![]() |
|
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 18-i Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
Yol-xeber.az" xəbər verir ki, Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.
Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir.
Allah rəhmət eləsin!
Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, “Azəravtoyol” ASC-yə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.
Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib ki, 19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılıb.
Qeyd olunub ki, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Qarabağdan Ermənistana getmək üçün adambaşına 4 min dollar tələb edirlər.
Bunu erməni bloger Natali Aleksanyan deyib.
“Əgər əvvəllər bizə deyirdilər ki, insanların çıxışına mane olan Azərbaycandır, indi məlum oldu ki, çarəsiz insanlardan külli miqdarda pul qoparmaq üçün çıxışı bağlayan Qarabağın “avtoritetləri”dir”, - o bildirib.
O bu qeyri-qanuni vəziyyətdən getdikcə daha çox məyus olduğunu vurğulayıb.
7 yaşlı Fəridin amansız şəkildə döyülməsi, nəinki bütün ölkəmizi, hətta Azərbaycanın sərhədlərindən kənarda yaşayan insanlarımızı da sarsıtdı. Hamı günahkarı lənətləyirdi, əsəblər sakitləşmirdi. Azyaşlının anası da qınanırdı. Onun müsahibəsindən sonra insanlar məşqçinin vəhşiliyini artıq az qalsın ki, unutmuşdu. Hədəfdə Fəridin anası idi – Aynurə Bakarova. Elə həmin günlərdə məşqçi ilə aralarında münasibətin olduğu və bu səbəbdən azyaşlının qurbana çevrildiyi danışılırdı. Mən şəxsən inanmaq istəmirdim ki, Fəridin ölümündə anasının da “əli var”. Çünki hər nə olur-olsun, məşqçi Mehman Xəlilovun hadisəni törətməsinə sanki haqq qazandıracaq elementlərə yol verilməməli idi, verilməməlidir.
Bir müddət bir çoxlarına bəlkə də ömürlük travma qoyan hadisə haqqında danışmağa fasilə verildi. Amma iş üzrə məhkəmə başlayandan sonra yenidən gündəmə gəldi.
Hadisə artıq Aynurə, Mehman, Fərid kontekstindən çıxıb. Çünki oxşar münasibətlərin qurbanı və ya qurbanları kifayət qədərdir. Şübhəsiz ki, hadisənin videogörüntüləri olmasaydı, insanlara bu qədər təsir etməzdi. Ona görə də ümumi yanaşmaqda fayda var.
Əvvəlcə vurğulamaq və üzərində durmaq istədiyim iyrənc baxış bucağından danışmaq istəyirəm. Cəmiyyətimizdə insanların əksəriyyəti kiməsə ailə üzvlərinə - anasına, qardaşına, atasına, bacısına, hətta əmi, bibi, dayı və s. qohumlarına görə qiymət verilməsi halı hökm sürür. Bu qiymətləndirmə əsasında münasibət sərgilənir. Açıq danışmalıyam. Bu mövzu açıq sözlülüyü zəruri edir. Sevgilisinə qoşulub qaçan qızın əmisi oğluna “o kimdir e, qoşulub qaçan qızın əmioğlusudur da” deyildiyini eşitmişəm. Adamın özünə görə hörməti olsa da, xeyri yoxdur.
O məşqçinin də Fəridə qarşı amansız davranmağa sövq edən “əxlaqsızın balasına” olan münasibətdən qaynaqlanır. Qətiyyən kiminsə həyatına müdaxilə etməkdə və ananı günahlandırmaqda maraqlı deyiləm. Ümumiyyətlə, belə qiymətləndirmənin əleyhinəyəm və pisləyirəm. Mövzunu aydınlaşdırmaq üçün bu misalları çəkmək məcburiyyətindəyəm. Niyə məhz Fəridlə amansız davranıldı? Axı orada başqa uşaqlar da vardı. Axı anası ilə normal münasibəti olsaydı, Fəridi də öz balası kimi sevərdi. Ən azından ona zərər gəlməsini istəməzdi. Axı sevdiyi şəxsin balasıdır...
İkincisi, boşanma ilə bağlı fikirlər... “Əşi boşansınlar da”, “ona ər yoxdur?”, “siz yola gedən deyilsiniz, gedin boşanın” və s. kimi sözlərlə ailələri boşanmağa təşviq etmək və bu yöndə təbliğat kampaniyası aparmaq. Yola getməyən insanlar necə olur ki, uzun müddət sevgili olur, nəhayətində, evlənəndə başa düşürlər ki, tay deyillərmiş. Bəli, “heç bir halda boşanmaq olmaz!” demək, ağılsızlıq olar. Amma ən adi, sadə mövzulara görə boşanmaq olmaz! Bir hikmətli deyim var: Ailə hüquqların uğrunda mübarizə aparmağın üçün meydan deyil, əksinə, tərəflər bir çox hallarda haqqından keçib münasibətləri yoluna qoymalıdır. Təcrübə deyir ki, əksər hallarda boşananların “əli bala batmır”. Deməli, həll yolu boşanmaqdan keçmir. Nəzəriyyələrə qalsa, gərək dünya qan gölünə çevrilsin. Dövlətlər arasında belə, münasibətlərda güzəştlər və hesablaşmalar olur. Yoxsa hər gün müharibə olardı. Coğrafi mövqeyi boşamaq isə mümkünsüzdür. Dövlətin balaları ortalıqda qalardı, ögey dövlətin hakimiyyəti altında yaşayardı... Dövlətlər arasında konflikt yarananda beynəlxalq vasitəçilər müdaxilə edirsə, niyə ailələrin dağılmasının qarşısını almaq üçün vasitəçilər olmasın? Şahidi olmuşam ki, dağılmaq üzrə olan ailələri böyüklərin vasitəsi ilə qoruyublar. Özü də sonradan əvvəlkindən də yaxşı ailə formalaşıb. Lap ehtiyac varsa, psixoloq qəbullarına da getmək olar. Əgər düzəlmirsə, ən son həddə boşanmağı seçmək labüd ola bilər.
Üçüncüsü, azad seks anlayışı... Cəmiyyətimizdə cinsi mövzularda hadisə baş verdikdə səs-küy düşən kimi deyilir ki, bu yöndə acdırlar, ona görə də partlayış effekti verir. Azad seks məhz belə problemlərin yaranmaması üçün bir qrup insan tərəfindən dəstəklənir. Amma altını çəkərək qeyd edilməlidir: Avropa cinsi istəyi doydurmaq üçün bunu etsə də, qarşısını almağa müvəffəq olmayıb. Əksinə, daha da istəkli edib. Zorlanmaların azalmaması və geniş yayılması, üstəlik, əks cinsdən bezib həmcinsinə meyillənənlərin çoxalması, bu anlayışın uğurlu olmamasından xəbər verir.
Dördüncüsü, övladların ögey ata və ya ananın himayəsində yaşaması olduqca çətindir. Yaxud da bizim cəmiyyətdə hələ də formalaşmayıb. “Ata ögey qızını zorladı” başlıqlı xəbərləri az görməmişik.
Xülasə bir ailənin dağılması, təkcə iki şəxs arasındakı münasibətləri bitirmir, əvvəlcə onların özünü bitirir, uşaqları varsa, onları da bitirir. Hələ buraya qohumluq məsələlərini də əlavə etsən, az qala bir xırda dövlətin süqutu imzalanır. İki nəfər canını qurtarmaqla xeyli insanı, o cümlədən özlərini yaralayır və ya “öldürür”.
Bir daha qeyd edirəm, boşanma və kiminsə şəxsi münasibətlərinə müdaxilə kimi nə xasiyyətim var, nə də bunun tərəfdarıyam, sadəcə, hadisələrə yuxarıda qeyd etdiyim “səbəb-nəticə” kimi baxmağım və hər şeyin sözügedən formulda baş verdiyinə inanmağım bu mövzuda yazmağımı zəruri etdi.
Fəridlər ölməsin...
Müəllif: Samir Mirzə (Miri)
Yol-xeber.az" xəbər verir ki, Zaqatala rayonu Qazangül qəsəbəsində daxili yol üzərində yerləşən və sel suları nəticəsində yanaşma hissəsi yuyulan körpüdə bərpa işləri aparılaraq hərəkət təmin olunub.
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi sözügedən yolun və körpünün agentliyin balansında olmamasına baxmayaraq, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Hal-hazırda Zaqatala rayonu ərazisində yollarda sel suları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.
APA-nın Cənub bürosunun məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.
Hazırda bölgədə intensiv yağış davam edir.
Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Qarabağda yaşayan erməni əsilli şəxslərin kütləvi şəkildə Ermənistana keçidi davam edir.
Sentyabrın 16-da “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlər arasında Əsgərandakı erməni kilsəsinin ruhanisi Mesrob Mkrtçyan da görülüb.
Maraqlısı isə odur ki, keşiş Mkrtçyan əvvəllər separatçılarla birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyərək sinəsinə döyürdü.
Ətraflı Baku TV-nin süjetində: