![]() |
|
Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.
Bu barədə “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.
Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.
Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl isə iyun ayında Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.
Xəbər verdiyimiz kimi, "Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol qəzasında ölən Gəncə şəhər sakini 28 yaşlı Ruslan Şahin oğlu Məmmədovun dəfn edilməsi planlaşdırılırdı.
Lent.az bildirir ki, mərasim təxirə salınıb.
Məlumata görə, dəfn mərasimi sabaha saxlanılıb. Buna səbəb, mərhumun anasının Rusiyada olmasıdır.
***
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Lent.az xəbər verir ki, qəzada həlak olan Gəncə şəhər sakini 28 yaşlı Ruslan Şahin oğlu Məmmədovdur.
Qeyd edək ki, o, tanınmış iş adamı Şahin Məmmədovun oğludur.
Ş.Məmmədov Gəncədəki “İmperial” şadlıq evinin sahibidir.
R. Məmmədov bu gün yaşadığı Gəncədə dəfn olunacaq.
Kliniki Tibbi Mərkəzdə müalicəsi aparılan Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.
Bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, hazırda N.Şakirli həkim nəzarəti altındadır.
Fəxri Rüstəmova Sabunçu Tibb Mərkəzində sağ əlin iki barmağının kəsilmiş yarası diaqnozu ilə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Daha sonra vətəndaş özünün və ailəsinin istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, avqustun 15-i saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.
“Bu kimi hallarda şəxsin baş vermiş cinayət hadisəsində təqsirli və ya onun hadisənin qarşısını almağa texniki cəhətdən imkanının olub-olmamasını müəyyənləşdirmək üçün ekspert rəyi lazımdır”.
Bu sözləri oxu.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı cinayət işini şərh edərkən deyib.
O qeyd edib ki, məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir:
“Yol-nəqliyyat hadisələri araşdırılarkən sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulub-pozulmamasını müəyyən etmək üçün xüsusi bilik tələb edən tədqiqatlara ehtiyac yaranır. Ona görə də bir çox hallarda avtotexniki ekspertiza təyin olunur.
Bu ekspertiza ilə sürücünün hadisənin qarşısını almağa texniki cəhətdən imkanının olub-olmadığı, zərurət olduqda avtomobilin təxmini hərəkət sürəti, hadisə mexanizmi ilə bağlı başqa məsələlər, avtomobilin hadisə baş verdiyi məqamda texniki sazlığı (məsələn, avtomobilin əyləc sistemində problem ola bilər) və sair bu kimi hallar aydınlaşdırılmalıdır”.
Hüquqşünas ekspert rəyinin vacibliyini qeyd edib:
“Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, yaxud iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
“Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - deyə T.Abdullazadə qeyd edib.
Ekspert qanunvericilikdə işin nəticəsinə təsir edən və cəzanı yüngülləşdirən bir sıra halların da mövcud olduğunu vurğulayıb:
“Göründüyü kimi, bu kimi hallarda sürücülərin sağlamlıq və sərxoşluq vəziyyəti də yoxlanılır. Habelə qanunvericilikdə işin nəticəsinə təsir edən və cəzanı yüngülləşdirən bir sıra hallar da mövcuddur. Cinayəti törədən şəxsin zərərçəkmiş şəxslə və ya zərərçəkmiş şəxs vəfat etmişdirsə, onun yaxın qohumu, hüquqi varisi ilə barışması, dəymiş maddi ziyanı ödəməsi, səmimi peşmanlığı və sair bu kimi cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla işin ibtidai araşdırılmasından sonra məhkəmə yekun nəticəyə gəlir.
Cinayətin subyektiv cəhətdən ehtiyatsızlıqdan törədildiyi də nəzərə alınır. Qanunvericiliyə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər isə ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkirlər”.
Hüquqşünas Əliməmməd Nuriyev isə qeyd edib ki, hər şeydən əvvəl hadisənin baş verdiyi şəraitə diqqət etmək lazımdır:
“Şübhəsiz ki, hadisə bütövlükdə formal baxımdan cinayət hadisəsi kimi gözdən keçiriləcək. Hadisə ilə öncə tanış olmaq lazımdır. Kimin təqsirli olduğu aydınlaşdırılmalıdır. İlk baxışda Cinayət Məcəlləsinin 263.1 və 263.2 maddələrinin əlamətləri görünür. Çünki burada ağır ziyan dəyib. Bir nəfər də həlak olub. Nəqliyyat vasitəsini idarə edənin sürət həddini aşıb-aşmaması, sərxoş olub-olmaması açıqlanmalıdır”.
Ə.Nuriyev sonda Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayının çoxaldığını əlavə edib:
“Çox təəssüf ki, ölkəmizdə yol-nəqliyyat hadisələrində ölənlərin sayı gündən-günə artır. Bu bir çox səbəblərdən baş verir. Çox vaxt yol hərəkəti qaydalarını pozub, sürət həddini aşma səbəbindən qeydə alınır. Bunların qarşısı alınmalıdır”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.
***
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "Porsche" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobili yararsız vəziyyətə düşüb.
İlkin məlumata görə, minik avtomobilini "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan digər sərnişin ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Valeh Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 02 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran-Lerik avtomobil yolunun hər iki rayonun sərhədinin yaxınlığında, Lənkəran rayonunun Təngivan kəndi ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Valeh Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş zərərçəkmiş Nazim Səfərovu (şərti) Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz edib. O, idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qeyd olunan əraziyə gedərək, “Niva” markalı avtomobildə əyləşmiş zərərçəkmiş şəxs yaxınlaşıb. Valeh ondan Lerik rayonuna getməyə və orada meşələri yoxlamağa cürətinin çatmadığını və buna istənilən formada mane olacağını inadkarlıqla bildirib. Bu zaman o, Nazim Səfərovun yaxasından tutaraq onu avtomobildən düşürərək yerə yıxıb. Daha sonra Valeh qəsdən təpiklə zərərçəkmişin döş qəfəsi, qarın və sağ əl nahiyələrinə bir neçə zərbə vuraraq ona ağır zərər yetirib. Məhkəmədə ifadə verən Valeh Əliyev ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilib. O deyib ki, 2003-cü ildən etibarən meşə təsərrüfatı mərkəzində müxtəlif vəzifələrdə işləyib, son olaraq 2021-ci ilin dekabr ayınadək həmin müəssisədə fəhlə kimi çalışıb. Sonradan işdən çıxıb. Valeh Əliyevin sözlərinə görə, zərərçəkmiş şəxsi 2018-ci il tarixdən etibarən tanıyır, onunla arasında heç bir şəxsi qərəzlik və ədavət olmayıb. Təxminən 3 il boyunca Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və sosial şəbəkələrdə müraciətlər edərək meşələrdə qanunsuz ağac kəsildiyini bildirib, yoxlama keçirilməsini tələb edib. Bildirib ki, lakin onun müraciətlərinə əhəmiyyət verilməyib, yoxlamalar keçirilməyib.
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.
Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:
“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bilinib.
Oxu.az-ın məlumatına görə, ölən şəxs Ruslan Məmmədovdur.
Qeyd edək ki, bloqer Nicat Mütəllimov tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğludur.
Avqustun 14-ü saat 09:00-a olan faktiki açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Avqustun 13-də ən yüksək temperatur Naxçıvan MR; Culfada 43 dərəcəyədək, Aran rayonları; Hacıqabulda 42 dərəcəyədək, Gəncə-Qazax zonası; Ağstafada 40 dərəcəyədək, dağlıq rayonlarda 33 dərəcəyədək yüksəlib. Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 6.0° yüksək olub.
İsti hava dalğasının təsirinin tədricən azalacağı, ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.
Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.