Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi

ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə icazəsi vermək qərarı kollektiv Qərb daxilində kəskin etirazlara yol açıb və parçalanma meyillərini gücləndirib... Rusiya ilə yaxınlaşmağa can atan Almaniya Ukraynanın gələcək taleyi barədə düşünmədiyinə eyham vurdu, Türkiyə isə ABŞ-ın son qərarını qətiyyən dəstəkləmdiyini, onun yolverilməz olduğunu bəyan etdi...

"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşının tədricən nəzarətdən çıxmaq üzrə olduğu artıq qətiyyən şübhə doğurmur. Belə ki, bu savaşın uzadılmasına və dayandırılmasına tərəfdar olan Qərb siyasi dairələri arasında kəskin mübarizənin başlandığı müşahidə edilir. Hazırda bu iki fəqrli yanaşma tərzinin kollektiv Qərbi ciddi şəkildə parçaladığı da inkaredilməz reallıqdır. Və son proseslər Qərb siyasi dairələrində yaşanan mövqe ziddiyyətlərini daha qabarıq şəkildə biruzə verməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Co Bayden cəmisi bir qərarla Ukrayna savaşı ətrafında hərbi-siyasi situasiyanı həm gərginləşdirməyi, həm də qəlizləşdirməyi bacardı. Belə ki, Ağ Evə sahibliyi yeni seçilmiş prezident Donald Trampa təhvil vermək üzrə olan Co Bayden Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək icazəsi verdi. Və bu baxımdan, Ukrayna savaşının yaxın vaxtlarda dayandırılmasına cəhd göstərən Ağ Evin yeni sahibi Donald Trampın sülh planının reallaşdırılmasına kifayət qədər ciddi əngəl törətmiş oldu.

Məsələ ondadır ki, ABŞ prezidentinin bu qərarı Qərb siyasi dairələrində əsasən Fransa tərəfindən dəstəklənsə də, onun əleyhdarları da kifayət qədərdir. Belə ki, Fransanın Avropa Birliyi daxilində avanqard mövqe uğrunda mübarizədə əsas rəqibi Almaniya Ağ Ev sahibinin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verməsini qətiyyən dəstəkləmədi. Əksinə, Almaniya kansleri Olaf Şolts açıq mətnlə bu qərarın səhv olduğunu vurğuladı. Və rəsmi Berlinin bu prosesdə iştirak etmək niyyətindən çox-çox uzaq olduğuna da eyham vurdu.

Təbii ki, Rusiya prezidenti Vladimir Putinə cəmisi bir neçə gün əvvəl zəng edərək, iki ölkə arasında münasibətlərin bərpa perspektivlərini rus dilində müzakirə etmiş kansler Olaf Şolts Almaniyanın Rusiya tərəfindən hərbi hədəfə alına biləcək ölkələrin sırasına qatılmasını qətiyyən istəmir. Əksinə, indi Almaniya üçün Rusiyanın enerji resursları Ukraynanın hərbi qələbəsindən daha əhəmiyyətli olmağa başlayıb. Və kansler Olaf Şolts hazırda Ukrayna savaşından daha çox Almaniyanı dərinləşməkdə olan sosial-iqtisadi böhrandan yayındırmaq barədə düşünür.

Əslində, Almaniya kansleri bu mövqeyində qətiyyən tək deyil. Macarıstan və əksər Şərqi Avropa ölkələri də Rusiyanın dərinliklərinə raket zərbələrinə qarşı çıxırlar. Eyni zamanda, eyni zamanda həm NATO, həm də Avropa Birliyi üzvü olan bəzi dugər ölkələrin də prezident Co Baydenin gedərayaq verdiyi bu təhlükəli qərara etiraz etdikləri bildirilir. Üstəlik, həmin ölkələrin öz etirazlarını Ağ Ev adminitrasiyasına diplomatik kanallarla artıq çatdırdığı da vurğulanır. Və bu baxımdan, qoca Co kollektiv Qərb daxilində ziddiyyətləri daha da dərinləşdirmiş kimi görünür.

Maraqlıdır ki, NATO üzvü olsa da, Ukrayna savaşına münasibətdə prinsipial neytrallıq mövqeyi tutan Türkiyə də qoca Co tərəfindən başladılmış “fəalkət ssenarisi”nə kəskin etiraz edilib. Belə ki, rəsmi Ankara Rusiyanın dərinliklərinə zərbə qərarını dəstəkləməyib. Əksinə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev sahibi Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə hücum icazəsi verməsi ilə bağlı qərarını sərt şəkildə tənqid edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə bu qərarı qətiyyən dəstəkləmir və ümumiyyətlə, doğru addım hesab etmir. Türkiyə lideri vurğulayıb ki, Ukrayna-Rusiya münaqişəsi silah, qan və göz yaşları ilə həll oluna bilməz. Əksinə, Ukrayna savaşının ən qısa zamanda dayandırılması üçün daha çox sülhə nail olmaq cəhdlərinin, xoş niyyətlərin göstərilməsi və xüsusilə də, diplomatiya vasitələrinin işə salınması olduqca vacibdir. Və bütün bunlar onu göstərir ki, NATO-nun bu proseslərdə iştirak ehtimalı qlobal məkanda ciddi narahatlıqla qarşılanır.

Əslində, bu qətiyyən səbəbsiz də deyil. Belə ki, Kremlin Ağ Evin indiki sahibinin qərarına verdiyi ilk reaksiyanın təhdidkar məzmun daşıması da Qərb siyasi dairələrində açıq-aşkar ciddi narahatlıq doğurub. Çünki həmin reaksiyada Rusiyanın dərinliklərinə zərbə endiriləcəyi təqdirdə, ABŞ da daxil olmaqla, NATO ölkələri Ukrayna savaşının birbaşa iştirakçısı hesab olunacağı vurğulanır. Və bu, Rusiya-NATO savaşına yol aça biləcək yanaşma tərzi kimi qəbul edilir.

Digər tərəfdən, Kreml Ağ Ev sahibinin son qərarına Rusiya xarici kəşfiyyat servisinin rəhbəri Sergey Narışkin vasitəsilə də reaksiya verib. Sergey Narışkin bildirib ki, bəzi NATO ölkələrinin Rusiyanın dərinliklərinə zərbələrdə iştirak etmək cəhdləri cəzasız qalmayacaq. Onun fikrincə, ABŞ və Qərb Rusiyanın nüvə doktrinasına edilən dəyişikliyin NATO-nun “strateji qələbə” planlarını tamamilə boşa çıxardır. Və Kremlin bu addımının hansı situasiyalara reaksiya üçün nəzərdə tutulduğunu Qərb siyasi dairələri nəhayət ki, anlamağa çalışmalıdırlar.

Belə anlaşılır ki, Kreml bəzi NATO ölkələri üçün cəza mexanizmini artıq böyük ölçüdə müəyyən edib. Sergey Narışkinin xəbərdarlıq mesajından belə nəticə çıxartmaq olar ki, Kreml hədəfə alacağı bəzi NATO ölkələrinə nüvə zərbəsi endirməkdə tərəddüd etməyəcək. Və bu, bütövlükdə dünya üçün fəlakət ssenarisinə çevrilə bilər.

Maraqlıdır ki, Qərb siyasi dairələri Kremlin açıq təhdid mesajlarını artıq ciddiyə almağa başlayıblar. Düzdür, hələlik Qərb ölkələri yalnız Ukrayna ərazilərinə ağır raket zərbələri ehtimalından narahatdırlar və müəyyən ehtiyat addımları atmağa da cəhd göstərirlər. Belə ki, Qərb kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya Ukrayna paytaxtı Kiyevə kütləvi raket hücumlarına hazırlaşır. Ona görə də, hazırda ABŞ, İspaniya, İtaliya və Yunanıstan Ukraynadakı səfirliklərini artıq bağlayıblar. Və digər Qərb ölkələri də öz diplomatlarının təhlükəsizliyi barədə düşünmək məcburiyyətində qalıb.

Belə anlaşılır ki, Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiyanın dərinliklərinə zərbə icazəsi verən Ağ Ev sahibi Co Bayden indi ABŞ və digər Qərb ölkələrinin diplomatlarını paytaxt Kiyevdən daha təhlükəsiz məkanlara qaçırtmaq niyyətindədir. Əslində, bu, ABŞ və Qərbin ənənəvi “erməni taktikası”na uyğun davranmasından başqa bir şey deyil. Çünki ABŞ və Qərb öz "proksi" qüvvələrinə əvvəlcə “vur” əmri verirlər. Və çətinə düşdükdə də hamıdan əvvəl özləri təhlükəli məkandan dərhal qaçırlar.

Ermənistan parlamentindən də istefalar başladı

Ermənistan hökumətindəki istefaların ardınca ölkə parlamentində də “yarpaq tökümü” başlayıb.

Bu barədə Ermənistan Milli Assambleyasının Səhiyyə Məsələləri üzrə Daimi Komitəsinin sədri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Narek Zeynalyan mandatından imtina qərarını açıqlayıb. “Mən öz təşəbbüsümlə deputat səlahiyyətlərimə xitam verirəm”, Zeynalyanın yaydığı bəyanatda deyilir.

“Bu gün olduğu kimi, mən öz bilik və təcrübəmlə Ermənistan Respublikasına xidmət etməyə davam edəcəyəm”, - deyə Zeynalyan ötən illər ərzində gördüyü işləri təqdim edərək yazıb. O daha sonra bildirib: “Siyasi komanda ilə birlikdə biz kifayət qədər çətin sınaqların öhdəsindən gəldik. Əminəm ki, həmkarlarım bəyan etdiyimiz dəyərləri qoruyub saxlamağa, Ermənistan Respublikasının qarşısında duran bütün çətinlikləri şərəflə dəf etməyə və arzularımızı reallığa çevirməyə davam edəcəklər”.

Qeyd edək ki, bu gün hakim partiyanın digər deputatı korrupsiya ittihamı ilə istintaqa cəlb olunub.

Çin ABŞ-nin görüş istəyini rədd etdi

ekin Laosda Asiya ölkələrinin müdafiə nazirlərinin görüşü çərçivəsində Çinin müdafiə naziri Dun Szün ilə Pentaqon rəhbəri Lloyd Ostinin danışıqlarının təşkili ilə bağlı ABŞ-nin sorğusunu rədd edib.

Bu barədə ABŞ Müdafiə Nazirliyində yüksəkvəzifəli mənbə bildirib.

O, Laos sammiti ərəfəsində jurnalistlərə bildirib ki, Pentaqon belə bir görüş təklif etsə də, Çin ABŞ-nin Tayvana silah satışına istinad edərək imtina edib. Məmurun fikrincə, imtinanın əsl səbəbi ABŞ-nin Çin şirkətlərinə qarşı sanksiyaları, ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfəri və 2023-cü ilin fevralında ABŞ hava məkanında Çin aerostatının aşkarlanmasıdır.

Mənbə qeyd edib ki, bu imtinanın ABŞ və ÇXR hərbiçiləri arasında dialoqun yenidən dayandırılmasının siqnalı olub-olmadığı bəlli0 deyil.

Xatırladaq ki, iki ölkə arasında hərbi xətt üzrə əlaqələr 2023-cü ilin fevralında ABŞ-nin öz ərazisi üzərində Çin aerostatını vurmasından sonra kəsilmişdi. Əlaqələr 2023-cü ilin noyabrında ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Baydenin iştirakı ilə keçirilmiş sammitdən sonra bərpa olunmuşdu.

Tehran rejimi geri çəkilir - KİV

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Şurası bu həftə Qərbin anti-İran xarakterli qətnaməsini qəbul etməsə, rəsmi Tehran 60 %-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını daha da zənginləşdirilməsindən imtina edə bilər.

Bu barədə “Reuters” agentiyi təşkilatın hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, İran zənginləşdirməni dayandırmaq üçün artıq hazırlıq addımları atıb.

Qeyd edək ki, avqust ayından etibarən 60 %-ə qədər zənginləşdirilmiş UF6 (uran heksaflorid) ehtiyatları 164,7 kq-dan 182,3 kq-a yüksəlib. BAEA isə hesab edir ki, 60 %-ə qədər zənginləşdirilmiş 42 kq uran nəzəri cəhətdən daha zənginləşdirilməklə nüvə bombası yaratmaq üçün kifayətdir.

Agentlik bildirir ki, rəsmi Tehran həmçinin BAEA-nın əlavə dörd müfəttişinin ölkəyə buraxılması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi BAEA İdarə Şurasının Tehranın düşmənçiliklə hazırlanmış hesab edəcəyi qətnamə qəbul etməsinə cavab olaraq ölkəsinin müvafiq tədbirlər görəcəyini açıqlamışdı.(Report)

Qəzzada BÖHRAN: İsrailin icazə verdiyi yardımlar OĞURLANIR

Qəzza zolağında aclıq böhranı dərinləşdikcə, təşkilatlanmış qruplar İsrailin əraziyə daxil olmasına icazə verdiyi humanitar yardımların böyük hissəsini oğurlayır. Bu qruplar İsrail ordusunun nəzarətində olan bölgələrdə sərbəst fəaliyyət göstərir.

"The Washington Post" qəzeti xəbərinə görə, bu barədə yardım təşkilatlarının rəsmiləri, humanitar işçilər, nəqliyyat şirkətləri və şahidlər məlumat verib.

Qəzetin əldə etdiyi Birləşmiş Millətlər Təşkilatının daxili memorandumunda qeyd olunur ki, bu qruplar “İsrail Müdafiə Qüvvələrinin xeyirxahlığından” və ya “mühafizəsindən” faydalana bilər.

Bu vəziyyət Qəzzada humanitar yardımın ədalətli paylanmasını və ehtiyacı olanlara çatdırılmasını ciddi şəkildə çətinləşdirir.

Yardım təşkilatları və beynəlxalq qurumlar bu məsələnin təcili həllini və humanitar yardımların təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

"The Washington Post" xəbər verir ki, bu hadisələr Qəzzada humanitar vəziyyətin daha da pisləşməsinə səbəb olur və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.

Yardım karvanlarının təhlükəsizliyinin təmin edilməsi və ehtiyacı olan insanlara çatdırılması üçün təcili tədbirlərin görülməsi vacibdir.

TƏCİLİ! Böyük savaş BAŞLADI: Trampın komandasında fırtınalar qopur - FOTO

Məlum olduğu kimi, ABŞ-də keçirilən prezident seçkiləri Donald Trampın qələbəsi ilə nəticələnib. Yanvarın 20-də işə başlaması gözlənilən prezidentin kabinetinin yavaş-yavaş formalaşdığı bir vaxtda komandada ən diqqət çəkən adlardan biri, şübhəsiz ki, məşhur milyarder İlon Maskdır.

Seçki kampaniyası zamanı Respublikaçı namizəd Donald Trampa verdiyi maliyyə dəstəyi və X adlı platformasındakı siyasi diskurslarla gündəmə gələn dünyanın ən zəngin iş adamı İlon yeni yaradılan Mask Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri olub.

Mask bu yeni nazirlikdə digər bir şəxs - Vivek Ramasvami ilə birgə çalışacaq. Nazirliyin məqsədi hökumətin israfçılıq siyasətinə son qoymaq və daha səmərəli bir sistem yaratmaqdır. Tramp bu yanaşmanı “müasir dövrün Manhattan layihəsi” adlandırır.

Lakin Trampın əsas müşavirlərindən olan Boris Epişteyn ilə Mask arasında ciddi fikir ayrılıqları yaranıb.

Q257MVMU2JCEVJSZUF7HGUIWV4.jpg (1.43 MB)

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, onların arasında yaranan gərginlik Maskın idarəetmə üslubu və strateji qərarlar üzərində nəzarət məsələsində baş qaldırıb.

Epişteyn Trampın ən yaxın müşavirlərindən biri kimi, bu nazirliyin strukturu və iş rejimi ilə bağlı fərqli mövqe sərgiləyir. Onun fikrincə, Maskın sərbəst hərəkət etməsi bəzi strateji problemlərə səbəb ola bilər. Bu fərqli yanaşmaların gərgin müzakirələrə gətirib çıxardığı bildirilir.

Tramp komandasındakı bu qarşıdurma onun ikinci prezidentlik dönəmi üçün düşündüyü yeni idarəetmə yanaşmasının çətinliklərlə üzləşəcəyinə işarə edir. Gərginliklərin həlli və komandanın birgə çalışması gələcəkdə planlaşdırılan islahatların uğurla həyata keçirilməsi üçün əsas amillərdən olacaq.

Putin nüvə doktrinası TƏSDİQLƏDİ

Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

Rusiya prezidenti bununla bağlı müvafiq fərman imzalayıb.

Yeni sənəddə vurğulanır ki, Rusiyanın nüvə siyasəti müdafiə xarakteri daşıyır. Lakin mövcud və potensial hərbi təhdidlər fonunda siyasət yenidən formalaşdırılıb.

Əsas məqamlar:

- Təcavüzün qiymətləndirilməsi: Hər hansı hərbi koalisiyaya daxil olan dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü, koalisiyanın ümumi hücumu kimi qəbul ediləcək.

- Nüvə silahının tətbiqi qərarı: Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar yalnız Rusiya prezidenti tərəfindən verilir.

- Tətbiq şərtləri genişləndirilib:

- Rusiya və ya onun müttəfiqlərinə qarşı adi silahlarla edilən hücum zamanı suverenlik və ərazi bütövlüyü təhlükədə olduqda;
- Rusiya sərhədlərini qanadlı raketlər, pilotsuz uçuş aparatları və ya hərbi təyyarələrin genişmiqyaslı keçidi zamanı;
- Birlik Dövləti çərçivəsində Belarusa hücum zamanı nüvə cavabı mümkün ola bilər.

Sənəddə həmçinin qeyd olunur ki, Rusiya nüvə silahını yalnız son çarə olaraq, suverenliyinin və mövcudluğunun kritik təhlükə altına düşdüyü hallarda tətbiq etməyi nəzərdə tutur.

Bu yeni doktrina Rusiya Federasiyasının müdafiə strategiyasında əhəmiyyətli dəyişikliklərə işarə edir və beynəlxalq hərbi balansın qorunmasında önəmli yer tutur.

Zelenski VİDEO PAYLAŞDI: 1000 günlük müharibə ərzində NƏLƏR BAŞ VERİB - VİDEO

Volodimir Zelenski Ukraynanın 1000 günlük müharibə ərzində yaşadıqlarını əks etdirən video yayımlayıb.

Videoda yer alan məlumatlara görə:

- Rusiya 66,9 min kvadrat kilometr ərazi işğal edib;
- Ukrayna Silahlı Qüvvələri 42,5 min kvadrat kilometr ərazini azad edib;
- Ukrayna Hərbi Hava Qüvvələri 2753 qanadlı raketi və 19 073 PUA-nı (Pilotsuz Uçuş Aparatını) məhv edib.

 

 
 
 
 
 
 

 

Netanyahu: İranın nüvə proqramına zərbə vurduq

İsrailin ötən ay İrana hücumu onun müdafiə və raket istehsal imkanlarını sarsıdıb və nüvə proqramının bəzi hissələrinə zərbə vurub.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışı zamanı bildirib.

"Onların (İranın - red.) nüvə proqramının bu hücum nəticəsində zədələnmiş xüsusi bir komponenti var. Bu, heç kimə sirr deyil”, – baş nazir vurğulayıb.

Eyni zamanda o əlavə edib ki, İranın nüvə silahına gedən yolu bağlanmayıb.

Qeyd edək ki, İsrail İrana 26 oktyabrda hava hücumu həyata keçirib.

Kim Çen orduya müharibəyə hazır olmaq əmri verdi

Şimali Koreya lideri Kim Çen İn ölkə ordusunun əsgərləri ilə görüşüb və müharibəyə tam hazır olmağın vacibliyini vurğulayıb.

Bu barədə Pxenyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Kim Çen İn xarici düşmən qüvvələrin Pxenyana yaratdığı təhdidlərdən, onlara qarşı durmağın zəruriliyindən və bu kontekstdə ordu hissələrinin hazırlıq səviyyəsinin artırılmasının vacibliyindən danışıb.

Xəbər lenti