Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq

Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərətəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır.

Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov da danııb. O, bildirib ki, tikinti və söküntü işləri ilə bağlı çox ciddi və xüsusi normalar tətbiq olunacaq: "2040-cı ilə qədər Bakının mərkəzləri bir-birilə yaşıl koridorlar vasitəsilə bağlanacaq".

Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər adiyyəti dövlət qurumlarına göndərilib. Söküləcək binalarda mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu binaların sakinlərinin əksəriyyəti maliyyə vəsaiti ödənilməklə köçürüləcəklər. Bina sakinləri mənzilləri müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər.

BAKU.WS xəbər verir ki, Bakıda fərdi yaşayış evlərinin söküntüsünə hansı ərazilərdən başlanması barədə məlumat əldə edib. Belə ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr ayına və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.

Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq və parkın ərazisi xeyli genişlənəcək. Məlum sökünütü işlərini aparmaq üçün evə obyekt sahiblərinə 2-3 min manat arası kompensasiya təklif edilib.

Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq. Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.

Digər söküntü işləri isə Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlərdən gedir. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. Bu sakinlərlə tam razılıq əldə olunduqdan sonra kompensasiya və ya yeni tikiləcək hündür mərtəbəli binalarda evlər təklif olunacaq.

Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı

Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən yeni 102.1.30-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.

Qeyd edilib ki, 01.01.2024-cü il tarixdən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 %-i gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.

Bu qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məsələ bu gün Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

2025-ci ildən Azərbaycanda minimum əməkhaqqının məbləğinin 400 manata çatdırılması gözlənilir. Bununla hazırda 345 manat olan minimum əməkhaqqının 55 manat, yəni 16 faiz artırılması nəzərdə tutulur.

Minimum əməkhaqqının qeyd edilən məbləğləri maaş cədvəli (tarif cədvəli) üzrə müəyyən edilən məbləğlərdir və həmin vəsaitləri minimum maaş alanların heç biri əldə edə bilmir. İşçinin əldə etdiyi məbləğ, maaşdan icbari ödənişlər tutulduqdan sonra qalan məbləğdir. Bu məbləğə isə xalis əməkhaqqı deyilir.

Hazırda minimum əməkhaqqının xalis məbləği, yəni işçiyə çatan hissəsi 305,7 manat və 315,87 manatdır. Məbləğin fərqli olması əməkhaqqından tutulmaların sahələr üzrə fərqləndirilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən, əməkhaqqından tutulmalar dövlət və neft-qaz sektorundan bir cür, qeyri neft-qaz sektorundan və özəl sektordan başqa cür hesablanır.

Hazırda dövlət və neft-qaz sektorunda çalışanların xalis minimum maaşı 305,7 manat, digərlərindəki isə 315,87 manatdır.

2025-ci ildə minimum əməkhaqqının 400 manat olmasından sonra “ələ çatan” məbləğ dövlət və neft-qaz sektorunda 350 manat, qeyri neft-qaz sektorunda və özəl sektorda 364 manat təşkil edəcək.

Göründüyü kimi, minimum maaş özəl sektorda çalışanlarda dövlət və neft-qaz sektorunda çalışanlarla müqayisədə yüksək olacaq. Onu da bildirək ki, dövlət təşkilatlarının əksəriyyətində işçilərdən həmkarlar təşkilatına görə də pul tutulur.

Əgər həmkarlar təşkilatı üçün tutulma ay ərzində 2 faiz olarsa, bu halda dövlət təşkilatlarında xalis minimum maaş 342 manat olacaq./Sfera.az

Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir

Azərbaycanda kirayə müqaviləsi anlayışı artıq formalaşmaqdadır. Lakin bu növ müqavilədən praktiki istifadə edənlərin sayı olduqca azdır. Yaxın gələcəkdə kirayə müqaviləsinin icbari xarakter alması mümkündürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, müqavilələr heç bir halda məcburi xaraker daşıya bilməz:

“Mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilə azadlığıdır. Müqavilə tərəfləri qanunvericiliyə zidd olmayan istənilən müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqdlər - mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki və yaxud daha çox tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir. Mülki Məcəllədə nəzərdə tutulmuş "müqavilə" anlayışından belə başa düşürük ki, müqavilə heç bir halda məcburi xarakter daşıya bilməz və yaxud ona icbarilik mexanizmi tətbiq oluna bilməz. Müqavilə tərəflərin iradə ifadəsini əks etdirən ikitərəfli əqddir. Əgər bir razılaşmaya biz müqavilə deyiriksə, mütləq qaydada orada tərəflərin iradə ifadəsi öz əksini tapmalıdır”.

Hüquqşünasın fikrincə, kirayə müqaviləsinin bağlanması hər iki tərəf üçün faydalıdır:

“Tərəflər arasında kirayə müqaviləsinin bağlanması, hər iki tərəfi gələcək problem, öhdəlik və məsuliyyətdən xilas edə bilər. Kirayə müqaviləsinin bağlanması tövsiyə olunandır və bu müqavilənin bağlanması üçün müəyyən təşviqat kampaniyaları, maarifləndirmə işləri aparmaq lazımdır. Bu həm dövlətin vergi siyasətinə uyğundur, həm də tərəflərin münasibətlərinin daha təminatlı şəkildə qorunması üçündür.

Kirayə müqaviləsi olmadığı halda, onların heç bir hüquqi təminatı olmur. Məsələn, kirayə verən iddia edə bilmir ki, evimi kirayəşinə 500 manata vermişdim, ancaq o ödənişi verməyib. Eyni zamanda, kirayə götürən də sübut edə bilmir ki, 3 ayın pulunu ödəmişəm, amma ev sahibi məni evdən çıxarır. Yəni hüquqi təminatsız olur. Kirayə müqaviləsinin bağlanması məsləhətdir, ancaq heç bir halda məcburi ola bilməz”.

Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir

2025-ci ildə yaşaya görə orta əmək pensiyası 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq.

Bunun əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, ilin sonunadək əmək və yaşa görə əmək pensiyası 8 faiz artması proqnozlaşdırılır. “2024-cü ilin sonunda əmək pensiyasının həcmi 494 manat, yaşa görə pensiya isə 527 manat olacağı gözlənilir. Bu da bizə pensiyanın daha çox artırılmasına imkan yaradacaq”, - nazir qeyd edib.

Sosial yardım nə qədər artırılacaq? – Detallı izah

Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.

Bu açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib. O, bildirib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

“Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyarı, yəni xərc hesablanır.

Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq.

Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur.

Digər tərəfdən, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur”.

Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR

2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı açıqlanıb.

2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.

Yəni, 3 gün iş olmayacaq. 2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə təsadüf edir. Adətən belə hallarda Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir. Belə olarsa, dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 30 və 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. Beləliklə, ardıcıl 6 gün qeyri-iş günü olacaq.

Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

“Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayonu olmuşdur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşma siyasəti yürüdürdü. “1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur . 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində xaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuz olaraq məskunlaşdırmışdılar. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması demək idi. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir. Böyük təəssüf hissi ilə də olsa etiraf olunmalıdır ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib.”

K.Qafarov xüsusi olaraq qeyd edib ki, rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davam etməsini şərtləndirən əsas amillərdən biri müəyyən Qərb ölkələrinin və beynəlxalq təşkilatların yürütdükləri ikili standartlar siyasəti olub: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, cənab Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olunub. Bu gün Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Möhtərəm dövlət başçımızın dediyi kimi, indi Ağdam üçün yeni dövr başlayıb və bu dövr işğaldan azad olunmuş bütün bölgələrimizin möhtəşəm inkişafı ilə səciyyələnir” .

Şakir Qəniyev: COP29 - Qlobal iqlim səylərinə və əməkdaşlığa çağırış

Fazil Musayev - Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Azərbaycanın mötəbər tədbirə-COP29-a ev sahibliyidir. 196 ölkədən 72 min iştirakçının qatıldığı COP29 dünyanı Azərbaycana toplayaraq reallıqlarımızın təbliğində növbəti tribuna oldu. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində Azərbaycanın  iqtisadi, siyasi, xarici siyasət uğurlarından geniş bəhs edərək diqqəti hazırkı dövrün əsas çağırışı olan yaşıl enerjiyə keçidə yönəltdi. Bildirdi ki, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq.

Bu statistik rəqəmlər də diqqətdə oldu.  Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək.

Azərbaycan 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Dövlət başçısı İlham Əliyev bildirdi: “Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır”.

Onu da qeyd edək ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.  İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.  Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrindən də bəhs etdi. Bu məqama da diqqəti yönəltdi ki, Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı qərar qəbul edildiyi gündən ölkəmizə qarşı qarayaxma kampaniyalarına başlanıldı. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, planlarımız açıqlandı. Ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil.

COP29 çərçivəsində keçirilən görüşlərdə, plenar iclaslarda səsləndirilən fikirlər Azərbaycanın hər bir addımının gələcəyə hesablandığının, ölkəmizin dayanıqlı inkişaf modelinin nümunə olmasının təsdiqidir.  Azərbaycan özünə güvənən ölkədir. Hər zaman  özünü deyil, digər ölkələri də  narahat edən məsələləri diqqətdə saxlayır, köməyini əsirgəmir. Cənab İlham Əliyev noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin  Sammitində bir sıra  məqamlara diqqət yönəltdi.

O da bildirildi ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.  Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları  bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.  1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib.  Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır.

Azərbaycanın hər bir çağırışı beynəlxalq dəstək qazanır. Bu, dövlətimizin siyasətində ədalət və beynəlxalq hüquq prinsiplərinin öndə saxlanıldığının nəticəsidir.

 

s

Məhəmməd Musayev - 20 noyabr, Azərbaycan üçün həm tarixi, həm də milli baxımdan böyük bir əhəmiyyətə malikdir. Bu tarixdə, Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində Ağdam şəhərini Ermənistanın 27 illik işğalından azad edib. Ağdam, 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş, şəhər demək olar ki, tamamilə dağıdılmış və “Qafqazın Xirosiması” adlandırılmışdır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Ağdamın işğaldan azad olunması, 44 günlük İkinci Qarabağ müharibəsinin əhəmiyyətli qələbələrindən biridir. Bu hadisə yalnız bir ərazinin geri alınması deyil, həm də işğal altındakı torpaqların azad edilməsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa görə öz haqlarını müdafiə etməsinin bir göstəricisidir.

Ağdam, işğaldan əvvəl Azərbaycan üçün əhəmiyyətli mədəni və iqtisadi mərkəzlərdən biri idi. Şəhər, Azərbaycanın cənub-şərqində yerləşir və strateji baxımdan mühüm bir mövqedədir. O zaman Ağdamda tarixi abidələr, məktəblər, mədəniyyət evləri və digər sosial infrastruktur mövcud olmuşdur. Lakin Ermənistanın işğalı dövründə şəhər məhv edilmiş, çoxsaylı mədəni və dini abidələr dağıdılmışdır.

Bu şəhərin azad edilməsi ilə bağlı 20 noyabr tarixinin qeyd olunması, həm də həmin ərazilərin bərpası və mədəni irsin qorunması məqsədini daşıyır. Azərbaycan bölgəni bərpa edərkən, həm tarixi, həm də müasir infrastrukturun yenidən qurulması ön planda tutulur. Bu, Azərbaycan xalqının mədəniyyətinə və tarixinə olan bağlılığını və öz torpaqlarını bərpa etmək üçün göstərdiyi əzmkarlığı nümayiş etdirir.

Vətən müharibəsi yalnız hərbi Zəfər deyil, həm də ərazilərin bərpası və gələcək inkişafı üçün yeni bir mərhələnin başlanğıcıdır. Hazırda Azərbaycan hökuməti, Ağdamın infrastrukturu, mədəniyyət obyektləri, təhsil və səhiyyə sahələri üzrə bərpasını sürətlə həyata keçirir. Ağdam, həmçinin Qərb və Şərq arasında ticarət və turizm üçün mühüm bir keçid nöqtəsinə çevrilə bilər. Bu səbəbdən, şəhərin bərpası yalnız Azərbaycanın deyil, həm də regionun ümumi inkişafı üçün vacib bir amildir.

Ağdamın işğaldan azad edilməsi xalqımızın birliyini, gücünü və mübarizə əzmini göstərən mühüm bir faktordur. 20 noyabr tarixi, həm də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə olan sadiqliyini əks etdirir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Ağdam, Laçın və Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirən mühüm bir hadisə oldu. Ağdamın strateji əhəmiyyəti və bu günün qeyd olunması, yalnız Azərbaycanın daxili siyasətində deyil, həm də beynəlxalq diplomatiyada mühüm bir yer tutur.

20 noyabr – Ağdam Şəhəri Günü, bütövlükdə Azərbaycan xalqının Zəfərini, mübarizəsini və gələcəyə olan inamını simvollaşdıran vacib bir amildir. Bu günün qeyd olunması, həm də gələcəkdə Ağdamın və ümumilikdə Qarabağ regionunun inkişafı, bərpası və mədəni irsinin qorunması sahəsində atılacaq addımların başlanğıcıdır. Bu tarix, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əhəmiyyətli bir faktoru olaraq qalacaq.

Xəbər lenti