![]() |
|
Sel təhlükəsinə görə Biləsuvarın əhalisi təxliyə olunan Köhnə Amankənd yaşayış massivinin sakinləri hələlik evlərinə dönməyiblər.
Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.
Həmçinin Bolqarçayın Biləsuvar şəhəri mərkəzindən keçən hissəsində də su artımı maksimal həddə çatır. Əgər su səviyyəsi artarsa və rayon mərkəzinə dolarsa, bu zaman çaydakı su ətrafdakı torpaq ərazilərə yönəldiləcək.
***
Bu gün səhər saatlarında Biləsuvarda sel təhlükəsi ilə bağlı 3 kəndin sakinləri təxliyə olunub.
Ölkə.Az xəbər verir ki, kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb.
Cəlilabad-Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub.
Daha sonra 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılıb. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir.
Bolqarçayın İranla sərhəddə qismən daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.
İranla sərhəddə Bolqarçaya sel gəlməsi ilə bağlı həyəcan siqnalı verilib.
Qeyd edək ki, İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Muğankənd, Amankənd və Yuxarı Ağalı kəndini əhalisi təxliyə olunub.
İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli mqidarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşaları tərəfindən alınıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram pixotrop naddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyat zamanı İranda yaşayan və milli genefondumuzun məhv edilməsi üçün narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərməyə çalışan narkotacirlərin daxildəki dayaqlarına daha bir zərbə endirilib.
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana monitorinq missiyası göndərəcəyini açıqlayıb. O, bildirib ki, 30-a yaxın monitorinq missiyası üzvü Ermənistana göndəriləcək. Paşinyan həmçinin bildirib ki, KTMT Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir.
Paşinyanın KTMT-nin adından belə bir açıqlama verməsi, onun “mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” açıqlamasını da kölgə altına alır. Belə başa düşmək olar ki, Paşinyan sabit fikrili bir siyasətçi deyil, əksinə müəyyən güclərin oyuncağıdır…
“Paşinyanın açıqlamalarına ciddi yanaşmaq lazım deyil. Bu gün bir söz deyir sabah başqa bir söz. Həqiqətən “KTMT –nin Qarabağın daxil olduğu Azərbaycan ərazisinin bütövlüyünü tanımaqdan imtina edir” deməsi başadüşülən deyil. Bu nəyə əsaslanıb deyir? KTMT-nin belə bir bəyanatı varsa, buyursun təqdim etsin. Və yaxud da KTMT-yə daxil olan ölkələrin belə bir bəyanatı varsa, buyurub bəyan etsinlər.Və yaxud KTMT-nin üzvlərinin qeyri- rəsmi ona dediyi sözdürsə, buyurub desin. Düzdür, deyə bilərsiniz ki, qeyri- rəsmi söhbətləri həmişə açıqlamaq olmur. Yaxşı qeyri -rəsmi söhbətləri açıqlamaq olmur, ancaq durub bu cür bəyanat vermək bəs bu necə doğudurmu?”
Bu barədə “Ağ Partiyanın” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında danışıb. Əhəd Məmmədli qeyd edib ki, bu açıqlama KTMT-ni və KTMT-yə daxil olan ölkələri gündəmə gətirmək deməkdir. Azərbaycan KTMT-yə və bura daxil olan ölkələrə müraciət edə bilər ki, “ siz həqiqətən Azərbaycanın ərazi bütövlüyünü tanımırsınızmı?”, “Qarabağın Azərbaycan ərazisi olduğunu tanımırsınız?”… Çünki KTMT-yə daxil olan ölkələr illərdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Bu səbəbdən də Paşinyan bu ifadələri absurd görünür.
“Burada özü deyir ki, “mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Sonra deyir ki, “yox KTMT tanımır”. Burada cavabı müəmmalı olan suallar yaranır. Mən Azərbaycanı Ermənistanla sülh müqaviləsi imzalamağa tələsməməyə çağırırıam. Çünki belə bir ölkə rəhbəri ilə real atmaq mümkün deyil. Bu gün bir söz deyir, sabah başqa bir yanaşma ortaya qoyur. Biz tam olaraq, bütün ərazilərimizi nəzarətə götürməyənə qədər, Ermənistanla sülh müqaviləsi imzalamamalıyıq”-deyə Əhəd Məmmədli bildirib.
Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.
Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ötən gün axşam saatlarında yağan güclü leysan yağışları nəticəsində Göygöl rayonunun Aşağı Zurnabad, Şəhriyar, Kərəmli və Topalhəsənli kəndlərindən sel keçib.
Göygöl Rayon İcra Hakimiyyətinin rayon Fövqəladə Hallar Komissiyasından “Report”un Qərb bürosuna bildirilib ki, sel həmin kəndlərə ciddi zərər vurub.
Qeyd edilib ki, sel nəticəsində, əsasən, avtomobil yoluna, qaz xətlərinə, elektrik və rabitə təsərrüfatına, həmçinin vətəndaşlara məxsus əkin və həyətyanı sahələrə zərər dəyib.
Bildirilib ki, aidiyyəti qurumların, idarələrin əməkdaşları və texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Vurğulanıb ki, hazırda hər dörd kənddə qazın və elektrik enerjisinin verilməsi qismən bərpa olunub. Eləcə də bu kəndləri birləşdirən avtomobil yolu təmizlənib və hərəkət bərpa edilib:
“Kənddaxili yollarda isə ciddi fəsadlar olmayıb. Son məlumata görə, vətəndaşlara məxsus müxtəlif markalı beş avtomobilə zərər dəyib, obyektlərə və evlərə isə qismən ziyan dəyib. Hazırda komissiyanın əməkdaşları tərəfindən araşdırmalar aparılır, dəymiş ziyanlar hesablanır”.
Xatırladaq ki, təbii fəlakət nəticəsində 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov selə düşərək həlak olublar.
Göygöl rayonunun Topalhəsənli kəndində iki nəfəri sel aparmasının görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri - Şamo Faiq oğlu Şirbəyov və İlyas Rahib oğlu Şirbəyli tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 13 kiloqram narkotik vasitə (11 kq marixuana, 2 kq metamfetamin) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.