Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?

Sosial şəbəkələrdə may ayından etibarən katalizatoru olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb. 10 ildir Nazirlər Kabinetinin qərarı ilə ölkəmizə idxal olunan nəqliyyat vasitələrindən atmosfer havasına buraxılan zəhərli maddələr üzrə 2014-cü il aprel ayından etibarən AVRO-4 ekoloji normalar tətbiq olunur. Katalizatoru olmayan və ya müxtəlif səbəblərdən çıxarılan avtomobil isə həmin normalara cavab vermir.

Məlumat üçün bildirək ki, avtomobil katalizatoru mühərrik sistemindən ixrac olunan işlənmiş qazı neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən qurğudur.

Bəs bu avtomobillərin cərimə məbləği nə qədər olacaq? İstehsalsalçı tərəfindən katalizator qoyulmayan avtomobilləri nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, katalizatorun çıxarılmasının bir çox səbəbləri var:

“Avtomobildə katalizatorun olmaması problem deyil. İstehsalçı zavod tərəfindən bir avtomobildə katalizator qurulubsa, sonradan hansısa sürücünün onu çıxarması qanun pozuntusu sayılır və icbari tənbeh tədbiri seçilməlidir. Belə olan halda məsuliyyət yaranır. Yəni ətraf mühitin qorunması üçün avtomobildə istehsalçı zavod tərəfindən quraşdırılmış sistem kimsə tərəfindən çıxarılıb atılır və yaxud da tamah vətəndaş tamahına görə onu çıxarıb satır.

Çünki onun üstündə qiymətli metallar var, buna görə şirnikləndirici vədlər verirlər. Bəzi servislərdə sürücüləri aldadırlar ki, maşını müayinə elədim və katalizator pis gündədir, onu çıxarsan maşın normal işləyəcək. Sürücü də bildirir ki, əgər bu işə yaramırsa, çıxart. Usta da bundan istifadə edir, onu özünə götürür. Halbuki onu daha normal vəziyyətə gətirmək, təmir etmək olur.

Vətəndaşları aldadan ustalar var.

İnsan ağciyər olmadan nəfəs ala bilmədiyi kimi, avtomobildə də o cürdür. Bu sistem yoxdursa, avtomobil mühərrikdən gələn zəhərli qazları təmizləmədən birbaşa ətraf mühitə atır. Nəticədə zəhərli qazların miqdarı çoxalır, insanlar zəhər udurlar. Hansı ölkədə avtomobil parkı yenidirsə, müasir avtomobillər sürülürsə, orada rahat nəfəs almaq mümkündür.

Pandemiya dövründə bunun şahidi oldum. Sərt karantin dövründə avtomobillər küçəyə çıxmırdılar, şəhərin bir başından digər başı aydın görünürdü. Deməli, bizim ətraf mühitimizi çirkləndirən avtomobillər imiş. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də vurğulayıb ki, Bakı şəhərində ətraf mühitin çirklənməsinin 80 faizi avtomobillərin ixrac etdiyi zəhərli qazlar hesabına formalaşır. Katalizator buna görə lazımdır. İnsanlar məqsədli şəkildə bunu satır, pula ehtiyacı olur, çıxarıb katalizatoru satır”.

O bildirib ki, avtomobilə müdaxilə edib katalizatoru çıxaranlar cərimə oluna bilərlər:

“Artıq may ayıdır, "Təmiz hava" aylığının keçirilməsinə başlanılacaq. Polis də buna görə cərimə yazır. Zərərli qazın miqdarı çoxdursa, 50 manat məbləğində cərimə yazır.

Amma dərindən yoxlasa, katalizatorun olmadığını görsə, konstruksiyanın dəyişdirilməsinə görə 150 manat cərimə oluna bilərlər. Texniki nasazlıq kimi 50 manat cərimə də yaza bilər. Bu, aradan qaldırılması mümkün olmayan xəta deyil. Amma sürücü 1000 manata, 600 manata katalizator alana kimi 50 manat cərimə ilə canını qurtarmağa çalışır”.

18 May 2024 Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO
18 May 2024 Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18 May 2024 DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18 May 2024 Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
17 May 2024 Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17 May 2024 Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17 May 2024 Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
16 May 2024 Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”
15 May 2024 Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
15 May 2024 Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
15 May 2024 “Bu, ADY-nin əsas hədəflərindəndir” - Müsahibə
15 May 2024 Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
15 May 2024 Diqqət: bu yollarda tıxac var
14 May 2024 DİN-dən kibertəhlükəsizliklə bağlı MÜRACİƏT
14 May 2024 Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
14 May 2024 Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
13 May 2024 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib VİDEO
13 May 2024 Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
13 May 2024 Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
11 May 2024 Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”

Xəbər lenti