 2024 Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16 May 2024 "Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16 May 2024 Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16 May 2024 Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
16 May 2024 Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
16 May 2024 Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?

Xəbər lenti