![]() |
|
Sentyabrın 24-ü saat 17:35-də Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əkrəm Yunis oğlu Şadmanov və Tural İslam oğlu Seyidov şəhid olublar.
Digər hərbi qulluqçumuz Elvin Taleh oğlu Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.
Sentyabrın 25-də, səhər saatlarında Xankəndini tərk etmək istəyən separatçıların keçmiş lideri Ruben Vardanyan bunun üçün qeyri-adi üsula əl atmağa çalışıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsini (SBM) rahat keçmək üçün qadın qiyafəsinə girib. Lakın SBM-ə çatmamış anlayıb ki, kimliyi texniki vasitələrlə müəyyənləşdiriləcək, buna görə də avtomobili geri çevirərək yenidən Xankəndiyə qayıdıb.
Vardanyanın qadın geyimi seçməsi təsadüf deyil. Hiyləgər separatçı çox gözəl bilir ki, Azərbaycan əsgəri mülki əhaliyə, xüsusilə də qadın və uşaqlara humanist münasibət göstərir. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanlarının da zərgər dəqiqliyi ilə işlədiyindən xəbərdardır. Buna görə də qadın paltarı ilə qaçmaq niyyətinin puça çıxacağını, gec də olsa, anlayıb.
Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması səbəb olan şəxslər saxlanılıb.
Bu barədə DTX məlumat yayıb.
“Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılmışlar”.
Naxçıvan Muxtar Respublikasında uşaq oğurluğu hallarının olması barədə məlumatlar yayılıb.
“vatsap vasitəsilə insanlara uşaq oğrularının olduğu ilə bağlı təşviş yaradan məlumatlar göndərilib. İddia olunur ki, Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Göndərilən mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.
Məsələyə Naxçıvan MR Daxili İşlər Nazirliyindən münasibət bildirilib. Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır: “Uydurma məlumatı yayan şəxs və ya şəxslər müəyyən edilərək məsuliyyətinə cəlb ediləcək”.
Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.
İddialara cavab olaraq, DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb.
Sentyabrın 22-də saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxsin Bakı Dövlət Universitetinin tələbə yataqxanasına daxil olaraq bir neçə otağı zəbt etmələri ilə bağlı polisə məlumat daxil olub.
Həmin şəxslər sentyabrın 21-də və bu gün yataqxanada əlavə otaqlar zəbt etmək məqsədilə həmin ünvana gəliblər. Həmin şəxslərdən, borclu qismində axtarışda olan — 1993-cu il təvəllüdlü Mahmudov Rufan Aleksandr oğlu özünü “Varis" şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb.
Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 1993-cü il təvəllüdlü Süleymanov Ruslan Fazil oğlu və digərləri özlərini qazı kimi təqdim etməklə münaqişə yaradıblar, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər. Onlar polis orqanına dəvət edilib. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür.
Azərbaycan hərbçiləri əlindən yaralanan Qarabağın erməni sakininə ilkin tibbi yardım göstəriblər.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Seysulan və Yarımca kəndləri istiqamətindəki döyüş mövqelərini, postları tərk edirlər.
“Ölkə.az” bunu əks etdirən görüntüləri əldə edib.
Həmin videonu təqdim edirik:
Azərbaycan hərbçisi lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan erməni əsgərinin həyatını xilas edib.
Baku TV-nin hərbi jurnalisti Fərdin İsazadə bildirib ki, hərbçilərimizin yardım göstərdiyi bu əsgər Ermənistan vətəndaşı Karen İsanyandır.
Qeyd edək ki, Karen Xankəndidə yaşayan Ermənistan vətəndaşıdır.
Ətraflı süjetdə:
"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.
Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi Univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.
***
Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.
“Report”un məlumatına görə, çökmə “Univermaq” binasında qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.