![]() |
|
Dünən dünya ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması geniş müzakirə olundu.
Bütün sosial şəbəkələrin Azərbaycan seqmentində bu mövzudan xeyli danışıldı.
İş o yerə çatdı ki, hətta ölkədə fəaliyyət göstərən şirkətlərin marketinq şöbələri də Van Dammdan bəhrələnmək qərarına gəldi. Belə ki, müxtəlif şirkətlər dünyaca məşhur aktyorun şəkillərindən istifadə edərək reklam posterləri hazırlayıb. Bu addım sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar arasında Van Dammla bağlı paylaşımların bəzilərinin yersiz olduğunu, həmçinin mövzuya uyğun olmadığını bildirənlər az olmayıb. Bununla yanaşı, reklamlara normal reaksiya verənlər də olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildiirlib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Mübariz Ağakərim oğlu İbrahimov 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.
Mübariz 2005-ci ildə hərbi xidmətə çağrılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib.
Bir müddət mülki işlərdə işlədikən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. O, 2009-cu ilin avqustunda valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.
O, 2010-cu ilin aprelində Tərtər rayonu istiqamətində N saylı hərbi hissədə xidmətə başlayır. Həmin ilin 18 iyununda gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.
Mübariz İbrahimov iyunun 18-də səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.
Ruhu şad olsun!
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 27-30, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.
İyunun 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyunun 18-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
"Yol-xeber.az" xəbər verir ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır.
Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
"Yol-xeber.az"ın xəbərinə görə, dəyişikliklə qanuna aşağıdakı məzmunda dördüncü hissə əlavə edilib:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestirini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestirinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.
Sənədin qeyd hissəsində bildirilir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən şəhidlər, şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.
Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaqdır.
Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında həlak olan hərbi qulluqçularına şəhid statusu veriləcək.
Bu barədə DSX-dən bildirilib.
“Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”, - DSX açıqlamasında qeyd edib.
Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
İdarədən "Yol-xeber.az"a verilən məlumatda deyilir:
Bəzi şəxlər sosial şəbəkələrdə və internet saytlarda guya “yol polisi yollarda gizli radarlar quraşdırır, maksimum sürət həddini göstərən yol nişanlarını tez-tez dəyişir və ya qayda pozmasalar belə sürücüləri cərimələyir” kimi fikirlər səsləndirirlər. Bildiririk ki, bu deyilənlərin heç bir əsası yoxdur, çünki radarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdir, BDYPİ-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunub və inzibati xəta törədilməsinə dair məlumatlar real vaxt rejimində elektron formada birbaşa həmin sistemə ötürülür.
Bununla yanaşı, «Yol hərəkəti haqqında» Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.
Qeyd olunan məsafələrdə bu iki nişandan biri olduğu halda, sürücülər tərəfindən yollarda sürət həddinin aşılması kimi qayda pozuntularının aşkarlanmasında foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən (mobil və ya stasionar radarlardan) istifadə olunması həm qanunvericiliyin tələblərinə uyğundur, həm də belə inzibati xətaların qarşısının alınması üçün bu gün başqa hər hansı üsul yoxdur.
Radarların, həmçinin yollarda maksimum sürət həddini göstərən nişanların quraşdırılması bütün dünyada olduğu kimi, Azərbaycanda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, ağır qəzaların qarşısının alınmasına hesablanıb və ora heç bir müdaxilə oluna bilməz. O ki qaldı stasionar radarlardan başqa patrul avtomobillərində olan mobil radarlardan (e-patrul) yeri dəyişdirilməklə istifadə olunması, bu, dünyanın bir çox ölkəsində tətbiq edilən vasitədir. Bu metod sürücüləri yollarda arxayınlaşmaqdan çəkinməyə vadar edir. Belə ki, sürücülərin çoxu yollarda radarların yerini əzbər bildiyi üçün həmin xüsusi texniki vasitələrə yaxınlaşanda sürət rejiminə əməl edir, daha sonra isə sürət həddini aşırlar. Belə olan halda yol polisi təhlükəsizliyin təmin edilməsi, qayda pozuntularının qarşısının alınması məqsədilə bəzən radarların yerini dəyişməyi üstün tutur. Bununla da sürücülər yol-hərəkəti qaydalarına əməl etməyə məcbur edilir. Görülən bu kimi tədbirlər sayəsində Azərbaycanda son illər yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalar zamanı ölən və yaralananların sayının azalmasına nail olunub. Nəzərə almaq lazımdır ki, statistik rəqəmlərə əsasən hər il ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili aparılarkən sürət həddinin aşılması ön sıralarda durur, yəni yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri kimi sürət həddinin aşılması danılmaz faktdır.
Xarici dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar hər il dövlətlərə çağırış edərək sürət rejiminə nəzarət edilməsinin vacibliyini önə çəkir, eyni zamanda bəzi yollarda sürət həddinin aşağı endirilməsini təklif edirlər. Göründüyü kimi, dünya səviyyəsində sürət rejiminə ciddi nəzarətin həyata keçirilməsi prioritet məsələdir. Azərbaycanda da bu istiqamətdə çox addımlar atılır. Radardan narahat olan sürücülər ilk növbədə özlərinə sual verməlidirlər ki, əgər qayda pozulmasa, sürət həddi aşılmasa sürücü radara düşmürsə, o zaman onları narahat edən nədir? Təbii ki, intizamsız sürücülər yollarda heç bir nəzarət sisteminin olmamasını istəyirlər. Bu isə yolverilməzdir. Nəzarət olmadıqda yol-nəqliyyat hadisələrinin sayı artar, insanların həyatı təhlükəyə düşər, onlar arasında ölüm və xəsarət alma, maddi zərərə düşmə halları da çox olar.
Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri radarların mövcudluğuna görə narahat olmaqdansa, yol hərəkəti qaydalarına, eləcə də sürət rejiminə ciddi əməl etməyə çağırır və bir daha bildiririk ki, qayda pozmayan sürücü nə radara düşür, nə də əsassız cərimə olunur.
İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.
DSX-dən sorğusuna cavab olaraq bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.
Vəfat edən hərbçilərimizin fotolarını təqdim edirik.
Qeyd edək ki, hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək, gecəyə doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.