![]() |
|
Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları İsmayılov Mahmud Elman oğlu, Nəsirov-Zibai Ceyhun İbrahim oğlu və Babaşov Azad Vaqif oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Belə ki, Mahmud İsmayılov və Azad Babaşovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Ceyhun Nəsirov-Zibainin isə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından ölkəmizə gətirilib.
Bakı şəhər Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayında işçilər arasında kütləvi dava olub.
“Qafqazinfo” xəbər verir ki, orada keçirilən toy məclisindən sonra 1985-ci il təvəllüdlü Murad Musayev bıçaqlanb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.
İlkin araşdırmalardan sonra hadisəni orada ofisiant işləyən Masallı sakinləri, 1993-cü il təvəllüdlü Zaur Əkbərov və qardaşı Əli tərəfindən törədilməsi müəyyən edilib. Onlar saxlanılıblar.
Faktla bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsində araşdırma aparılır.
Çexiyanın ədliyyə naziri Pavel Blazek Gürcüstan vətəndaşı olan kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb.
“Report” xəbər verir ki, bunu Çexiyanın “Pravo” qəzeti yazıb.
Əslən azərbaycanlı olan P.Ömərovun yaxın bir neçə gün ərzində ekstradisiya prosesi həyata keçirilməlidir. Barəsində beynəlxalq axtarış qərarı olan kriminal avtoritet yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir.
P.Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.
Praqa Şəhər Məhkəməsi mayın sonunda P.Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Bu ölkələr də onun cinayət məsuliyyətinə cəlb olunması üçün Çexiyadan ekstradisiyasını tələb ediblər.
Çexiya mətbuatı yazır ki, P.Ömərov Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına qarşı terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.
Separatçı-terrorçuların başçısı Arayik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. Deyib ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (hazırda ermənilərin yaşadığı Azərbaycan ərazisini nəzərdə tutur), həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq.
Çıxılmaz vəziyyətdə olan separatçılar bununla şantaj kartını işə salmağa çalışırlar, çünki məsələ erməni əhalisinin bölgədə olub-olmaması yox, onların mövcudluğudur. Ya Ağdamdan daşımaları qəbul edib, Bakıya təslim olmalıdırlar, ya da erməni əhalisi tədricən onların nəzarətindən çıxmağa məcbur olacaq. Arayikin çıxışı da erməni əhalisini “çətin vəziyyətə” hazırlamaq və dəstəyini saxlamaq məqsədi daşıyır.
Lakin onun “həm Qarabağda (hazırda qaldıqları ərazilər), həm də ondan kənarda sərt tədbirlərə əl atacağıq” sözləri separatçıların təslim olmamaq üçün nələr edə biləcəyini də ön plana çıxarır. Bu kontekstdə Arayikin şantajını iki hissəyə ayırmaq olar:
Birincisi, Qarabağda atacaqları addımdır: artıq “oturaq aksiyaya” başlamaqla öz aləmində birinci addımı atıb, lakin başının dəstəsi ilə Laçın postuna “yürüş” edəcəyi də gözləniləndir;
İkincisi, “kənarda” nələr edəcəyidir: Arayik “Qarabağdan kənarda” dedikdə 44 günlük müharibədə azad edilən, keçmiş “dqmv”yə daxil olmayan, hazırda ordumuzun dayandığı əraziləri nəzərdə tutur; bu ərazilərdə atacağı addım da yalnız təxribatlar ola bilər.
Separatçılar Azərbaycan ordusu ilə döyüşə bilməycəklərini özləri də anlayır, lakin belə bir döyüş onlara lazımdır:
- Təslim olmayacaqlarını əyani şəkildə nümayiş etdirirlər;
- Erməni əhalisinin reinteqrasiya perspektivini baltalamaq üçün yeni döyüşlə düşmənçiliyi daha da artırırlar.
Arayikin sözlərindən təxribat törədəcəkləri, eskalasiyaya gedəcəkləri aydın görünür. Təkcə bu açıqlaması Azərbaycana mümkün təxribatların qarşısını almaq məqsədilə separatçıların mövqelərini sıradan çıxarmaq hüququ verir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçıları guya “blokada”da olduqları üçün “humanitar fəlakət” yarandığı yalanlarının ifşa olunmasından dərin narahatlıq keçirir.
Bu barədə separatçı “parlamentinin” “mətbuat katibi” Anuş Qavalyan bildirib.
O, yalançı hay-küylərini ifşa edən, əsl reallıqları göstərən, ermənilərin rəqs, qonaqlıqlar, restoranlarda bütün nemətlərin olduğu yüksəksəviyyəli xidmətləri əks etdirən görüntüləri paylaşmamağı xahiş edib.
Onun sözlərinə görə, bu videolardan “Azərbaycan təbliğat maşını fəal şəkildə istifadə edir:
“Toyların və digər gözəl tədbirlərin videoları ruhlandırıcıdır, güc və iradə nümayiş etdirir, lakin lütfən, dəbdəbəli həyatla əlaqəli videoları paylaşmaqdan çəkinin".
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş vermiş yanğın səbəbi ilə stansiyaya tüstü daxil olması müəyyən edilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilib. Nəticədə tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb:
“Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yenilənmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin ventilyatorların bir rejimdən digərinə keçidi mümkün ən qısa müddətdə baş verir”.
Qarabağdakı terrorçu qruplaşma guya danışıqlar prosesinə etiraz adı altında Xankəndidə “etiraz aksiyası” keçirib.
“Həmin “mitinq”dən yayımlanan görüntülərdən da Qarabağda yaşayan ermənilər açıq-aydın şəkildə onları dəstəkləmədiyi görünür. Sadəcə, insanları müxtəlif “həvəsləndirici” metodlar vasitəsilə Xankəndidəki mərkəzi meydana toplayıblar. Zatən həmin meydan hər zaman qələbəlik olan yerdir. İnsanların çox olduğu və istirahət etdiyi bir ərazidir. Elə videodan da görünür ki, valideynlər öz uşaqları ilə istirahətə gəlib və hətta uşaqların meydandakı insanlar arasında əyləncə maşınları sürdükləri aydın görünür. Buna aksiya yox, daha çox piknik və ya əyləncə toplantısı demək olar. Çünki tribunada quraşdırılan səsgücləndiricidən mahnılar da səsləndiirlib. “Aksiyaya” gələn 5-3 nəfər də, sadəcə, kənardan durub seyrçi rolunda çıxış edir.
Bu gün səhər saatlarından Bakıya yağan güclü yağış fəsadlar törədib.
Yağış suları Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin ərazisinə dolub.
Qəbələ rayonunun Nohurqışlaq kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, VAZ-2106 və VAZ-2101 markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü - 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.
Xatırladaq ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.