Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi

Türkiyəli məşhur aparıcı Mehmet Ali Ərbil, müğənni Sərdar Ortaç barəsində araşdırmalara başlanılıb.

NTV xəbər verir ki, adı çəkilən şəxslər barəsində "qanunsuz mərc oynamağa təşviq etmək" maddəsi ilə istintaq başladılıb.

İstanbul Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində aralarnda məşhur şəxslərin və sosial şəbəkə fenomenlərinin də olduğu 20 nəfərin kimliyi müəyyən edilib.

Məlumata görə, artıq M.A.Ərbil, o cümlədən 15 məşhur şəxs saxlanılıb, S.Ortaç isə axtarışa verilib.

Digər şübhəli şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI

Müğənnilərin toy qiymətləri yenə müzakirə olunur. Xüsusən də Məhərrəmlikdən sonra toylara dəvət ediləcək müğənnilərin qiyməti maraqlı olur

"Cebheinfo.az" şou biznes ulduzlarının son toy qiymətlərini araşdırıb.

Bəlli olub ki, toy bazarında istənilən qiymətə oxuyan müğənnilər var. 50-100 manatdan başlayaraq 10, hətta 20 minə toy idarə edən müğənnilər var. Mügənnilərin qiyməti adətən onun reytinqinə və statusuna görə dəyişir.

Əsasən yarım saatda 4-5 mahnı ifa edən müğənnilərə qiymət daha əlçatan olduğu üçün müraciət edilir. Amma toyu əvvəldən-axıra qədər idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də əlavə edir və bu, daha baha başa gəlir.

Müğənni Nadir Qafarzadə açıqlamasında deyib ki, o, bütün toyu idarə etmək üçün 10 min manat istəyir:

"Ortaq qiymətə razılığa gəlirəm. Şadlıq evində toy başlayandan bitənə qədər məclisi peşəkarcasına idarə edirəm. Mənim idarə elədiyim toyda bayağı musiqilərdən söhbət gedə bilməz. Bəzən qonaqlar mənim ifamı, üslübumu birmənalı qarşılamırlar ki, niyə bu mahnını ifa etmirsiniz? Amma mən hər dəfə onlara demişəm ki, yalnız öz üslubuma uyğun olaraq ifa edirəm".

Başqa bir mügənni - Luna Əliyeva adı ilə tanınan Aygün Səfərliyevanın prodüseri bildirib ki, o, toylara razılaşma yolu ilə gedir:

"Luna xanım daha çox bölgələrdə toylara dəvət olunur. Qiymət isə razılaşma yolu ilə müəyyən olunur. Normal halda bölgələrdə toy şənlikləri olduqda qiymət 2000-3000 arası dəyişir. Amma Bakıya yaxın ərazilərdə olduqda daha münasib qiymətə razılaşmaq olur".

Digər məşhur mügənnilərin yarım saatlıq, həm də bütöv toy qiymətləri təxminən 1000-20 min arası dəyişir:

Vasif Məhərrəmli - 2500 - 10 000 AZN

Sevda Yəhyayeva - 3000 - 9000 AZN

Manaf Ağayev - 3000 - 6000 AZN

Brilliant Dadaşova - 7000 - 20 000 AZN

Tünzalə Ağayeva - 4000 - 15 000 AZN

Zamiq - 3500 AZN - 4000 - 10 000 AZN

Aygün Kazımova - 5000 - 10 000 AZN

Zülfiyyə Xanbabayeva - 4500 - 5000 AZN

Xumar Qədimova - 4000 - 5000 AZN

Elton Hüseynəliyev - 3500 - 4000 AZN

Miri Yusif - 8000 - 10 000 AZN

Nigar Camal - 3500 - 4000 AZN

Günay İbrahimli - 3500 AZN.

Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK

Əməkdar artist, xanəndə Ehtiram Hüseynov Xankəndidə Qarabağ Universitetində işə başlayıb.

Xanəndə hazırda Qarabağ Universitetində İncəsənət fakültəsində dərs deyir. O, buna qədər Azərbaycan Milli Konservatoriyasında Muğam fakültəsində müəllim kimi çalışırdı.

Uzun zaman ağır xəstəlikdən əziyyət çəkən müğənni həkimlərin məsləhəti ilə doğma yurdu Laçında yaşayırdı. O, Laçına köçdükdən sonra sağalmağa başladığını bildirib.

Nadir Qafarzadənin evini su basdı - Video

Ötən gündən bəri Bakıda yağıntılı hava müşahidə olunur.

Müğənni Nadir Qafarzadənin evini də su basıb. O, mənzilindən görüntüləri sosial media hesabında paylaşaraq yazıb:

"Bu da yağışın bizə xeyri. Bu da bizim ustalarımızın etdiyi təmir. Söymürəm, heç nə demirəm. Sağ olsunlar, evə vedrə qoymuşam. Belə şey yoxdur... Bina evində yaşayırıq. Kənd evinə şükür. 18-ci mərtəbə və hamısı damır. Yağışımız da yağış deyil. Dünya xalqlarının yağışına oxşamır, özümüz kimidir. Axı, bu yağış bina evinə niyə damsın? Ustalardı da... Sizə nə deyim? Evdə əski qalmayıb, hamısını yığmışam pəncərəyə... Əski, vedrə, ləyən..." 

Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video

Emin Ağalarov tərəfindən təşkil edilən lotereya kampaniyasında qalib gələn Qarabağ müharibəsi qazisi Rauf Qasımov və ailəsi "Sea Breeze" şəhərciyindəki  mənzilini qəbul edib.

Emin Ağalarov şəxsən mənzili Qarabağ qazisinə və onun ailəsinə təqdim edib. Bu zaman təsirli anlar yaşanıb. O, sözügedən anları sosial şəbəkə hesabında paylaşaraq ailəni bir daha təbrik edib.

Qeyd edək ki, bu lotereya iştirakçılara kurortun lüks mənzillərindən birini qazanmaq şansı verirdi və Qasımov ailəsi təsadüfi seçmə nəticəsində qalib olub. 

abs-sefirliyi-damlanin-vizasini-legv-edib

“O afişalar nazirliyin email ünvanına göndərildi, bundan sonra ABŞ səfirliyi vizamı ləğv etdi, bunu edən axı nə qazanır?”

“Bu sözləri müğənni Damla “ARB”də yayımlanan “Günə bax” verilişində deyib. 

O, Amerikada təhsil alan oğlu İbrahimi bu səbəbdən 10 aydır ki, görə bilmədiyini deyib: “Amerikada yaşayan həmyerlilərimiz qərar alıblar ki, Novruz bayramı ərəfəsində konsert keçirsinlər. Mən həm oğlum İbrahimin yanına gəlim, həm də konsertlərdə çıxış edim. Dedim ki, hələ ki vizam yoxdur, amma yaxın günlərdə bununla bağlı səfirliyə müraciət edəcəyəm. Dedilər ki, çalışın bu məsələni tezləşdirin. Vizamı aldım, ancaq onlara dedim ki, mən ora tək gəlib, konsert verə bilmərəm, bu, mümkünsüzdür. Onlar səbrsizlik etdilər və mənə deməmiş konsertin afişasını hazırladılar və biletləri satışa çıxartdılar. Halbuki mən onlarla razılaşmamışdım”. 

Müğənni bildirib ki, vizası olduğu halda, onu yenidən səfirlikdən çağırıblar: “Artıq pasportumda vizamın möhürü vardı. Yaxınlaşan kimi səfirlik mənə konsertin afişalarını göstərdi və dedi ki, bəs, siz deyirsiniz ki, mən oğlumu görməyə gedirəm, amma siz bizi aldadırsınız və oraya konsert verməyə gedirsiniz. Onlara dəfələrlə izah etdim ki, Amerikaya övladımı görməyə gedirəm. Oğlum İbrahim orada təhsil alır. O afişaları nazirliyə göndərənin qazandığı sadəcə bir ananın ahıdır... 

O, qeyd edib ki, bu hadisələrdən sonra viza üçün ikinci dəfə də müraciət etsə də, yenə eyni halla qarşılaşıb: “Səfirlikdə xanımla üz-üzə dayanmışıq. Mənə etinasız və soyuq davranış göstərdi, sanki mən Amerikaya gəzməyə, turist kimi gedirəm. İmtina sənədinə baxanda dondum qaldım, izah edə bilmədim ki, mən oğlum üçün darıxıram və qanunla da oraya getməyə hüququm var. Kiminsə göndərdiyi afişa kağızına görə siz necə mənim vizamı ləğv edib imkan vermirsiniz ki, övladımın yanına gedim? Mənə dedi ki, əgər, övladınız üçün darıxırsınızsa, ona deyin ki, özü sizin yanınıza gəlsin. Dərsləri üçün gələ bilmədiyini desəm də, söylədi ki, tətildə gələr”.

Daha ətraflı videomaterialda:

“Survivor”ın məşhur iştirakçısı vəfat etdi

Aktyor və “Survivor” tarixinin məşhur iştirakçılarından olan rəqqas Hasan Yalnızoğlu vəfat edib.

50 yaşlı Yalnızoğlu ötən gün Bakırköy Dövlət Xəstəxanasında mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib.

Qeyd edək ki, mərhum "Anadolu Ateşi" rəqs qrupunun baş rəqqası idi.

Müğənnilər açıqladı: Bakıda toylar qadağan olunur

Noyabr ayında Bakıda 70 mindən çox qonağın iştirakı ilə gerçəkləşəcək COP29 tədbiri ilə bağlı xüsusi plan hazırlanıb. Paytaxtda yerləşən idarə və təşkilatların fəaliyyətindən tutmuş, məktəb və universitetlərin fəliyyətinədək dəyişikliklər edilib.

Həmin müddətdə insanların kütləvi şəkildə şənləndikləri toy mərasimlərinin keçirilməsi ilə bağlı isə fərqli versiyalar irəli sürülür. Bəziləri toyların təxirə salınacağını desə də, digərləri bunun əksini iddia edir.

Bəs görək, şou əhli həmin ərəfədə toylar üçün öncədən təklif alıbmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı həmin vaxt üçün toy təklifi gəlmədiyini bildirib:

"Biz elə insanlarıq ki, hər şeyi anlayışla qəbul edirik. Əgər ölkəmizdə bu cür ciddi bir tədbir varsa və toylar tıxaclara səbəb ola bilərsə, insanlar çalışırlar ki, işlərini sığortalasınlar və həmin ərəfədə toy etməsinlər. 15 gün tez və ya 15 gün gec toy məclisi təşkil etməklə bir şey olmaz. Təki Allah hamıya toy, xeyir günlər nəsib etsin. Mənim üçün noyabrın 25-nə, 27-nə əvvəlcədən yazılıblar. COP-29 ərəfəsində hələ ki, Bakıda toy təklifi almamışam.

Tədbir keçirilən günlər üçün şəhərdən kənar, daha çox Moskvadan zənglər gəlib.

İnsanlar xərc çəkir, məclis təşkil edir. Hamı istəyir ki, toyu rahat, problemsiz keçsin, ona görə də tədbir ərəfəsində məclis təşkil etmirlər.

Əgər tədbir vaxtı toy etsələr, yolların çoxu bağlı olduğu üçün hər kəs məclisdə iştirak edə bilməyəcək, nəticədə toy yiyəsi ziyana düşəcək. Ona görə də, tədbirin bitməsini gözəyirlər".

Müğənni Tacir Şahmalıoğlu bildirib ki, toylar bir neçə günlük qadağan olunsa da, bu, ciddi problem yaratmayacaq:

"COP-29 tədbiri zamanı Bakıda toyların qadağan olunacağı ilə bağlı söz-söhbət dolaşır.

Bizim işimiz xalqdan asılıdır, əgər toylar olmasa, biz müğənnilər də işləməyəcəyik. Bu, beynəlxalq tədbirdi, əgər toylar dayandırılsa, başa düşülən olar. Bu, bizim üçün ciddi problem olmaz, dayandırılarsa, buna hörmətlə yanaşarıq. Təki COP-29-un xalqımıza, ölkəmizə faydası olsun. Biz lazım olsarsa, bir neçə gün işlərə fasilə verə bilərik, burada dəhşətli heç nə yoxdur".

Müğənni Afət Fərmanqızı isə noyabr ayı üçün Bakıda deyil, Rusiyada bir neçə toy məclisində iştirak edəcək:

"Bir neçə gün əvvəl Bakıda idim, amma artıq Moskvaya geri gəlmişəm. İş fəaliyyətim buradadır deyə, mənim üçün COP-29 vaxtı da iş olacaq.

Yenidən Bakıya gələcəyəm, çünki 7 oktyabrda oğlumun toyu olacaq. COP-29 ərəfəsində toyların qadağan ediləcəyi ilə bağlı yayılan söz-söhbətləri mən də eşitmişəm, amma hələ ki, rəsmi qərar yoxdur. Buna baxmayaraq, tədbir ərəfəsində Bakıdan heç bir toy təklifi almamışam. Noyabr ayında Moskvada və Rusiyanın digər şəhərlərindəki toy məclislərində iştirak edəcəyəm".

Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən O İŞ ADAMI KİMDİR?

"Pulun varsa və kiminləsə bəhsə girmisənsə, haradan və hansı müğənnini istəsən, toya, ad gününə gətirə bilərsən. Hər şey puldan asılıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında şou-biznes və mədəniyyət məsələləri üzrə ekspert Anar Vəziroğlu türk sənətçi Petek Dinçözün bir şəxsin bağında 8 nəfərin iştirak etdiyi məclisdən 70 min dollar qonorar alması ilə bağlı məlumatdan danışarkən deyib.

Ekspert yerli sənətçilərin tədbirlərə türk ulduzlarından baha getdiyini vurğulayıb:

"Bizimkilərə ondan çox verirlər. Röya toya 30 min manata gedir. Azdır 30 min manat? Aygün də onun kimi. Bizimkilər də o qiymətə gedirlər. Görünür, Petek Dinçözü də kiminsə gözü tutub. Deyib ki, onu gətirəcəyəm, 70 min də verəcəyəm. Bu bizdə gözlə görünən xasiyyətdir. Deyir, filankəs bu qiymətə gətiribsə, mən ondan artıq verəcəyəm".

Anar Vəziroğlu deyib ki, Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən iş adamı olub:

"Hələ Telman İsmayılovu demirəm, bir dəfə "bərkgedən" müğənnilərin birini çağırıb, ona 3 milyon manat, üstündə də saat hədiyyə etmişdi. Adam var, uşağı üçün pul xərcləyir, adam da var qonşu ilə bəhsə girir. Yəni tanıdığı şəxs 100 min veribsə, bu 200 min verir. Biz uşağımıza toy etsək, ora heç İzzət Bağırov da gəlməz. Görünür, bunların ətrafı böyükdür ki, Petek Dinçözü gətirə bilib".

Qeyd edək ki, bu günlərdə türk müğənni Petek Dinçöz Bakıya qonaq gəlib. Sənətçi Bakıdakı bağlardan birində 8 nəfər üçün oxuduğu məclisdən 70 min dollar qonorar alıb.

ayb-elza-seyidcahana-xeberdarliq-etdi

Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirdəki söz oyunlarının yaratdığı assosiasiya, dolayısıyla, vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.

İctimaiyyətin, xüsusən ədəbi mühitin nümayəndələri həmin materialda geniş auditoriyaya hörmətsizlik, cəmiyyətə meydan oxumaq, ədəbi dəyərləri, poeziyanı gözdən salmaq, onu gülüş obyektinə çevirmək, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin nüfuzuna xələl gətirmək kimi məqamlar görərək kəskin etiraz bildiriblər. Ortaq və doğru olan qənaət belədir ki, diqqət çəkmək üçün bu cür bayağı, qeyri-məqbul üsullardan istifadə etmək ciddi sənət adamına yaraşmır.

Qeyd olunan məqamlara, həmçinin üzvü olduğu təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.

Xəbər lenti