![]() |
|
"Ölkə.Az" xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.
“Hesab edirəm ki, yumşaldılmalara gedilməlidir. Hətta toylara da müəyyən formatda icazə verilməlidir. Artıq çimərliklərin fəaliyyətinə icazə verilibsə, açıq havada müəyyən məhdudiyyətlə toylar niyə keçirilməsin?! Əgər toylara icazə verilsəydi, bu mərasimlərlə bağlı yeni formatda stereotip də yaranardı”, - deyə o bildirib.
Həkim onu da qeyd edib ki, hazırkı vəziyyət cəmiyyəti arxayın salmamalıdır:
“Dünyada koronavirus pandemiyası davam edir. ÜST bununla bağlı son sözünü deməyib. Bilirsiniz ki, indi Hindistanda olan “Delta” ştammı İngiltərədə və digər ölkələrdə də artıq müşahidə edilir. Bu ştammın Azərbaycana gəlməsi və ümumiyyətlə pandemiyanın dördüncü mərhələsinin yaranması ilə bağlı xeyli narahatlıqlar var. Belə olarsa, dünya yeni çətinliklə üzləşə bilər”.
Avtomobildə məişətdə istifadə olunan qaz balonu aşkar edildiyi üçün, həmin nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Paytaxtın Sabunçu rayonu, Kürdəxanı kənd sakini Almas Şabanov iddia edir ki, yol polisi onun avtomobilini qanunsuz olaraq cərimə meydançasına aparıb. Bəs görəsən onun iddasi düzdürmü? Bu məsələ yol hərəkəti haqqında qanunda necə əksini tapıb? Əməkdaşlarımız məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən də münasibət öyrəniblər.
Məişətdə istifadə etdiyi qaz balonunu sürücünün avtomobilində aşkar edən yol polisi, həmin nəqliyyat vasitəsini cərimə meydançasına apardı. Üstəlik sürücü barəsində də heç bir prataokol tərtib etmədən.
Belə bir hadisə ilə Paytaxtın Sabunçu rayonu, Kürdəxanı kənd sakini Almas Şabanov qarşılaşıb. Onun sözlərinə görə, ötən gün Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində məişətdə istifadə olunan qaz balonuna qaz doldurub çıxan zaman, dövlət qeydiyyat nişanı 422 nömrəli olan yol polisi avtomobili onu saxlayıb.
Almas Şabanov iddia edir ki, avtomobildə məişətdə istifadə edilən qaz bolonu olduğuna görə, yol polisi əməkdaşı ona heç bir protokol tərtib etmədən, özünün müşaiəti ilə nəqliyyat vasitəsini cərimə meydançasına aparıb.
Şikayətçi Almas Şabanov onu da bildirdi ki, avtomobili hazırda cərimə meydançasında olduğundan işlərini həyata keçirə bilmir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, şikayətçi iradlarında haqlıdır.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, yol hərəkəti haqqında qanunun 57-ci maddəsinə əsasən, tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi avtomobillərdə daşına bilər.
Araz Əsgərli vurğuladı ki, araşdırma aparıldığından Almas Şabanovun avtomobili hərəkətdən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.
DYP-dən daxil olan müraciətdə deyilir:
"AVRO-2020 Avropa futbol çempionatının növbəti oyununun 16.06.2021-ci il tarixdə paytaxtın Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub. Bu məqsədilə bütün təhlükəsizlik tədbirləri müəyyən edilərək icraya yönəldilib. Olimpiya stadionu, ona bitişik olan bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimi ilə xidmət təşkil edilib.
Qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir.
Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən eləcə də H.Əliyev prospektilə 3 saylı Asan Xidmət yanından və Hava Limanından mərkəzə doğru H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.
Əvvəlcədən məlumat verildiyi kimi təkrarən bildirik ki, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələrilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələrilə hərəkət etməyi tövsiyə edirik.
Məlum olduğu kimi azarkeşlərin Q.Qarayev metrostansiyası yanından, S.Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyadaların isə Koroğlu metrostansiyasından nəzərdə tutulur.
Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.
İnanırıq ki, hər zaman olduğu kimi bu gündə vətəndaş-polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaqdır. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və təhlükəsizlik qaydalarına riayət etməklə nizam-intizamlı olmağı tövsiyə edirik".
AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar hazırlanan nəqliyyat planına əsasən Türkiyə-Uels görüşünə bilet alan azarkeşlərin daşınması da ekspres marşrutlar vasitəsilə yerinə yetiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya bildirilib.
Plana uyğun olaraq X-1 marşrut xətti “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metrostansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək.
İyunun 16-da oyun saat 20:00-da başladığı üçün həmin gün daşımalara saat 17:00-da başlanılacaq. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək.
Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq.
Daşımalar ödənişsiz həyata keçiriləcək.
Oyun bitdikdən sonra isə stadionun ictimai nəqliyyat terminalından təyin olunan məntəqələr üzrə daşımalar icra olunacaq. Azarkeşlər stadionu tərk edərkən şərq və şimal qapıları istiqamətində hərəkət edərək ictimai nəqliyyat terminalına gedə bilərlər. Burada onların daşınması üçün kifayət qədər nəqliyyat vasitəsi hazır vəziyyətdə saxlanılacaq.
Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Uels komandasının xaricdən gələn biletli azarkeşləri P21 xətti üzrə avtobuslarla Xəlil Rza Ulutürk küçəsi- “Dəniz Mall”un qarşısı və əks istiqamətdə daşınacaq.
Qardaş Türkiyə komandasının ölkəmizə gələn azarkeşləri isə P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətdə daşınacaq.
P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.
Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.
Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi kotirovka sorğusu elan edib.
“Sorğu kompüter və digər avadanlıqların, mebellərin satınalınması məqsədilə keçirilir.
Kotirovka sorğusunda iştirak etmək istəyənlər müvafiq sənədləri 17.06.2021-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 129-a təqdim etməlidir.
Bakı Metropoliteninin Mətbuat xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur.
15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.
Bu barədə "Yol-xeber.az"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq", - məlumatda deyilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacaq.
İyunun 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.