![]() |
|
Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan bölgədə yaşayan ermənilərə müraciət etməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, o, bu barədə dünən yaydığı açıqlamasında bildirib.
Harutyunyan deyib ki, müraciətini Qarabağda qanunsuz fəaliyyət göstərən “itv” kanalı vasitəsi ilə yayınlayacaq. Onun sözlərinə görə, Qarabağda onların mövqeləri getdikcə çətinləşir və müraciəti də məhz vəziyyətdən çıxmaq üçün atacaqları addımlar və digər məsələləri əhatə edəcək. “Bu günlərdə bizim və konkret beynəlxalq aktyorların həyata keçirdiyi bəzi proseslərin aralıq nəticələrini ümumiləşdirərək, bir neçə gündən sonra Qarabağ ictimai televiziyasına eksklüziv müsahibə verməyi planlaşdırıram. Bununla da vəziyyəti, riskləri və perspektivləri mümkün qədər açıq şəkildə təqdim edəcəyəm. Bundan sonra nə etməli olduğumuzu müzakirə etmək və müvafiq qərarlar qəbul etmək üçün bütün fəal siyasi dairələrlə məsləhətləşmələrə başlayacağam”.
Qeyd edək ki, separatçıların son bir ayda çıxardıqları oyunların heç biri işə yaramadı. Xankəndidə keçirilən aksiya, ardından Laçın dəhlizinin önünə yük maşınlarını yığmaq və digər addımların da faydası olmadı. İndi Arayik Harutyunyan başqa bir addım ataraq, vəziyyəti yumuşaltmaq yerinə, həm vaxt qazanmağa, həm də yeni gərginlik ocağı yaratmağa cəhd edəcək. Elə müraciət məsələsi də bununla bağlıdır. Yəni, ermənilərdən xoş nəsə gözləmək yersizdir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
APA xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əlavə məlumat veriləcək.
Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.
Qeyd edək ki, Gəncədə anadan olan 64 yaşlı Surət Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Baş nazirin müavini (1993) vəzifələrində olub. Silahlı dəstələr yaratmaqla hakimiyyəti ələ keçirməyə cəhd edən S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.
1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.
Ölkəni tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin Əfv Fərmanı ilə həbsdən azad olunub.
Bundan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.
***
Sabiq baş nazirin yaxınları Qaynarinfo-ya bildirib ki, Sürət Hüseynov komaya düşüb: “Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır”.
Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
Azərbaycanda daha bir qəsdən yanğıntörətmə faktının üstü açılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı meşə zolağı və yüksəkgərginlikli hava elektrik xətlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahbaba Bayramnəzər oğlu Toryayev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib.
Xezerxeber.az-ın məlumatına görə, Qobu qəsəbəsinin yeni yaşayış massivində evlərə su xəttinin çəkilməsi üçün hər ailədən 650 manat məbləğində pul yığılıb, lakin sonradan həmin vəsait mənimsənilib.
Məlum olub ki, həmin ərazidə yaşayan üç nəfər - Akif, Vaqif və Araz adlı şəxslər birləşərək “Azərsu” ASC-nin adından ümumilikdə 84 min manat pul toplayıblar.
Sakinlərin sözlərinə görə, Akif, Vaqif və Araz topladıqları vəsaiti podratçı təşkilata verdiklərini desələr də, bu vaxta qədər onların evlərinə su xətti çəkilməyib.
Adı dələduzluq faktında hallanan Vaqif Eynalov və Akif Əliyev açıqlamasında bildiriblər ki, onlar da digər sakinlər kimi hadisənin qurbanıdırlar. Onlar da vəsaiti Araz adlı şəxs vasitəsilə podratçı təşkilata veriblər. Əslində isə heç podratçı təşkilat belə yox imiş.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı təsdiqləyib ki, həmin ərazidə yaşayan sakinlər bir neçə şəxsin dələduzluğu ilə üzləşiblər. Yeni yaşayış massivində mövcud su şəbəkəsi yoxdur və oraya su xəttinin çəkilməsi ilə bağlı adıçəkilən quruma heç bir müraciət daxil olmayıb.
Sakinlər bildiriblər ki, mövcud məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Hazırda iş üzrə araşdırmalar aparılır.
Xocalı rayonunun Meşəli kəndində soyqırımı iştirakçısı olmuş Vaqif Xaçaturyanın saxlanılması, digər caniləri narahat etməyə başlayıb. Bilirlər ki, sıra onlara çatacaq, bu səbəbdən hay-küy salıb Azərbaycan tərəfini günahlandırırlar.
Xaçaturyanın ailəsi onun süddən çıxmış ağ qaşıq olduğunu desələr də, sən demə, özləri də heç "ailə başçılarından" geri qalmırmış.
Gəlin, Vaqif Xaçatryanın ailəsi ilə tanış olaq:
Həbs olunan şəxsin qızı Vera Xaçatryan sosial şəbəkələrdən aktiv istifadə edir. Ağıllı şeirlər və "qəhrəman artsax" haqqında video arasında o, ərinin və oğullarının şəkillərini qürurla paylaşır.
Vaqifin oğulları, nəvələri, biri silahlı, biri kamuflyajlıdır. Ana yazır ki, onların ailəsində necə “intiqamçı əsgərlər” yetişməsi ilə fəxr edir.
Onların atası da şəkillər arasında yer alıb - bu, Vaqifin kürəkənidir. O, ümumiyyətlə, hazır hərbi cinayətkardır. Ya xidmət edir, ya da xidməti bitirib, döyüş mövqelərində özü kimiləri ilə fotoşəkilləri mövcuddur.
İndi bütün ailə Xankəndidədən çıxmağa qorxacaq ki, istintaq təcridxanasında babalarının yanına getməsinlər. Necə deyərlər, siçan deşiyi axtarsınlar, bəlkə harasa soxulmaqla gözdən itə bilərlər. Təbii ki, bu da müvəqqəti olacaq. Hələ utanmaz-utanmaz qızı atasının günahsız olduğunu, bir milçəyi belə, incitmədiyini söyləyirdi. Daha demir ki, bunların ailəsinin mərhəməti milçəklə ölçülürsə, Ermənistanda milçək qalmaz.
Yeri gəlmişkən, qeyd edək ki, Xaçaturyanın işgəncə verdiyi həmvətənlərimiz dünəndən bəri o caninin etdikləri barədə açıqlamalar verirlər. Bu erməni quldurunun nə etdiklərini Meşəlidən olan sakinlərimiz öz dili ilə nəql edirlər.
"İçərisində Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi məktəbdə yandırıblar".
Bunu "Report"un Qərb bürosuna müsahibəsində Meşəli kənd orta məktəbinin keçmiş direktoru Alış Alışov bildirib.
"Bu hadisələrdən öncə dəfələrlə ermənilər bizim kəndin camaatına qarşı düşmənçilik hisslərini göstəriblər. Onlar müharibə başlayandan mütəmadi olaraq kəndi atəşə tuturdular. Bir dəfə dərs zamanı məktəbi raketlə vurdular, xəsarət alanlar oldu. Məktəbə ciddi zərər dəydi", - A.Alışov deyib.
Onun sözlərinə görə, 1991-ci il dekabrın 23-də səhər saatlarında erməni hərbçiləri kəndi 3 yerdən atəşə tutaraq hücuma keçir. Həmin vaxt məktəb direktoru və özünümüdafiə dəstəsinin komandir müavini olan müsahibimiz həmin günü belə xatırlayır:
"Bizdə sadəcə 11 təlim avtomatı və bir neçə ov tüfəngi var idi. Kəndin müdafiəsinə gələn 10 əsgər də bizimlə döyüşürdülər. Ermənilər kəndi dayanmadan atəşə tutaraq günahsız dinc sakinlərimizi xüsusi amansızlıqla qətlə yetirirdilər. Yaşlı, cavan, qadın, uşaq demədən hər kəsə divan tuturdular. Mənim şagirdlərimdən biri, 7-ci sinifdə oxuyan 14 yaşlı Allahverdiyev Vidadi Müsül oğlunu məktəbin içərisində yandırmışdılar. Onun külünü atası əlləri ilə yerdən yığıb bir qutuya doldurdu və Laçında qəbiristanlıqda torpağa tapşırdı. Erməni silahlı dəstəsinin öndə gedənlərdən biri də Vaqif Xaçatryan idi. O həm qatil, həm də talançı idi. Qətlə yetirilən sakinlərin evinə soxularaq orada pul, qızıl-zinət və digər ev əşyalarını mənimsəyirdi. Həmin vaxt kənd sakinlərindən birini yaralı halda özü ilə girov da aparmışdı. Sonradan bildik ki, Barat adlı gənc özünü maşından ataraq qaçıb".
A.Alışov Xaçatryanın saxlanıldığını eşidəndə qürur hissi yaşadığını vurğulayıb:
"Şükürlər olsun ki, cinayətkar ələ keçdi və qanunvericiliyə uyğun olaraq öz cəzasını çəkəcək. Onunla yanaşı, digərlərinin də cəzasını çəkməsini arzu edirəm".
Qeyd edək ki, Alış Alışov hazırda Goranboy rayonunun Meşəli qəsəbəsində məskunlaşıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi bu gündən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq Şimal-Qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə agentlikdən məlumat verilib.
Məlumatda deyilir ki, iyulun 29-dan Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizə isə 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır.
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesində son söz deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs övladlarının yaşının az olması ilə əlaqədar azadlığa çıxmaq istədiyini söyləyib:
“Mənim necə insan olduğumu xalq bilir. Həmişə dövlətimin yanında olmuşam. Bundan başqa mənim iki övladım var, ödənişli təhsil alırlar. Azadlıqdan məhrum edilsəm, necə olacaq. Xahiş edirəm nəzərə alasınız, mənə həbslə bağlı olmayan cəza verəsiz”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirməkdə təqsirli bilinərəkək həbs edilmişdi.