![]() |
|
"Müəyyən səbəblərdən pensiya yaşına bir neçə il qalmış insanlar işini itirir və onlar iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər. Yaşları çox olduğundan işgötürənlər onları işə götürmür. Bu problem hansısa formada həllini tapmalıdır".
"Yol-xeber.az" xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu şəxslər vətəndaş olaraq dövlətdən tələb etmək hüququ var.
"Bəlkə bu insanlara hansısa miqdarda pensiya verilsin, yaxud da məsələ hansı formada həllini tapmalıdır. Bu insanların da hüquqları var və onların təmin olunmalıdır"-deputat qeyd edib.
Millət vəkili Sabir Rüstəmxanlı da pensiya, sosial müavinətlərin müəyyən olunmasındakı çatışmazlıq, hüquq pozuntularından danışaraq bildirib ki, bu sahədə ciddi problemlər mövcuddur və aradan qaldırılmalıdır:
"Bütün bunları nəzərə alaraq mən "Əlilliyi olan şəxslərin hüquqları haqqında"qanuna təklif edilən dəyişikliyə səs verməyəcəyəm" - deputat qeyd edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra qanun layihələrinə dəyişiklik edilib.
"Yol-xeber.az" xəbər verir ki, dəyişikliklər barədə məlumat verən deputat Arzu Nağıyevin sözlərinə görə, bu sahələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar davam etdirilir və əsas meyar kimi hər bir Azərbaycan vətəndaşının rifahı ən mühüm məsələdir.
"Bu baxımdan 29 dekabr 2020-ci il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə və 2020-ci il 31 dekabr tarixli 1223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən - bəzi kateqoriya şəxslərin sırasından olan - şəhid uşaqları, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları sözləri çıxarılmış və Qanunda “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət” sözləri - “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət” sözləri ilə əvəz edilib. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həmin kateqoriya şəxslərin təqaüdləri artırılıb.
29 dekabr 2020-ci il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması məqsədilə “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi nəzərdə tutulur.
Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aylıq müavinət ödənilir.” Yəni bu kateqoriyadan olan ailəyə ayda 100 manat ödənilir. (Əvvəllər bu başqa bir formada həyata keçirilirdi).
Maddə 2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin üçüncü abzası ləğv edilir (və konkret olaraq həmin 300 manatın əvəzinə 500 manat təqaüd veriləcək)
Maddə 3. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndi ləğv edilir ( əvvəllər 100 manat alan şəxslər indi 130 manat alacaqlar. Burada gözdən əlillik istisna edilir).
Bir daha qeyd etmək istəyirəm ki, bu artımlar cənab Prezidentin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həyata keçirilir”.
Bakı şəhərində dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyəti qanunsuzdur.
"Yol-xeber.az" Xəzər TV-yə istinadən xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6-cı maddəsi müəyyən edir ki, sürücü dayanma və durma qaydasını pozarsa, məsuliyyətli şəxs yaxınlaşıb həmin nəqliyyat vasitəsinin ''bort-kompüter'' vasitəsilə bir neçə şəklini çəkib onun barəsində qərar qəbul etməlidir.
Daha sonra isə həmin qərarı çap edib protokolu avtomobilin qabaq alın şüşəsinə qoymalıdır.
Bu qaydalardan bir çox sürücü xəbərsiz olduğundan onlar kamera ilə tərtib edilən cəriməni vaxtında ödəyirlər. Ödəməyənlər isə bir neçə ay qaldıqdan sonra həmin cəriməni dəfələrlə artıq, yəni dəbbə pulu ilə ödəyirlər.
Ərşad Hüseynov bildirib ki, mövcud problemi aradan qaldırmaq üçün İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə dəyişiklik olunmalıdır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Xəzər TV-yə bildirib ki, həmin kameralar qayda pozan sürücüləri avtomatik rejimdə çəkmir. Yəni kameraları Agentliyin əməkdaşları birbaşa idarə edirlər.
Onlar kamera arxasında müşahidə aparır, pozuntuları aşkar edir, foto və video materiallar əsasında şəxs barəsində inzibati tənbeh vermə qərarı çıxarırlar ki, bu da elektron protokol demək deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
“Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda abadlıq işləri qrafik üzrə davam etdirilir”.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə “oxu.az”ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
Onun sözlərinə görə, parkın açılışı gələn ay nəzərdə tutulub:
“Orada aparılan işlər təxminən iyul ayının 14-nə kimi başa çatdırılacaq. Həmin park ərazisində Polad Həşimovun və ərazidə yaşayan səkkiz şəhidin xatirə lövhəsi vurulacaq. Ümidvaram ki, işləri vaxtında bitirə biləcəyik”.
P.İmanov əlavə edib ki, parkın ətrafında olan küçələrdə də abadlıq işləri gedir.
Qeyd edək ki, bir müddət əvvəl Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılıb.
Bakıda Nəsimi rayonunda kişi yolun deformasiyaya uğrayan hissəsində ayağını zədələyib.
"Yol-xeber.az"ın oxu.az-a istinadən məlumatına görə, daha əvvəl Nəsimi rayonu ərazisində keçmiş “Təzə bazar”ın arxasındakı Mərdanov qardaşları küçəsi 59 ünvanında asfalt örtüyünün dağılıb.
İyun ayının 7-də “Azərsu” ASC tərəfindən kommunikasiya xəttinin baxış qapağının ətrafında yaranan kiçik həcmli çuxur təmir edilmişdi.
Lakin, dörd gün sonra həmin hissə yenidən çöküb. Sakinlər küçədən azyaşlı uşaqların keçdiyini bildiriblər və ehtiyatsızlıqdan xəsarət ala biləcəklərindən narahatdırlar.
Eyni zamanda ərazidən keçən nəqliyyat vasitələrinə də ziyan dəyir. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən daha lazımi tədbir görüləcəyinə ümid edirik.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.
İdarədən "Yol-xeber.az"a bildirilən məlumatda deyilir:
"Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu masqalardan istifadə etməmək olar. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir. Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu masqalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik".
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Çəpli kəndindən videogörüntülər yayıb.
"Yol-xeber.az" həmin görüntüləri təqdim edir.
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 22-23 dərəcə isti olacaq.
İyunun 11-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Bu barədə "Yol-xeber.az"a qurumdan bildirlib.
Məlumata görə, müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.
X-1 marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığındakı “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.
Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"-un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər. Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.
Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş media işçiləri və könüllülər 5 iyul 2021-ci il tarixinədək müntəzəm marşrut xətləri üzrə avtobuslardan ödənişsiz hərəkət imkanına malikdirlər. Bununla bağlı daşıyıcılara tapşırıq verilib və müvafiq akkreditasiya nümunələri təqdim edilib.
Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.