![]() |
|
Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.
“Dəyişikliyə əsasən, bundan sonra Minatəmizləmə Agentliyinin balansında olan nəqliyyat vasitələri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.
İndiyə qədər bu siyahıya fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərdiyi xidmətlərin səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin balansında olan ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən nəqliyyat vasitələri aid olub.
"Yol-xeber.az" xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Sədr bildirib ki, ölkədə dini konfensiyalarla birlikdə ibadətlərin yerinə yetirilməsinə şərait yaradılmasında köməklik göstərilir: "Qəbul edilmiş qaydalara bütün ibadət yerlərində əməl edilir. Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür".
Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması işləri davam etdirilməklə yanaşı, eyni zamanda, bu sahədə qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
2018-2021-ci illərdə bu istiqamətdə aparılan işlər çərçivəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilib. Həmçinin onlar barədə hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim olunub. Bundan əlavə əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsi zamanı obyektiv qərar qəbul etməmiş 11 nəfər TSEK əməkdaşı barəsində isə intizam tənbeh tədbirləri görülüb.
Beləliklə, əlilliyin qiymətləndirilməsində qanunsuz hərəkətlərə yol vermiş Agentliyin 30 məsul əməkdaşı barədə ciddi tədbirlər görülüb. Həmçinin sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması məqsədilə 266 şəxs üzrə əlillik sənədləri də hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.
Agentliyin 5 və 7 nömrəli tibbi-sosial ekspert komissiyasının sabiq sədrləri və digərlərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
5 nömrəli tibbi-sosial ekspert komissiyasının sabiq sədri Katib Məmmədov və digər əlaqəli şəxslərə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
7 nömrəli tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Oruc Məmmədov Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Bununla yanaşı vətəndaşların etibarından sui-istifadə etməklə onlara əlillik təyin ediləcəyi vədi ilə onların pul vəsaitlərini mənimsəmiş, habelə Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan 2 vasitəçinin (dəllalın) hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Baş Prokurorluğa göndərilib.
"Yay fəsli Bakı vaxtilə saat 07:32:00-da ölkəyə qədəm qoyub.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Bu gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
Qeyd edək ki, bu ilin payız fəsli sentyabrın 22-si saat 23:21-də, qış fəsli isə dekabrın 21-i saat 19:59-da gələcək.
Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.
"Yol-xeber.az" "Report"a istinadən xəbər verir ki, hazırda onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilir.
Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edir.
O, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.
O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 15 sürücü inzibitai məsuliyyətə cəlb edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
DİN-dən "Yol-xeber.az"a daxil olan müraciətdə deyilir:
"Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Belə ki, həmin dələduzlar vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edərək və “WhatsApp” vasitəsilə yazaraq guya alacağı məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edirlər. Daha sonra onlar vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.
Bir daha vətəndaşları onlayn alış-veriş zamanı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in "102 - Zəng Mərkəzi”nə məlumat vermələrini xahiş edirik".
“Tələbələrə təhsil krediti verildikdən sonra tələbə yenə də yaxşı oxuyursa, ona müəyyən güzəştlərin edilməsi konseptual olaraq nəzərdə tutulur”.
“Bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, qaydalar təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.