![]() |
|
Ağdam-Xankəndi yolunu bağlayan erməni silahlıları haqqında məlumatlar yayıldıqdan sonra separatçı media onların üzünü örtməyə başlayıb.
Həmin şəxslərin kimliyi barədə informasiyanı ermənilərin də izlədiyi rusdilli yerli “Bez tormozov” teleqram kanalı sızıdırıb.
Xatırladaq ki, artıq iki gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.
Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Bir qrup erməni separatçılar, həmçinin Xənkəndidəki təxribatçı Ruben Vardanyanın təşkilatçılığı ilə ayaqlanan quldurlar prosesi əngəlləməyə çalışır. Onlar hətta rus sülhməramlılara hücum ediblər. Həmin şəxsin azərbaycanlı olduğunu düşünüblər.
Bütün bu proseslər quldur rejimin, İrəvanın və havadarlarının “blokada”, “aclıq”, “humanitar böhran” kimi yalanlarını ifşa etmiş olur.
Edillidə aşkar edilən kütləvi məzarlıqla bağlı daha bir dəhşətli məqam üzə çıxıb. Belə ki, orada qətlə yetirilmiş azərbaycanlıların nəşlərinin üç metr dərinlikdə basdırıldığı məlum olub.
Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var.
Bu günədək Kəlbəcər rayonunun Başlıbel, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Seyidəhmədli kəndlərində və adıçəkilən rayonların digər yaşayış məntəqələrində bu cür məzarlar aşkarlanıb.
Hesabatda bildirilir ki, aşkar edilən kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirildiyini, nəşlərinin kütləvi şəkildə basdırıldığını deməyə əsas verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan bayrağını təhqir edən üç erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən video yayılmışdı.
Onların "Laçın" postunda saxlanılmasınının görüntülərini təqdim edirik:
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi iki yük maşını (40 ton) həcmində humanitar yükün Ağdam-Xankəndi yolundan keçməsinin qarşısını almaq üçün toplaşan bir qrup erməninin kimliyi üzə çıxıb.
Axar.az xəbər verir ki, rus sülhməramlıların Ağdam-Xankəndi yolundakı postuna yaxınlaşan ermənilər ora rusiyalı milyarder, bir müddət öncə xüsusi missiya ilə Xankəndiyə göndərilmiş Ruben Vardanyanın yaratdığı “ictimai” təşkilatın (“Qarabağ Təhlükəsizlik və İnkişaf Cəbhəsi”) üzvləridir və bura təşkilatın təşəbbüsü ilə (Vardanyanın tapşırığı ilə - red.) gəliblər. Başqa sözlə desək, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin TIR-larının Xankəndiyə daxil olmasına qarşı aksiyanı Vardanyan keçirir.
Bildirilib ki, əraziyə toplaşan onlarla erməni gənc artıq çadırlar qurmağa başlayıb, gecə-gündüz növbə çəkməyi düşünürlər.
Vardanyanın təşkilatının rəhbəri Arşak Abramyan erməni mediasına deyib ki, erməni silahlı dəstəsi də məntəqənin ərazisindədir.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Xankəndiyə iki TIR humanitar yardım göndərib. Yardıma 40 ton un məmulatları daxildir. Hazırda yardım daşıyanlar Ağdam-Xankəndi yolundadır və humanitar yardım gətirdikləri ilə bağlı Rusiya sülhməramlılarını məlumatlandırıblar.
Humanitar yardım aparanların bu gün çadır quraraq, rus sülhməramlı postunun önündə qalacaqları bildirilir.
Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan bayrağını təhqir edən üç gəncin saxlanması, Xankəndidə həyəcanlı anlar yaşadıb. Artıq ermənilər nə edəcəklərini və sabahlarının necə olacağı ilə bağlı “rəhbərlər”indən hesabat tələb edib.
Bu səbəblə Qarabağdakı ermənilər Xankəndidəki cinayətkar hərbi xunta rejimin binası qarşısına toplaşaraq, quldur başçısı Arayik Arutyunyanla görüş tələb ediblər. Meydana toplaşan kütlə “rəhbər”lərindən hesabat və görüş tələb etsə də, kimsə onların qarşısına çıxıb cavab verməyib. Yalnız Tiqran Petrosyan etirazçıların qarşısına çıxaraq deyib ki, qızğın müzakirələr gedir və sona yaxınlaşmır.
Etirazçıların qarşısına çıxan olmadığından zaman-zaman “polislə” aksiya iştirakçıları arasında mübahisə və toqquşma da yaranıb.
Gecə saatlarında xunta rejimi təcili topalanaraq yaranmış durumu və çıxış yollarını müzakirə ediblər. Müzakirələrə 4 saatdan artıq çəkib və toplantıda Arkadi Qukasyan, Bako Saakyan və Samvel Babayan da iştirak edib. Səhərə yaxın bitən müzakirələrdən sonra xunta rejiminin başçısı Arayik Arutyunyan ora toplaşan insanların qarşısına çıxaraq onların suallarını cavablandırıb.
Arutyunyan ilk növbədə toplaşanların diqqətinə bir neçə gündən sonra onları ciddi çörək çatışmazlığı problemi gözlədiyini və yolun açılması üçün hər şeyi edəcəklərini bildirib. O, eyni zamanda Ağdam-Xankəndi yolunun açılmasını deyil, Laçın yolunun açılmasını məqbul hesab etdiklərini qeyd edib.
İnsanların çoxu həyəcanlı olub və tez-tez Arayik Arutyunyanın sözünü kəsiblər. Son vaxtlara qədər güclü müxalifətçi kimi çıxış edən və Arayik Arutyunyanı satqın adlandıran Tiqran Petrosyan mikrofonu götürərək danışmaq istəsə də, insanlar onu fitə basaraq danışmağa imkan verməyiblər. Etirazçı kütlə Arayik Arutyunyanla sual-cavabdan sonra kor-peşman evlərinə dönüblər.
Qeyd edək ki, ermənilər Bakının şərtlərini qəbul etməyənədək Azərbaycana qarşı etdiklərinə görə, hələ belə çox həyəcanlı anlar yaşayıb yuxusuz gecələr keçirəcək və çox peşman olacaqlar.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Ötən gecə Bakının bəzi yerlərində şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Təbiət hadisəsi sakinlər arasında qorxu yaradıb.
Görüntüləri təqdim edirik:/baku.ws
Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Ermənistanda hərbi qulluqçuların ölümünün səbəbi bəlli olub.
Bununla bağlı Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Belə ki, əsgərlərdən biri digərini öldürüb, sonra isə intihar edib.
***
Avqustun 27-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları Artyom Arayi Haykazyan və Armen Hayki Xaçatryan hələ müəyyən edilməmiş şəraitdə odlu silahla ölümcül yaralanıblar.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Onlar aldıqları güllə yarasından ölüblər.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Bakı sakini, 1996-cı il təvəllüdlü İlkin Vəfadar oğlu Xələfovun idarə etdiyi VAZ-2107 markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin ölüb, sürücü isə ağır vəziyyətdə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə polis əməkdaşının "Qarabağ" - "Kəpəz" matçından sonra meydana girən yetkinlik yaşına çatmayan azarkeşi vurması ilə bağlı məlumatlar yayılıb.
Məlum hadisə ilə bağlı futbolçularla polislər arasında mübahisə baş verib.
Oyun meydanında çəkilən görüntülərdə polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib:
“İctimai qaydaya və ictimai təhlükəsizliyə məsul olan polis əməkdaşı tribunadan oyun meydanına məhəccəri aşaraq düşən şəxsə həmlə edərək onun meydana daxil olmasının qarşısını almağa çalışıb. Burada hər hansı hüquq pozuntusu yoxdur”.