![]() |
|
Polisin təqdirəlayiq hərəkəti kameraya düşüb.
Yol-xeber.az-ın məlumatına görə, Avtosfer.az xəbər verir ki, əlil arabasıyla yolu keçməyə çalışan vətəndaş çətin anlar yaşayıb. Belə ki, yolun əlil arabaları üçün təyin olunmayan hissəsindən istifadə edən şəxsin əlil arabası aşır və o yerə yıxılır. Yoldan keçən polislər bu hala biganə qalmayaraq tez avtomobilini saxlayır və köməyə ehtiyacı olan vətəndaşa yardım əlini uzadır. Köməyə yetişən digər bir şəxlə brilikdə onlar ayaqdan qüsurlu olan vətəndaşı arabasına mindirib yola salırlar.
Qeyd edək ki, bu cür hallar ilk deyil, Azərbaycan polisi hər zaman köməyə ehtiyacı olandan yan keçmir. Həm pandemiya dövründə, həm müharibə, həm də Formula-1 oyunları zamanı çox yüksək səviyyədə vətəndaşlara xidmət göstərən yol polisimizi və Post Patrul Xidmətinin nümayəndələrini biz də alqışlayırıq.
Operativ Qərargahın Koronavius (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin təbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Yol-xeber.az"a verilən məlumatda qeyd olunub. Bildirilib ki, xüsusi karantin rejiminin tətbiqi sahəsində əldə olunmuş müsbət tendensiya peyvəndləmə prosesində də müşahidə olunmaqdadır. Azərbaycan peyvəndləmənin başladığı ilk ölkələr sırasında olub.
Vətəndaşların ölkəmizə gətirilmiş peyvəndlərə yüksək etimadı təmin olunub və hazırda peyvəndləmə prosesi yüksək sürətlə davam edir.
Görülmüş operativ tədbirlər nəticəsində yoluxmaların sayının azalması, sağalanların sayının yoluxanların sayını üstələməsi, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb və yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunacaq.
Eyni zamanda, müsbət tendensiyanın saxlanılması mövcud karantin qaydalarına ciddi riayət etmək sayəsində mümkündür.
Ancaq, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.
Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaratmışlar.
Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.
Operativ Qərargah fiziki, hüquqi və vəziəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək.
“Azərişıq” ASC 44-günlük vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların azad edilmə tarixini qeyri-əhali qrupuna daxil olan abunəçi kodlarında əbədiləşdirib.
“Yol-xeber.az”ın məlumatına görə, bu zaman abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün,ay və il) qeyd edilib. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır.
“Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bu addım azad edilmiş digər ərazilər üçün də atılıb: “Əgər həmin ərazilərdə elektrik enerjisi istehlak olunursa bu o deməkdir ki, həmin rayonlarda elektrik enerjisi sayğaclarından da istifadə edilir. Həmin sayğacların da sayğac bazasında qeydiyyata alınması üçün isə mütləq abunəçi kodu olmalıdır. Abunəçi kodu dediyimiz həmin qeydiyyat kodları artıq müəyyənləşib və azad edilmiş ərazilərdəki sayğaclar həmin kodlarla fəaliyyət göstərir”.
Beləliklə, azad edilmiş rayonlarda qeydiyyata düşən qeyri-əhali qrupu abunəçilərin kodları belə olacaq.
Laçın – 41/011220
Zəngilan – 64/201020
Qubadlı – 39/251020
Kəlbəcər – 32/251120
Xocavənd – 28/091020
Qeyri-əhali qrupu üçün 9 və 11 simvoldan ibarət kod müəyyən edilib. Hazırda həmin ərazilərdə obyektlərin kodlaşdırılması və qeydiyyatı davam etdirilir
"Hazırda Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxşdir. Biz epidemioloji vəziyyəti eyni olan ölkələrlə sərhədlərimizi aça bilərik".
Yol-xeber.az-ın xəbərinə görə, bunu həkim Vasif İsmayıl quru sərhədlərin açılması məsələsi ilə bağlı danışarkən deyib.
"Türkiyə, Gürcüstan və Rusiyada nisabətən epidemioloji vəziyyət qənaətbəxşdir. Bu ölkələrlə quru sərhərlərin açılmasının heç bir təhlükəsi yoxdur. Nəzərə almaq lazımdır ki, Türkiyədə və Rusiyada peyvəndlənmə prosesi çox sürətlə gedir. Gürcüstan da Avropanın yardımı ilə vaksinasiyanın öhdəsindən gəlir. Burada əsas şərt bilavasitə qonşularımızdakı epidemioloji vəziyyətdir. Quru sərhədlərin açılması məqbul hesab edirəm", - o bildirib.
AQTA-dan "Yol-xeber.az"a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə və müxtəlif media orqanlarında ictimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı elanlar verilməkdədir və paralel olaraq Agentlik müfəttişləri tərəfindən bu cür qanunsuz tədbirlərin keçirilməsi faktları aşkarlanır.
Agentlik bir daha bəyan edir ki, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.
8 Noyabr stansiyası istifadəyə verildikdən sonra bu stansiyada daşınan sərnişinlərin sayı açıqlanıb.
Bu barədə “Yol-xeber.az”a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, 8 Noyabr stansiyasına orta hesabla 2500 civarında sərnişin daxil olub.
B.Məmmədovun sözlərinə görə, yeni istifadəyə verilmiş stansiya üçün bu rəqəm qənaətbəxş hesab oluna bilər.
Səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda tıxac yaranb.
"Yol-xeber.az" “oxu.az”a istinadən xəbər verir ki, tıxac Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində müşahidə edilir.
Belə ki, yolun Xırdalan dairəsindən keçən hissəsindən başlayan “20 Yanvar” metrostansiyasına qədər davam edir.
Tıxacın uzunluğu 5 kilometrdən çoxdur. Nəqliyyatın hərəkəti demək olar ki, dayanıb.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Hacı İsmayıllı kəndindən videogörüntülər yayıb.
"Yol-xeber.az" görüntüləri təqdim edir:
Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.