![]() |
|
Xəbər verdiyimiz kimi, "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirli avqustun 15-i gecə saatlarında paytaxtın Heydər Əliyev prospektində ağır qəza törədib.
"Sağ qolu amputasiya olunan blogerin xəstəxanadan fotosu yayılıb.
Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub", - məlumatda qeyd olunub.
Bir neçə gündür, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin qərargahına basqın edən quldur ermənilər qarşı tərəfi təxribata çəkməyə davam edirlər.
Dünən sosial medialarda yayılan görüntülərdən də aydın oldu ki, onları kimsə qızışdıraraq orataya atıb. Ən azından rus hərbçinin “sizə kim pul verib ki, belə edirsiniz?!” deməsi, diqqətdən yayınmayıb.
Gecə saatlarında isə azsaylı separaçılardan birinin sülhməramlı hərbçi ilə dialoqu maraq doğurub. Belə ki, hay-həşir salan təxribatçı haya cavabı teleqram kanallarında müzakirə mövzularından birinə çevrilib.
“Əgər biz burada olmasaydıq, bilirsiniz, sizin üçün necə olardı? 2020-ci ildə bunu həll etmək lazım idi”, - rus hərbçi deyib.
Qeyd edək ki, Kremlin missioneri Ruben Vardanyanın Qarabağda vəziyyəti gərginləşdirməyə xidmət etməsi də heç kimə sirr deyil.
Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə, 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyatla oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb. Onun rayonun Əkşəm kəndində yerləşən fərdi yaşayıṣ evindən nəğd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdiriir.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Qarabağda sülhə deyil, gərginliyə xidmət edən qüvvələr Rusiya sülhməramlılarını təxribata çəkməyə cəhd ediblər.
Bir qrup terrorçu Rusiyanın Xocalıdakı qərargahının girişini bağlayıblar, hərbçilər cavab olaraq yolu təmizləmək üçün zirehli transportyoru girişə çıxarıblar.
“Gəlin, keçin maşınımızın üzərindən. Güllələyin. Baxın, sülhməramlılar “Laçın”postu ilə bağlı heç bir şey etmirlər. Amma bizə qarşı güc tətbiq edirlər. Görün onlar necə Qarabağı qoruyur. Əgər maşının üzərindən keçsəniz, sizə baş cür cavab verəcəyik”, - videonu çəkən separatçı sülhməramlıları həm hədələyir, həm də təxribata çəkir.
Yeri gəlmişkən, quldurlar həmişəki kimi “soyqırımı”, “blokada”, “aclıq” və s. kimi uydurma fikirləri də dilə gətirməyi unutmayıblar.
Cəhdlərinin nəticə vermədiyini görən ermənilər “siz artıq göstərirsiniz ki, kimin tərəfindəsiniz”, azərbaycanlıları nəzərdə tutaraq “terrorçuların göstərişlərini yerinə yetirirsiniz” kimi həyasız ifadələr işlədiblər.
Təsəvvür edin ki, bunu dinc Azərbaycan xalqına qarşı bütün vəhşilikləri törətmiş tərəfin müdafiəsinə qalxan dığalar deyir.
Rusiyalı hərbçilər onlardan yolu açmağı tələb etsələr də, bunun faydası olmayıb. Nəticədə sülhməramlılar əlləri ilə maşını kənara çəkiblər. Qarşılığında isə haylar yenə özlərinin əsl xislətini ortaya qoyacaq sözlər dilə gətirib: “Maşına zərər vursanız, yenisini alacaqsınız”.
Rusiya sülhməramlılarının “buna görə sizə nə qədər pul veriblər” sualına, dili pəltək vuran təxribatçı “ayıbdır” deyərək özünə əl qatıb.
Quldurlar bir az da irəli gedərək rus polkovnikə hətta fiziki təzyiq göstərib. Cavabında isə sülhməramlı zabit “əlinizlə mənə toxunmayın” deyib.
Avqustun 15-i qəzaya düşən bloger Nicat Şakirlidə müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır: "Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir".
Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.
Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib..
Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq etməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Yuxarı Qəsil və Kükəl kəndləri ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvanların oğurlanması barədə bir neçə zərərçəkmiş tərəfindən polisə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Rəhilə Qurbanova, onunla qeyri-rəsmi münasibətdə yaşayan Ayaz Vəliyev və qadının yetkinlik yaşına çatmayan qohumu saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin ayrı-ayrı tarixlərdə oğurladıqları heyvanları A.Vəliyevə məxsus avtomobillə Kürdəmir rayonuna apararaq orada satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən olunub.
Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri- Rafiq Hacıyev, Elsevər Zakirov, Qurban Şəkərəliyev, Elşad Qədirov və Elnur İbişov saxlanılıb. Onların xüsusi qulluq göstərməklə yetişdirdikləri, ümumi çəkisi 25 kiloqrama yaxın çətənə kolları, eləcə də Rafiq Hacıyev və Elsevər Zakirovdan əlavə qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Rayon ərazisində narkotik vasitələrin satışı, eləcə də qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə daha 10 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 2 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Seymurovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Nizami Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin 2 müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına əvəz olunub.
İttihama görə, 1991-ci il təvəllüdlü Həsən Seymurov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq edib. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş Samir Quliyev (şərti) vasitəsi ilə onun qohumu digər zərərçəkmiş Alı Əliyev (şərti) Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadıb. O, bu yolla 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən metronun "Qara Qarayev” stansiyası yaxınlığında Samir Quliyevdən qohumu Alı Əliyev vasitəsi ilə ona göndərdiyi 33 000 manat nağd pul vəsaitini alıb. Həsən Seymurov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
"Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qəza törətdiyi avtomobilinin yeni görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, videoda blogerin "Porsche” markalı 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobilinin evakuatorla aparıldığı kadrlar əks olunub.
Sözügedən görüntülər sosial platformalarda yayılıb.
Məlumat üçün bildirək ki, ötən gün gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 30 yaşlı bloger Nicat Şakirli idarə etdiyi avtomobilini qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi "Scania” markalı yük avtomobilinə vurub.
Qəza nəticəsində Nicatın maşınındakı Gəncə şəhər sakini Ruslan Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.